Parlamentin yeni mətbuat katibi AzTV-nin aparıcısıdır

Xəbər verdiyimiz ki, Milli Məclisin mətbuat xidmətinə yeni rəhbər təyin olunub. ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, yeni təyinat alan Elnar Məmmədov AzTV-nin əməkdaşıdır. O, dövlət televiziyasının Beynəlxalq əlaqələr departamentinin rəisidir. Eyni zamanda, “Əsas məsələ”, “Hədəf” verilişlərinin aparıcısıdır. Qeyd edək ki, Akif Təvəkküloğlu 2006-cı ildən Milli Məclisin mətbuat katibi idi. O, MM sədri Sahibə Qafarovanın…

Daha çox ..

Alimlər qlükozanın viruslarla mübərizədə vacib olduğunu təsdiqləyiblər

Pandemiya dövründə aktiv araşdırmalar nəticəsində alimlər qlükozanın immun sisteminin möhkəmlənməsində vacib elementlərindən biri olduğu qənaətinə gəliblər. Məlumdur ki, orqanizmin yad cisimlərə reaksiyası zamanı (məsələn, infeksiyalara cavab olaraq) immun sisteminin hüceyrələri daha aktiv olur. Bu zaman immun sisteminin mikroelementlərinin aktiv fəaliyyəti üçün qlükoza tələbatı çoxalır. Ona görə də müxtəllif virus və xəstəliklərdən qorunmaq üçün qlükoza vacib…

Daha çox ..

Sumqayıtda bu əraziyə 40 gündür su verilmir – RƏSMİ AÇIQLAMA

Sumqayıt şəhərinin Yaşma bağları yaşayış massivinə su verilmir. Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Sakinlər bildirib ki, sözügedən yaşayış məntəqəsində 40 gündür ki, su yoxdur. Bu səbəbdən onlar etirazlarını bildiriblər. Məsələ ilə əlaqədar Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq. ASC-nin nümayəndəsi Dilqəm Şərifov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda…

Daha çox ..

Ali Məhkəmədə boş olan hakim ştatı açıqlandı

“Hazırda Ali Məhkəmədə 41 hakim ştatı mövcuddur”. ARANTV.AZ-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında parlament sədrinin birinci müavini Əli Hüseynli deyib. Onun sözlərinə görə, hazırda Ali Məhkəmədə doqquz hakim ştatı boşdur: “Ölkəmizdə qısa müddət ərzində 12 yeni məhkəmə yaradılıb, kommersiya məhkəmələri bu ildən fəaliyyətə başlayıb. Hakimlərin seçilməsi prosesi davamlı xarakter alıb, fasiləsiz seçim prosedurları yaradılıb”.Oxu.Az

Daha çox ..

Ali Məhkəməyə hakimlər təyin olundu – SİYAHI

Milli Məclisin iclasında Ali Məhkəməyə hakimlər təyin olunması məsələsinə baxılıb. ARANTV.AZ-ın məlumatına görə,  Milli Məclisin qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin sədrinin müavini Kəmalə Abıyeva və Şirvan Apellyasiya Məhkəməsinin sədrinin müavini Ələsgər Novruzov Ali Məhkəmənin hakimləri vəzifəsinə gətiriliblər. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin hakimləri Zaur Əliyev, Vüqar Həsənov, Abidin Hüseynov, İsmayıl Xəlilov, Elşad Şamayev Ali Məhkəməyə hakim…

Daha çox ..

Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin olundu, dörd hakim vəzifəsindən çıxarıldı – ADLAR

Milli Məclisin iclasında Bakı Apellyasiya Məhkəməsinə hakimlərin təyin edilməsi məsələsinə baxılıb. ARANTV.AZ-ın xəbərinə görə, Ali Məhkəmənin hakimləri Vəfaddin İbayev, Akif İsgəndərov, Əli Seyfəliyev, Qürbət Əsgərovun vəzifələri dəyişdirilərək, Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin ediliblər. Bundan əlavə, Yasamal Rayon Məhkəməsinin hakimi Ramin Qurbanov, Sabunçu Rayon Məhkəməsinin hakimi Ziya Şirinov, Səbail Rayon Məhkəməsinin hakimi Anar Tanrıverdiyev, Yasamal Rayon…

Daha çox ..

YPX avtomobili yolun əks istiqaməti ilə gedir – AÇIQLAMA

Yol polisinin yol hərəkəti qaydalarını pozduğuna dair video müzakirələrə səbəb olub. ARANTV.AZ  xəbər verir ki, videogörüntülər sosial şəbəkələrdə yayılıb. Vətəndaşın iddiasına görə, Yol Patrul Xidməti (YPX) avtomobili Qazax-Bakı avtomobil yolunun 267-ci km-də, magistral yolun Ucar rayonu yaxınlığından keçən hissəsində qayda pozuntusuna yol verib. Yolun əks istiqaməti ilə irəliləyən YPX avtomobilinin digər hərəkət iştirakçılarına təhlükə törətdiyi iddia…

Daha çox ..

Azərbaycanda xidmət sahələri belə işləməlidir – YENİ QAYDALAR

Azərbaycanda bəzi xidmət sahələri üzrə qaydalar müəyyən edilib. Yeni qaydaya görə bərbər və repetitor xidməti göstərənlər, mobil telefon, qızıl, bəzək və geyim əşyaları satanlar sabahdan etibarən müəyyən qaydalara əməl etməlidirlər. Məqsəd koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdır. ARANTV.AZ  “Xəzər TV”yə istinadən xəbər verir ki, xüsusi karantin rejimində xidmət sahələrində koronavirus infeksiyasının profilaktikasına dair qaydalar müəyyənləşib. Qaydalara…

Daha çox ..

ƏDV-dən geri ödənilən vəsaitlər nə zaman qaytarılacaq? – VİDEOTƏLİMAT

Pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması mexanizmi müəyyən edilib. Mövzunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Elçin Məmmədov şərh edib. Həmin şərhi təqdim edirik: “Bu sahədə görülən işlər çərçivəsində texniki və hüquqi məsələlərin həlli tamamlanmaq üzrədir. Artıq müvafiq dövlət qurumları ilə razılaşdırılmaqla ƏDV-nin…

Daha çox ..

Bakıdakı sıxlığın səbəbi açıqlandı: “Nəqliyyat vasitələrinin xaotik hərəkəti…”

“Son günlərdə, təəssüf ki, sərnişindaşımada sıxlıq müşahidə edilir. Tövsiyə edirik ki, vətəndaşlar evlərini zərurət olmadan tərk etməsinlər”. ARANTV.AZ-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib. Onun sözlərinə görə, sərnişinlərin ictimai nəqliyyatdan yerli-yersiz istifadə etməsi sui-istifadə hallarının çox olduğunu göstərir: “Məsələn, bazar ertəsi…

Daha çox ..