Ali Məhkəmədə boş olan hakim ştatı açıqlandı
“Hazırda Ali Məhkəmədə 41 hakim ştatı mövcuddur”.
ARANTV.AZ-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında parlament sədrinin birinci müavini Əli Hüseynli deyib.
Onun sözlərinə görə, hazırda Ali Məhkəmədə doqquz hakim ştatı boşdur:
“Ölkəmizdə qısa müddət ərzində 12 yeni məhkəmə yaradılıb, kommersiya məhkəmələri bu ildən fəaliyyətə başlayıb.
Hakimlərin seçilməsi prosesi davamlı xarakter alıb, fasiləsiz seçim prosedurları yaradılıb”.Oxu.Az

