Sosial 

Valideynlərə ŞAD xəbər – Azyaşlılara nəzarəti gücləndirmək üçün…

Vatsap mesajlaşma proqramı azyaşlı uşaqlar üçün valideynlər tərəfindən idarə olunan hesabları tətbiq etməyə başlayıb. Yeni funksiya istifadəçilərə xidmətdən istifadəni mesaj və zənglərlə məhdudlaşdırmağa imkan verir. Valideynlər övladlarının hesabına kimin əlaqə saxlaya biləcəyi və hansı qruplara qoşula biləcəyi daxil olmaqla, nəzarət edə biləcəklər. Həmçinin, naməlum göndərənlərin mesaj sorğularına baxa və məxfilik parametrlərini idarə edə bilərsiniz. Bu parametrlərə giriş altırəqəmli PIN kodu ilə qorunur. Belə ki, bu funksiya mərhələli şəkildə qlobal olaraq istifadəyə verilir, ona görə də giriş tədricən əlçatan ola bilər. Onu aktivləşdirmək üçün uşağın cihazına vatsap quraşdırın, qeydiyyat zamanı “Valideyn…

Read More
Sosial 

Əhaliyə ŞAD XƏBƏR: Bütün sosial ödənişlər verildi

Qarşıdan gələn bayramlarla əlaqədar olaraq bu gün mart ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib. Musavat.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bununla da mart ayının bütün sosial ödənişlərini qrafikdən əvvəl başa çatdırıb. Bundan əvvəl martın 6-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, martın 11-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin mart ayı üzrə pensiyaları qrafikdən əvvəl ödənilib.

Read More
Sosial 

Azərbaycanlılar 3 virtual qumarın GİROVLUĞUNDA

Azərbaycanda son illər onlayn qumar və virtual kazino oyunları sürətlə yayılaraq ciddi sosial problemə çevrilməkdədir. Əyləncə və maraq xatirinə başlayan bir çox vətəndaş qısa müddətdə bu platformaların asılılığına düşür, nəticədə ailə münasibətləri pozulur, maliyyə problemləri dərinləşir, bəzən isə bu proses cinayət və hətta intihar halları ilə nəticələnir.  Hazırda Azərbaycanda onlayn kazino fəaliyyətinə rəsmi icazə verilməyib. Buna baxmayaraq, xarici platformalar, xüsusilə Mostbet, 1xBet və Pin-Up kimi saytlar ölkə vətəndaşları üçün hələ də əlçatandır. Bu platformalar müxtəlif üsullarla, məsələn, sosial şəbəkələrdə reklam, “mirror” saytlar, VPN vasitəsilə giriş və mobil tətbiqlər vasitəsi ilə…

Read More
Sosial 

TƏHLÜKƏLİ arıqlama iynələri – Çəki problemi olanlar OXUSUN!

Azərbaycanda son illər artıq çəkidən qurtulmaq istəyən insanların arıqlama dərmanları və iynələrinə müraciəti xeyli artıb. Bir çox insan uzun müddətli pəhriz və fiziki aktivliklə nəticə əldə etməkdə çətinlik çəkdiyi üçün daha qısa zamanda arıqlama vədi verən preparatlara üstünlük verir. Bu tendensiya xüsusilə sosial şəbəkələrdə və məşhurların açıqlamalarında tez-tez müzakirə olunur. Müğənni Xatun Əliyeva da xeyli çəki atdığını və bunu dərman və iynə vasitəsilə etdiyini açıqlayıb. Lakin bu cür dərman və iynələrin müəyyən fəsadlara səbəb olduğu halları da müşahidə olunur. Məsələn, müğənni Şəbnəm Tovuzlu bir müddət əvvəl arıqlamaq üçün istifadə etdiyi…

Read More
Sosial 

Sığortaolunanların sığortaçıda uçotu belə aparılacaq

Prezident İlham Əliyevin imzaladığı yeni qanunvericilik aktları sosial sığorta sisteminin müasir yanaşmalar əsasında təkmilləşdirilməsi, sosial sığorta sahəsində prosedurların innovativ həllərlə sadələşdirilməsinə və xidmətlərin çevikliyinin artırılmasına yönəlib. Musavat.com xəbər verir ki, bu dəyişikliklərlə sığortaolunanların sığortaçıda uçotu bundan sonra yalnız sığortaolunanın şəxsiyyət vəsiqəsinin Fərdi İdentifikasiya Nömrəsi (FİN) əsasında aparılacaq və bunun üçün artıq sosial sığorta nömrəsinə (SSN) ehtiyac qalmayacaq. Əgər bu vaxta qədər sığortaolunanlar (işçilər) barədə sığortaedənlər (işəgötürənlər) tərəfindən rüblük hesabatlar təqdim edilərkən həm SSN, həm də FİN-in ayrıca göstərilməsi tələb olunurdusa, artıq SSN göstərilməsi tələb olunmayacaq. Beləliklə, yeni dəyişikliklərlə sığortaolunanların sığortaçıda uçotu yalnız FİN…

Read More
Sosial 

Rayonlarda pensiyalar bu tarixdə veriləcək

Bölgələrdə bayramla əlaqədar olaraq mart ayı üzrə pensiyalar vaxtından əvvəl ödəniləcək. Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının ödənişi isə mart ayının 11-də həyata keçiriləcək. Xatırladaq ki, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda pensiyalar martın 6-da ödənilmişdi. Qeyd edək ki, pensiyaların indeksləşdirilərək artırılması bütün pensiyaçılara (o cümlədən pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.), yəni, 1,1 milyon pensiyaçıya şamil olunur və bu artımlar üçün illik əlavə 640 milyon manat vəsait ayrılıb. Dövlət başçısının Sərəncamı ilə sığortaolunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək qeydə…

Read More
Sosial 

Pensiya alanlara ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramla əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə mart ayının pensiyaları qrafikdən əvvəl ödənilib. Bu barədə Musavat.com-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib. Habelə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişi qrafikdən əvvəl həyata keçirilib. Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin mart ayı üzrə pensiyaları da bu ay qrafikdən əvvəl olmaqla Novruz və Ramazan bayramlarına qədərki dövrdə ödəniləcək.

Read More
Sosial 

Pensiya alanların nəzərinə: Başladı

Qarşıdan gələn bayramlarla əlaqədar bu ay pensiya, müavinət və təqaüdlərin qrafikdən əvvəl ödənilməsinə başlanılıb. Publika.az xəbər verir ki, bu gün Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyaları ödənilib. Qeyd edək ki, Novruz və Ramazan bayramları ərəfəsində ölkəmizin digər bölgələri üzrə pensiyaların və güzəştli şərtlərlə pensiya təyin edilən şəxslərin pensiyalarının ödənişi planlaşdırılır. Eyni zamanda mart ayının müavinət və təqaüdlərinin də qrafikdən əvvəl olmaqla Novruz və Ramazan bayramlarına qədər ödənilməsi nəzərdə tutulub.

Read More
Sosial 

Apteklərdə KÜTLƏVÌ yoxlama – Nə baş verir?

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) fevral ayında ölkə üzrə apteklərdə geniş yoxlamalar həyata keçirib. Musavat.com xəbər verir ki, bu barədə məlumat yayıb. Bildirilib ki, ümumilikdə 98 aptekdə yoxlama aparılıb. Yoxlamalardan 23-ü Bakı şəhərində, 75-i isə respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən aptekləri əhatə edib. Keçirilən nəzarət tədbirlərinin 77-si planlı, 20-si plandankənar, 1-i isə yoxlamadan kənar şəkildə həyata keçirilib. Yoxlamaların nəticələrinə əsasən, 31 aptekdə müxtəlif nöqsanlar aşkar olunub. Aşkarlanmış pozuntularla bağlı müvafiq maddələrinə uyğun olaraq cərimə protokolları tərtib edilib. Son dövrlərdə apteklərdə aparılan yoxlamaların sayının artması diqqət çəkir. Mütəxəssislər bildirirlər…

Read More