Azərbaycanın daha bir rayonunda yas mərasimlərində ehsan verilməsi ləğv edilib. Bu barədə rayonun ağsaqqalları və din xadimləri qərar qəbul edib. Qərara əsasən, martın 1-dən Qaxın rayon mərkəzi və kəndlərində yas mərasimlərində ehsan verilməsi ləğv edilib. Mərasimlərdə yalnız çay süfrəsi açılacaq. Qeyd edək ki, indiyə qədər Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən və başqa rayonlarda ehsan verilməsi dayandırılıb. Bəs qadağa dalğası paytaxt Bakıya nə vaxt çatacaq? Buna ehsan biznesi quranlar əngəl olurmu? İlahiyyatçılara görə, yas mərasimlərində ehsan vermək dini baxımdan vacib ola bilər, amma bu, ailələr və icmalar üçün…
Read More