Sosial 

Qarabağda 8466 nəfərin məşğulluğu təmin edilibFOTO

İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərdən 8466 nəfərin məşğulluğu təmin edilib.

Musavat.com Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə istinadən xəbər verir ki, işğaldan azad edilmiş ərazilərimizə köçürülmüş sakinlərin məşğulluq tədbirləri ilə əhatə olunması işləri davam etdirilir:

“”Böyük Qayıdış” proqramı çərçivəsində doğma yurdlarına köçürülmüş sakinlərdən 8466 şəxsin məşğulluğu təmin edilib. Sakinlərin məşğulluğunun təminatı üçün Agentlik tərəfindən işlə təminat, özünüməşğulluq proqramına cəlb olunma, peşə hazırlığı, əmək yarmarkalarının təşkili və s. aktiv məşğulluq tədbirləri həyata keçirilir”.

Musavat.com

Daha çox xəbərlər