Cəmiyyət İSLAM 

Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ

Bu il Həcc ziyarətinə getmək istəyən Səudiyyə Ərəbistanında yaşayan müsəlmanlar artıq Həcc ziyarəti üçün müraciət edə bilərlər. Bunu ölkənin Həcc və Ümrə Nazirliyi yanvarın 5-də “Twitter” səhifəsində bildirib. Qurum Səudiyyə Ərəbistanında zəvvarlar üçün 2023-cü il Həcc ziyarətinə müraciət mövsümünün açıldığını bəyan edib. Nazirlikdən bildirilib ki, insanlar Həcc ziyarəti üçün nazirliyin saytı vasitəsilə müraciət edə bilərlər. Həmçinin bildirilir ki, yerli zəvvarlar Həcc ziyarətinə icazə aldıqdan sonra onlayn püşkatma sistemi vasitəsilə təsadüfi seçiləcəklər. Qeyd edək ki, bir qədər sonra Nazirliyin əcnəbi zəvvarların da müraciətlərinin qəbuluna başlayacağı gözlənilir. Mənbə: rossaprimavera.ru

Read More
İSLAM 

Müsəlmanın Allahı başqa, xristianınkı başqadır?

Hacı Şahin Həsənli Roma papasının açıqlamasından danışdı Ötən bazar Roma papası Fransisk  Laçın dəhlizindəki vəziyyətdən narahat olduğunu bildirib. “Mən insanların qış mövsümündə daha da çətin təhlükələr yaradan ağır humanitar vəziyyətindən narahatam”, – deyə Fransisk bildirib. Təəccüblü deyil. Biz Qərbin, onun siyasi dairələrinin Türk-müsəlmanlara qarşı “ikili standartları”na çoxdan öyrəşmişik. Bircə Papa qalmışdı, o da belə.  Əslində o,  Xocalıya görə bəyanat verməlidir, Birinci  Qarabağ müharibəsində itkin düşən 4 mindən çox vətəndaşımızın taleyinə aydınlıq gətirilməsini tələb etməlidir. Beləcə, Qərbin keşişi də, siyasətçisi də ikiüzlü, riyakardır. Halal torplaqlarımızdakı özbaşınalıqlara sivil qaydada etdiyimiz etirazları belə…

Read More
İSLAM 

Deyirlər ki, öz evində matəm olan şəxs ən azı 40 gün ərzində başqasının hüzür məclisinə gedə bilməz. Bu fikir doğrudurmu?

Təəssüf ki, cəmiyyət içində belə bir səhv fikir yayılıb. Ailə üzvü rəhmət getmiş şəxs adətən 40 gün ərzində heç kimin matəm məclisində iştirak etmir, başsağlığı üçün evdən çıxmır, dəfn mərasimlərinə qatılmır. Bu düşüncə kökündən yanlışdır. Dinimizdə bununla bağlı heç bir məhdudiyyət nəzərdə tutulmayıb. Əksinə, dünyasını dəyişmiş şəxsin matəm məclisində iştirak etmək, yaxınlarına səbir diləmək, xüsusilə, dəfn mərasimlərinə qatılmaq böyük savaba malikdir. Məsumlarımızdan bununla bağlı çoxlu hədislər rəvayət edilib. Yaxın adamını itirmiş şəxs başqalarının matəm məclislərində iştirak etməsə, bu savablardan məhrum olar. Əlbəttə, burada bir nüansa diqqət yetirmək lazımdır ki, mərhumun…

Read More
İSLAM 

Namaz hansı dildə qılınmalıdır? – Hacı Şahindən MARAQLI AÇIQLAMA

Namazın Azərbaycanca qılınması yenidən gündəmə daşınır. Bəzi insanlar belə hesab edir ki, hər bir müsəlman namazı öz ana dilində qılmalı, “Qurani-Kərimi” öz ana dilində oxumalıdır. İlk baxışdan haqlı görünə biləcək bir təklifdir. Amma bir məsələni unutmayaq ki, islam qardaşlıq, sülh və birlik dinidir. “Qurani-Kərim” ərəbcə nazil olduğu üçün 15 əsrdir ki, ərəb dili həm də islam dili kimi qəbul edilir. ARANTV.AZ bizim media-ya istinadən xəbər verir ki, tarix boyu bu cür təkliflər səslənib. Amma sonda 50-dən artıq müsəlman dövlətinin heç biri namazın öz dilində qılınması qararına gəlməyib. Hacı Şahin bu məsələnin…

Read More
Əsas səhifə İSLAM 

Bu gün Aşuradır

Bu gün Aşura günüdür. ARANTV.AZ xəbər verir ki, Aşura Məhərrəm ayının 10-cu günü qeyd olunur. Bu il Məhərrəm ayının 10-u, yəni Aşura günü avqustun 8-nə təsadüf edib. Azərbaycanda Aşura günündə ənənəvi olaraq qanvermə aksiyaları keçirilir. Son illər Məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü ilə gerçəkləşən və xalq tərəfindən təqdir edilən aksiya, tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunəsidir. Avqustun 8-də ümumilikdə 6 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində qanvermə aksiyası keçiriləcək. Bakıda Xəzər rayonundakı Mirmövsüm Ağa ziyarətgahı, Nəsimi rayonundakı Göy məscid (mərasim zalı),…

Read More
İSLAM 

Namaz hərəkətlərini edə-edə təkbir demək olar, yoxsa təkbir aram halda deyilməlidir?

Bu mövzuda İslam məzhəbləri arasında fikir ayrılığı vardır. Cəfəri (şiə) məzhəbinə mənsub olan müctəhidlərin fətvasına görə, namaz zamanı sözlər bədənin aramlıq anında deyilməlidir. (Rükudan və səcdədən qalxan zaman deyilən zikrlər istisnadır, onlar hərəkət zamanı söylənilir). Yəni həm namazın qiraəti (Fatihə və surə), həm rüku və səcdənin zikrləri, təşəhhüd və salam, həm də təkbirlər o zaman deyilməlidir ki, bədən aram (sakit) halda olsun. Hərəkət halında təkbirləri söyləmək bəyənilmir. Hətta təkbir deməzdən əvvəl əlləri qulaqların bərabərinə qaldıranda da gözləmək lazımdır ki, bədən aram hala gəlsin, sonra təkbirin sözləri deyilsin. Əhli-sünnə fiqhində üstün…

Read More
İSLAM 

Xristianların hətta dini ayinlərində də şərab içmək vardır. Bu o deməkdir ki, Həzrət İsanın şəriətində şərab içmək icazəli idi?

Xristian dininə aid bəzi mənbələrdən, eləcə də, bu dinin ayinlərindən belə görünə bilər ki, xristianlıqda şərab içmək icazəlidir. Hətta İncillərdə Həzrət İsanın (ə) həbs edilməzdən əvvəl öz həvariləri ilə süfrə arxasında oturması və onlara şərab içirtməsi yazılıb. Həmin süfrədəki şərab simvolik ifadə ilə İsanın (ə) qanı, çörək isə onun əti hesab edilir. Lakin İslam dinində hakim olan əqidəyə görə, xristianlıq və onun müqəddəs kitabı olan dörd İncil sonralar təhrif edilib. İslamın səhih mənbələrindən məlum olur ki, Həzrət İsa (ə) qətiyyən şərab içməmiş və heç kimə də bu barədə icazə verməmişdir.…

Read More
İSLAM 

Kəbə Məhərrəm ayının 1-də yeni libas geyinəcək

Kəbənin kisvəsi (örtüyü) şənbə günü, Məhərrəm ayının 1-də dəyişdiriləcək. ARANTV.AZ  xəbər verir ki, bu barədə iki müqəddəs məscidin işləri üzrə Baş İdarəsi məlumat yayıb. Ənənəvi mərasimə 166 texnik və usta qatılacaq. Prosesə şeyx Əbdülrəhman əl-Sudais rəhbərlik edəcək. Qeyd edək ki, Kəbənin örtüyünü istehsal edən tikiş sexində dünyanın ən uzun paltartikən maşını fəaliyyət göstərir. Onun uzunluğu 16 metr təşkil edir. Bildirək ki, kisvə 670 kq ipəkdən, 120 kq qızıl və 100 kq gümüş sapdan hazırlanır.

Read More
İSLAM 

Misirdə şok: insanlara aldadaraq it, eşşək və donuz əti satıblar!

Qahirə universitetinin kənd təsərrüfatı fakültəsinin apardığı tədqiqatların nəticələri misirlilərə əsl şok yaşadıb. İSLAM.AZ-ın verdiyi xəbərə görə, bəlli olub ki, ölkə vətəndaşlarının son bir ilə ərzində istifadə etdiyi bəzi dondurulmuş ət məhsullarının (hamburqer, şaurma, hot-doq və səhər yeməyi üçün ət) tərkibində it, eşşək və donuz ətindən qatqılar da var. Tədqiqatlar 2021-ci ilin fevral-dekabr arasında istehlak bazarında aşkarlanan fırıldaqçılıqları əhatə edir. Fakültədən bildiriblər ki, ət nümunələri ölkənin müxtəlif yerlərindən əldə edilib.

Read More
İSLAM 

Ölmüş şəxsin ruhunun öz evini ziyarət etməsi mümkündürmü?

Məlumdur ki, insan öldükdən sonra onun maddi bədəndəki həyatı bitir, amma ruh ölmür və öz varlığını davam etdirir. Ölümdən sonra insanın hansı vəziyyətdə, harada olması barədə məlumatlar az və ziddiyyətlidir, çünki bu məlumatlar təcrübəyə əsaslanmayan, metafizik biliklər qismindəndir. Dini mənbələrdəki bəzi məlumatlara görə, dünyasını dəyişmiş insanların bir qisminə ruh aləmində səfərlər etməyə icazə verilir. Onlar bəzi günlərin bəzi saatlarında öz dəfn edildikləri məzarın yanına, habelə, vaxtilə yaşamış olduqları evə gedə bilirlər. Bu səfərlərin sayı mərhumun axirət aləmindəki vəziyyətindən asılıdır. Belə ki, bəzi ölülərə bu cür icazələr ümumiyyətlə verilmir, bəzilərinə isə…

Read More