İSLAM 

Xristianların hətta dini ayinlərində də şərab içmək vardır. Bu o deməkdir ki, Həzrət İsanın şəriətində şərab içmək icazəli idi?

Xristian dininə aid bəzi mənbələrdən, eləcə də, bu dinin ayinlərindən belə görünə bilər ki, xristianlıqda şərab içmək icazəlidir. Hətta İncillərdə Həzrət İsanın (ə) həbs edilməzdən əvvəl öz həvariləri ilə süfrə arxasında oturması və onlara şərab içirtməsi yazılıb. Həmin süfrədəki şərab simvolik ifadə ilə İsanın (ə) qanı, çörək isə onun əti hesab edilir. Lakin İslam dinində hakim olan əqidəyə görə, xristianlıq və onun müqəddəs kitabı olan dörd İncil sonralar təhrif edilib. İslamın səhih mənbələrindən məlum olur ki, Həzrət İsa (ə) qətiyyən şərab içməmiş və heç kimə də bu barədə icazə verməmişdir. Bəzi ikinci dərəcəli hökmləri çıxmaq şərti ilə əsas haram və günahlar bütün dinlərdə qüvvədə olmuşdur. Şərab içmək bütün peyğəmbərlərin şəriətində haram idi. Sonralar insanlar öz nəfslərinin təhriki ilə peyğəmbərlərin şəriətini və müqəddəs kitabları təhrif etdilər. Beləcə, xristian dinində də şərab içmək icazəli oldu.

Daha çox xəbərlər