İSLAM 

Ramazan ayının 18-ci gününün imsak, iftar və namaz vaxtları – FOTO

Sabah Ramazan ayının 18-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 1-də imsak vaxtı saat 04:00-da, iftar vaxtı isə 19:51-dədir. Mayın 1-i üçün namaz vaxtları: Sübh azanı 04:10 Zöhr azanı 12:38 Əsr azanı 17:33 Məğrib azanı 19:51 İşa azanı 21:00 18-ci günün imsak vaxtı üçün duanı təqdim edirik: “Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə-zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin!” Tərcüməsi: “İlahi, məni bu ayda öz səhərlərinin bərəkəti üçün oyat, qəlbimi öz işıqlarının ziyası ilə nurlandır, bütün əzalarımı o nurun ziyasında sabit qıl.…

Read More
İSLAM 

Hacı Şahindən Qədr gecələri ilə bağlı vətəndaşlara ÇAĞIRIŞ

Sabah axşam Azərbaycanda müqəddəs Ramazan ayının ilk Qədr (Əhya) gecəsi qeyd olunacaq. ARANTV.AZ xəbər verir ki, Qədr gecələri Ramazan ayının 19, 21 və 23-cü gecələridir. 2021-ci ildə bu gecələr mayın 1-nə, 3-nə, 5-nə və 9-na təsadüf edir. Qədr gecələri zamanı insanların hansı ibadətləri, duaları etməsi və pandemiya zamanı bu gecəni necə keçirməsi böyük maraq doğurur. Mövzu ilə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənliyə müraciət etdik. O bildirib ki, Qədr gecəsi Qurani-Kərimin nazil olduğu gecədir: “Bu gecə il ərzində ən mübarək gecədir və müqəddəs kitabda qeyd olunur ki, Qədr…

Read More
İSLAM 

Məkkədə hər gün 10 min nəfərə iftar paylanılır

Ramazan ayının ilk 15 günündə Məkkə şəhərində yüz mindən çox iftar paylanılıb. İslam.az az.shafaqna.com-a istinadən xəbər verir ki, İftarlar əcnəbilərə, səhiyyə işçiləri və möhtac şəxslərə verilir. Qeyd edilir ki, hər gün Məkkə şəhərinin 25 kvartalındakı evlərə 10 mindən çox isti yemək paylanılır. İftarların paylanılması üçün duxovka və soyuducularla təchiz edilmiş təxminən 47 avtomobildən istifadə edilir. İftar paketləri su, xurma, ənənəvi yeməklərdən ibarətdir.

Read More
İSLAM 

Ramazan ayının 17-ci gününün imsak, iftar və namaz vaxtları – FOTO

Sabah Ramazan ayının 17-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 30-da imsak vaxtı saat 04:02-də, iftar vaxtı isə 19:50-dədir. Aprelin 30-u üçün namaz vaxtları: Sübh azanı 04:12 Zöhr azanı 12:38 Əsr azanı 17:32 Məğrib azanı 19:50 İşa azanı 20:59 17-ci günün imsak vaxtı üçün duanı təqdim edirik: “Allahummə əhdini fihi lisalihil-ə-mal. Vəqzi li fihil-həvaicə vəl-amal. Ya mən la yəhtacu ilət-təfsiri vəs-sual. Ya alimən bima fi suduril-aləmin. Səlli əla Muhəmmədin və alihit-tahirin!” Tərcüməsi: “İlahi, mənə bu ayda saleh əməllərə doğru yol göstər, ehtiyac və amallarımı yerinə yetir, ey etdikləri barədə izaha və…

Read More
İSLAM 

Əhya gecələri bu il nə vaxta düşür?

Mübarək Ramazan ayını yaşamaqdayıq. Bu Müqəddəs ay ilə bağlı portalımızın elektron ünvanına çox sayda suallar daxil olur. Onların böyük hissəsi də bu il əhya gecələrinin hansı tarixə təsadüf etməsi ilə əlaqəlidir. İslam.az oxucuların nəzərinə çatdırır ki, ehtimal edilən əhya (Qədr) gecələri Ramazan ayının 19, 21 və 23-ü gecələridir. 2021-ci ildə bu gecələr mayın 1-dən 2-nə, 3-dan 4-nə və 5-dən 6-na keçən gecələrdir. Bu gecələrdə hansı əməllərin yerinə yetirilməsinə gəldikdə isə, həmin gecələr ərəfəsində saytımızın ana səhifəsində bu barədə ətraflı məlumat təqdim ediləcək. Qeyd edək ki, əhli-sünnəyə görə Qədr gecəsi Ramazanın 27-ci gecəsidir. Bu il…

Read More
İSLAM 

Ramazan ayının 16-cı gününün imsak, iftar və namaz vaxtları – FOTO

Sabah Ramazan ayının 16-cı günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 29-da imsak vaxtı saat 04:03-də, iftar vaxtı isə 19:48-dədir. Aprelin 29-u üçün namaz vaxtları: Sübh azanı 04:13 Zöhr azanı 12:38 Əsr azanı 17:31 Məğrib azanı 19:48 İşa azanı 20:57 16-cı günün imsak vaxtı üçün duanı təqdim edirik: “Allahummə vəffiqni fihi limuvafəqətil-əbrar. Və cənnibni fihi murafəqətəl-əşrar. Və avini fihi birəhmətikə ila daril-qərar. Bi-ilahiyyətikə ya ilahəl-aləmin!” Tərcüməsi: “İlahi, bu gün yaxşı bəndələrin tayı olmağı mənə nəsib et! Məni pis adamlardan uzaqlaşdır! Bu gün mənə öz rəhmətinlə behişt qərargahında yer ver! Allahlığına and verirəm, ey aləmlərin Allahı!”…

Read More
İSLAM 

İftarı ballı su ilə açmağın FAYDASI

Orucunuzu şərbətlə açmağın insan orqanizmi üçün bir sıra faydaları mövcuddur. ARANTV.AZ xəbər verir ki, mütəxəssislər, orucu bal və şərbətlə açmağın mədəyə faydalı olduğunu qeyd ediblər. Boş mədəyə qəbul edilən bal mədə turşusunu neytrallaşdırır. Bal qəbzliliyin qarşısını alır, qanı təmizləyir, damarları genişləndirir. Bundan başqa ürəyi qüvvətləndirir, yağ həzmini asanlaşdırır. Sahurda isə iki çay qaşığı bal yemək lazımdır. Çaya bal əlavə edərək içmək gün ərzində susuzluq hissinin qarşısını alır. ShareFacebookTwitterEmailWhatsApp

Read More
İSLAM 

Oruc insan hələ sübh azanı verilmədiyini düşünərək yeməyə davam etsə, sonra sübh azanı verildiyini bilsə, həmin gün nə etməlidir?

Əvvəla, bunu qeyd edək ki, qəsdən, oruc vaxtı olduğunu bilərək yemək yeyən şəxsin boynuna həm qəza, həm də kəffarə gəlir, yəni Ramazan ayı bitdikdən sonra həmin günün orucunu qəza etməli, üstəlik, kəffarə də ödəməlidir. Əksinə, bir şəxs orucunu bilməyərəkdən pozsa, məsələn, oruc olduğunu unudub qeyri-ixtiyari olaraq nəsə yesə, orucu düzgündür və əlavə heç nə tələb olunmur. Amma əgər bir şəxs hər hansı əlamətlər əsasında (məsələn, saata baxmaq, kimdənsə soruşmaq, vaxtından gec verilmiş azan səsini eşitməklə) hələ imsak vaxtı çatmadığını düşünsə və yeməyə davam etsə, daha sonra araşdıraraq həmin vaxt artıq…

Read More
İSLAM 

Deyirlər ki, Quranın bəzi ayələrini oxumaq günahdır. Bu hansı ayələrdir?

Bu, Qurani-Kərim barədə məlumatın azlığından və ya qeyri-düzgün izahdan qaynaqlanan bir fikirdir. Əslində, Quranda oxunması günah olan heç bir ayə yoxdur. Quran bütünlükdə Allahın kəlamıdır, müqəddəsdir, onun hər ayəsini və kəlməsini oxumaq, mənası barədə düşünmək və hökmünə əməl etmək insana sonsuz savab gətirir. Qurani-Kərimdə bəzi ayələr var ki, onları oxumaq insandan müəyyən şərtlər tələb edir. Məsələn, “səcdə” ayələri deyilən dörd ayəni oxuyan və dinləyən insan mütləq dərhal şükür səcdəsi etməlidir. Həmin ayələr bunlardır: Səcdə, 15; Füssilət, 37; Nəcm, 62 və Ələq, 19. Quranın vacib səcdəsini yerinə yetirmək üçün dəstəmaz almaq,…

Read More
İSLAM 

Ramazan ayının 15-ci gününün imsak, iftar və namaz vaxtları – FOTO

Sabah Ramazan ayının 15-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 28-də imsak vaxtı saat 04:05-də, iftar vaxtı isə 19:47-dədir. Aprelin 28-i üçün namaz vaxtları: Sübh azanı 04:15 Zöhr azanı 12:38 Əsr azanı 17:31 Məğrib azanı 19:47 İşa azanı 20:56 15-ci günün imsak vaxtı üçün duanı təqdim edirik: “Allahummərzuqni fihi taətəl-xaşiin. Vəşrih fihi sədri bi-inabətil-muxbitin. Bi-əmanikə ya əmanəl-xaifin!” Tərcüməsi:  “İlahi, bu gün qəlbində Allah xofu olan şəxslərə məxsus itaəti mənə nəsib et! Bu gün sinəmi təvazökarların tövbəsi ilə genişləndir! Əminliyinə and verirəm, ey qorxu əhlinə əminlik bəxş edən Allah!” İftar duası: “Allahummə ləkə sumtu və…

Read More