İSLAM 

Əyyami-Fatimiyyə nə deməkdir?

Əyyami-Fatimiyyə nə deməkdir? Əyyami-Fatimiyyə ərəb dilindən tərcümədə “Fatimə günləri” deməkdir. Həzrət Fatimənin (ə) şəhadəti şiə rəvayətlərinə görə iki tarixdə qeyd edilir. Bir rəvayətə görə, o həzrət atasının vəfatından 75 gün sonra, digər rəvayətə görə 95 gün sonra dünyasını dəyişmişdir. Bu hesabla Xanımın vəfatı cəmadiyül-əvvəl ayının 13-də və cəmadiyüs-sani ayının 3-də qeyd edilir. Bu ikisinin arasındakı 20 günə “Əyyami-Fatimiyyə” deyirlər. Əyyami-Fatimiyyədə ənənə üzrə Həzrət Zəhraya (ə) matəm tutulur, təziyə məclisləri keçirilir.

Read More
İSLAM 

Bəzi uşaqlar sünnət olunmuş halda doğulurlar. Onları yenidən sünnət etdirmək lazımdırmı?

Bəzi uşaqlar sünnət olunmuş halda doğulurlar. Onları yenidən sünnət etdirmək lazımdırmı? Oğlan uşaqlarının sünnət olunması şəriətimizin göstərişlərindən biridir. Bunun hər şeydən əvvəl tibbi baxımdan sübuta yetirilmiş faydası vardır. Oğlan uşağını imkan daxilində kiçik vaxtında, hətta doğuluşundan sonrakı ilk günlərdə sünnət etmək müstəhəbdir. Bəzu uşaqlar sünnətli halda anadan olurlar. Xalq içində buna “peyğəmbər sünnəti” deyirlər. Çünki rəvayətə görə, məsum şəxslər, o cümlədən, peyğəmbərlər və imamlar da sünnətə ehtiyacsız halda dünyaya gəlmişlər. Bu cür uşaqların sünnət edilməsinə ehtiyac olub-olmadığı barədə həkimlə məsələhətləşmək lazımdır. Çünki bu hal uşaqlarda fərqli formalarda təzahür edə bilər.…

Read More
İSLAM 

Həzrət Musa Peyğəmbərə (ə) verilmiş “Kəlimullah” ləqəbinin mənası nədir?

Həzrət Musa Peyğəmbərə (ə) verilmiş “Kəlimullah” ləqəbinin mənası nədir? “Kəlimullah” ərəb dilindən tərcümədə “Allahın danışdığı şəxs” mənasını verir və Həzrət Musa Peyğəmbərin (ə) ləqəbi kimi işlədilir. Ümumiyyətlə, Allah-Taala öz peyğəmbəri ilə adətən, üç formada rabitə saxlamışdır: ilham (qəlbə endirilən fikir), hər hansı əşya vasitəsilə və vəhy mələyi (Cəbrail) vasitəsilə. Musa Peyğəmbərin (ə) Allahla danışması ikinci formada olmuşdur. Həzrət Musa (ə) Mədyən diyarından ailəsi ilə birlikdə Misrə dönərkən, yolda qaranlıq, qor¬xu və aclıq onları əldən salır. Bu zaman Musa (ə) uzaqda işıq görür. Ora çatdıqda işıq içində olan (yanan) ağacla qarşılaşır.…

Read More
İSLAM 

Zülfiqar qılıncının mənşəyi barədə dini mənbələrdə nə deyilir?

Zülfiqar qılıncının mənşəyi barədə dini mənbələrdə nə deyilir? İmam Əlinin (ə) atributlarından biri sayılan Zülfiqar adlı qılıncın mənşəyi barədə yazırlar ki, o, Məkkə müşriklərindən Münəbbeh (yaxud As) adlı bir pəhləvana mənsub idi. Bədr döyüşündə Əli ibn Əbu Talib (ə) onu öldürüb qılıncını qənimət olaraq Həzrət Mühəmməd Peyğəmbə¬rə (s) təhvil vermiş, o da özünə götürmüşdü. Ühüd savaşında İmam Əli (ə) igidliklə döyüşərək əlindəki qılıncı sındırdıqdan sonra Peyğəmbərimiz Zülfiqarı ona bağışlamış və savaş meydanına göndərmişdi. “Əlidən başqa igid, Zülfiqardan başqa qılınc yoxdur” hədisini də Peyğəmbər həmin gün buyurmuşdu. Başqa bir rəvayətə görə,…

Read More
İSLAM 

Məzarı Məşhəddə yerləşən Piri-palanduz kimdir?

Məzarı Məşhəddə yerləşən Piri-palanduz kimdir? “Piri-palanduz”, yəni palantikən qoca XVII əsrdə Məşhəddə yaşamış bir övliyanın ləqəbidir. Şeyx Məhəmməd Karəndeyi Məşhəd şəhərinin kəndlərindən birində doğulmuş, əxlaq və irfanda yüksək məqama çatmışdı. O, zəhəbiyyə təriqətinin şeyxi idi. Öz əlinin zəhməti ilə, palan tikməklə dolanırdı. Şeyx Məhəmmədin kəramətləri barədə bəzi rəvayətlər danışılır. Bu rəvayətlərə görə, o, Səfəvilər dövrünün məşhur din alimi Şeyx Bəhai ilə müasir olmuş, onunla görüşmüşdü. Şeyx Məhəmmədin miladi təqvimlə təqribən 1577-ci ildə vəfat etdiyini, Şeyx Bəhainin isə 1547-ci ildə doğulduğunu nəzərə alsaq, bu görüş Şeyx Bəhainin gənclik illərinə təsadüf etmişdir.…

Read More
İSLAM 

Qəbristanlıqda naməhrəm şəxslərin qəbirlərinin yanaşı olması şəriət baxımından problemli deyil?

Qəbristanlıqda naməhrəm şəxslərin qəbirlərinin yanaşı olması şəriət baxımından problemli deyil? Xalq içində belə bir fikir formalaşıb ki, yanaşı qəbirlərdə dəfn edilən şəxslər məhrəm olmalıdırlar. Yəni qadının qəbrinin yanında ona məhrəm olmayan şəxsin basdırılması düzgün deyil, qadının yanında ya oğlu, ya əri, ya qardaşı, ya da başqa yaxın qohumu basdırılmalıdır. Ona görə bəzən insanlar bir məzarın ətrafında əlavə yerləri də öz ailə üzvləri üçün ayırırlar. Bu isə qəbristanlıqlarda yer çatışmazlığına və narazılıqlara səbəb olur. Əslində, dini baxımdan bu düşüncənin heç bir əsası yoxdur. Qəbirdə yatan şəxsin yanındakı məzarda məhrəm yoxsa naməhrəm…

Read More
İSLAM 

Dekabrın 20-nə keçən gecə Xanım Zeynəbin (s.ə) mövludunun ildönümüdür

Bu gecə (bu il dekabrın 20-nə keçən gecə) İslam Peyğəmbərinin (s) nəvəsi, Kərbəla həqiqətlərini dünyaya çatdırıran, Kərbəla səhnəsinin misilsiz qadın qəhrəmanı Xanım Zeynəbin (s.ə) mövlud gecəsidir. İslam.az-ın məlumatına görə, hicrətin 6-cı ilində, cəmadiül-əvvəlin ayının 5-də Mədinə şəhərində Peyğəmbər ailəsində, İmam Əli (ə) və Peyğəmbərin can parəsi olan Xanım Fatimeyi Zəhranın (s.ə) evində bir qız uşağı dünyaya gəlir. Peyğəmbər yeni doğulmuş körpənin adını Cəbrayıl (ə) nazil olub xəbər gətirəndən sonra Zeynəb qoyur. Zeynəb “atanın ziynəti” deməkdir. Həzrət Zeynəb (s.ə) beş ilə qədər Peyğəmbərlə (s) bir yerdə yaşamışdır. Bu müddət onun Peyğəmbər…

Read More
İSLAM 

Ramazan ayının orucunun qəzasını ilin istənilən mövsümündə tutmaq olarmı?

Ramazan ayının orucunun qəzasını ilin istənilən mövsümündə tutmaq olarmı? Ramazan ayında hər hansı səbəb üzündən oruc tutmamış insan mütləq həmin günlərin qəzasını tutmalıdır. (bəzi hallarda qəza orucundan əlavə, həm də kəffarə vacib olur). Özü də qəza orucunu növbəti Ramazan ayının gəlişinə kimi tutmaq lazımdır. Əlbəttə, burada oruc tutmağa sağlamlığı imkan verən şəxs nəzərdə tutulur. Əgər insan xəstəlik üzündən Ramazan ayında oruc tutmasa və növbəti Ramazana kimi sağalmasa, bu halda qəza orucu tutmaqdan azaddır, amma cərimə olaraq fidyə verməlidir (onun hökmü risalədə yazılıb). Ramazan orucunun qəzasını növbəti Ramazan ayına kimi istənilən…

Read More