Çərşənbə, 01 İyl, 2026

Xüsusi şəraitdə olan şəxs (məsələn, əsgər) ayaqqabı ilə namaz qıla bilərmi?

Xüsusi şəraitdə olan şəxs (məsələn, əsgər) ayaqqabı ilə namaz qıla bilərmi? Əvvəla, qeyd edək ki, namazı ayaqqabısız qılmaq namaza hörmət baxımından daha yaxşıdır. Amma söhbət zəruri hallardan gedirsə, ayaqqabı ilə qılmağa icazə verilir (dəstəmaz zamanı ayaqqabısız, ayağın üzərinə məsh çəkmək şərti ilə). Diqqət yetirmək lazımdır ki, ayaqqabı murdarlığa bulaşmış olmasın. Murdarlıq deyərkən şəriətdə buyurulan hallar […]

“Əlhəmdü lillah” və “şükrən lillah” zikrlərinin mənasında fərq varmı?

“Əlhəmdü lillah” və “şükrən lillah” zikrlərinin mənasında fərq varmı? Bu zikrlərin hər ikisi Allaha müraciətdə düzgün sayılır. Hər iki zikrdə Allahı öymək (tərifləmək) və Ona minnətdarlıq bildirmək mənası vardır. Həmd və şükrün mənaları yaxındır. Amma lüğət alimləri qeyd etmişlər ki, şükr – hər hansı yaxşılıq müqabilində edilmiş minnətdarlıqdır. Dilimizdəki “təşəkkür” sözü də bunu ifadə edir. […]

Quranda elə tərcümə xətaları var ki, insan xəcalət çəkir — Azərbaycanlı ilahiyyatçıdan AÇIQLAMA

Bir neçə ildir Qurani-Kərimin tərcüməsi üzərində çalışan ilahiyyatçı Elşad Miri “Teleqraf.com”-un sualları cavablayıb. – Elşad bəy, Quranın tərcüməsi üzərində yenidən çalışmaq zərurəti nədən yarandı? – Tanışlarım arasında dindən çıxan, özünü ateist hesab edənlər də olurdu. Səbəbini soruşanda əksəriyyət Quranın tərcüməsini oxuyub oradan hansısa ayələri misal gətirir, onu səbəb göstərirdilər. Başa salmağa çalışırdım ki, ərəb dilində […]

Peyğəmbərimizin SAĞLAMLIQLA bağlı TÖVSİYƏLƏRİ

Uşaqlıq dövrü insanın gələcək inkişafının təməlinin qoyulduğu çox önəmli bir dövrdür. Bu dövrdə qazanılan sağlamlıq vərdişləri insanın gələcək həyatında öz müsbət təsirini mütləq şəkildə biruzə verir. Bu səbəbdən valideynlər sağlamlıq vərdişlərini nəinki özlərində yaratmalı, hətta öz uşaqlarına da bu vərdişləri erkən yaşlarından aşılamağı bacarmalıdırlar. Hər mövzuda olduğu kimi sağlamlıq mövzusunda da bütün aləmlərə örnək olan […]

Duamıza daha çox kim ehtiyaclıdır: biz, ya onlar?

Aşağı siniflərdə oxuduğum zamanlar idi. Ev tapşırığını hazırlayanda bəzən rəhmətlik nənəm astaca yaxınlaşıb çox ehtiyatla masanın kənarına səliqə ilə yonulmuş qələm qoyub deyərdi: “A bala, sənə qələm “ujdamışam”, işlədərsən”. Sonra başıma bir sığal da çəkib dönüb gedərdi mətbəxə. Bu qələm hadisələri tez-tez təkrarlanırdı. Hardasa evdə bir nimdaş qələm tapanda mütləq “döyüşə hazır vəziyyətə” gətirib saxlayardı […]

Qünutda hansı duanı oxumaq lazımdır?

Oxucu sual verir: Qünutda hansı duanı oxumaq lazımdır? Qünutda hər hansı duanı və zikri oxumaq icazəlidir. Hətta “sübhanallah” zikrini söyləmək və ya salavat demək də kifayət edər. Amma yaxşı olar ki, qünutda bu dua oxunsun: “La ilahə illəllahul-həlimul-kərim. La ilahə illəllahul-əliyyul-əzim. Subhanəllahi Rəbbis-səmavatis-səbi və Rəbbil-ərzinəs-səbi və ma fihinnə və ma bəynəhunnə və Rəbbil-ərşil-əzim. Vəlhəmdu lilahi […]

Şəhadət meydanında qılınan namaz

Kərbəla çölündə gərgin döyüş bir neçə saat idi ki, davam edirdi. İmam Hüseynin (ə) silahdaşlarından təqribən 50 nəfəri düşmənin ilk həmləsini dəf edərkən şəhid olmuşdu. Qalanlar da bir-bir döyüş meydanına çıxıb savaşır və şəhidlik şərbətini nuş edirdilər. İmamın ətrafında Əhli-beyt üzvlərindən savayı, bir ovuc adam qalmışdı. Zöhr namazının vaxtı çatdı. İmam Hüseynin (ə) silahdaşlarından biri […]

İnsan ona verilən ət payının dini qaydada kəsilib-kəsilmədiyini dəqiq bilmirsə, həmin əti yeyə bilərmi?

İnsan ona verilən ət payının dini qaydada kəsilib-kəsilmədiyini dəqiq bilmirsə, həmin əti yeyə bilərmi? İslam çətinlik yox, asanlıq dinidir. Dinimiz vasvasılığı, hər şeyə şübhə ilə yanaşmağı bəyənmir, hüsni-zənn ilə davranmağı tövsiyə edir. Qidanın haram olduğu dəqiq məlumdursa və ya onun haram olmasına ciddi zənn varsa, bu halda ondan çəkinmək lazımdır. Amma əgər qidanın haram olması […]

“Ey Əba-əbdillah, sənin günün kimi bir gün yoxdur!” hədisinin mənası nədir?

İslam.az oxuculara “Ey Əba-əbdillah, sənin günün kimi bir gün yoxdur!” hədisinin mənası nədir?” sualına Ali dərəcəli mərcəyi-təqlid ayətullah Seyyid Əli Sistaninin cavabını təqdim edir Sual: Əhli-beytdən (ə)- “Ey Əba-əbdillah, sənin günün kimi bir gün yoxdur!” hədisi nəql olunub. Həmin hədis hansı mənanı özündə əks etdirir? Halbuki insanlar tarix boyu müharibələr nəticəsində dəhşəti heç də Kərbəla faciəsindən az […]

Ermənilər dini abidəmizi murdarladı

Ermənistan hakim dairələrinin birbaşa göstərişi ilə Azərbaycanın maddi mədəniyyət nümunələrinə vandalizm aktları davam edir. Modern.az xəbər verir ki, budəfəki vandalizm aktı işğal altındakı Xocavənd rayonunda yerləşən Ktişvəng monastırına qarşı olub. Eramızın VIII əsrində Alban hökmdarları tərəfindən inşa edilən monastır kompleks uzun illər boyu intensiv erməniləşdirmə siyasətinə məruz qalıb. Son illər isə Qarabağdakı qondarma rejim rəhbərliyi […]