İSLAM
Müqəttəə hərflər nə deməkdir?
Ərəb dilində müqəttəə hərflər “kəsik, tək-tək hərflər” deməkdir. Qurani-Kərimin 29 surəsinin əvvəlində işlədilən, hər hansı dəqiq mənanı ifadə etməyən ayrı-ayrı hərflərə bu ad verilib. Müqəttəə hərflər ərəb əlifbasının 14 hərfini əhatə edir: əlif, he, ha, ta, ye, kaf, lam, mim, nun, sin, ayn, qaf, sad və ra. Bu hərflər bəzən tək, bəzən cüt halda, bəzən […]
Evdə pişik, dovşan və s. heyvanları saxlamaq olarmı?
Evdə pişik, dovşan və s. heyvanları saxlamaq olarmı? Dinimiz yaşayış evində heyvan saxlamağa yaxşı baxmır. Hər hansı məişət faydası üçün (məsələn, evi qorumaq, ziyanvericiləri məhv etmək və s.) həyətdə heyvan saxlamaq olar. Ev isə insanların yaşayışı üçündür. Pişik, dovşan, xomyak kimi canlıları evdə saxlamaq həm sanitar-gigiyenik, həm də şəriət baxımından arzuolunmazdır. Əvvəla, elmin təsbitinə görə, […]
İyulun 3-nə keçən gecə imam Rzanın (ə) mövludunun ildönümüdür
Bu gecə (bu il iyulun 2-dən 3-nə keçən gecə) müsəlmanların 8-ci imamı – imam Rzanın (ə) mövlud gecəsidir. İmam Əli ibn Musa hicrətin 148-ci ilin Zilqədə ayının on birində Mədinə şəhərində anadan olub. İmamın anası – Nəcmiyyə öz dövrünün ən görkəmli və ziyalı qadınlarından olub. İmam Rza (ə) lap uşaq vaxtlarından sübut edib ki, o, […]
İnsanın öz adını dəyişməsinə din icazə verirmi?
İnsanın öz adını dəyişməsinə din icazə verirmi? Ad insanın şəxsiyyətini, kimliyini bəlli edən, onu tanıdan bir əlamətdir. Əvvəla, valideynlər uşağa ad qoyarkən elə etməlidirlər ki, uşaq böyüdükdən sonra öz adından xəcalət çəkməsin. Çox zaman insanlar əcaib və hətta nalayiq ad daşımalarından utanır və öz adlarını dəyişirlər. Dinimiz adı dəyişdirməyi qadağan etmir. Əgər bir insan könüllü […]
Peyğəmbərin (s) oğulluğa götürdüyü Zeyd yetim idi yoxsa valideynləri vardı?
Peyğəmbərin (s) oğulluğa götürdüyü Zeyd yetim idi yoxsa valideynləri vardı? Zeydin əsl atasının adı Harisə idi. Peyğəmbərimiz (s) onu oğulluğa götürsə də, heç zaman “Mühəmmədin oğlu” çağırılmasına razı olmamış, onu atasının övladı kimi tanıtdırmışdır. Zeyd ibn Harisə ibn Şürahil Kəlbi İslamdan əvvəlki qəbilə müharibələri nəticəsində əsir alınıb Məkkədə kölə bazarında satışa çıxa-rılmışdı. Xədiceyi-kübranın qardaşı oğlu […]
Maddeyi-tarix nədir?
Maddeyi-tarix nədir? Maddeyi-tarix əsasən, müsəlman Şərq mədəniyyətinə və tarixinə aid olan bir ənənədir. Hər hansı mühüm hadisənin, məsələn, hökmdarın taxta çıxmasının, hərbi qələbənin, görkəmli şəxsin ölümünün, bina tikilişinin, iri məzmunlu əsərin yazılmasının tarixini nəzmlə ifadə etmək Şərqdə ənənəyə çevrilmişdir. Şairlər həmin hadisələri bəzən açıq şəkildə rəqəmlə, bəzən də üstüörtülü simvollarla ifadə etmişlər. Maddeyi-tarixlərdə ən çox […]
“Koronavirus Allahın insanlar üçün İMTAHANIDIR” – İlahiyyatçıdan şok AÇIQLAMA: “Quranda da ayələr var”
İslamın şərtlərinə daxil olan 5 vacib əməldən biri də Həcc ziyarətidir. Belə ki, maddi vəziyyəti və səhhəti yerində olan möminlər ömründə heç olmasa bir dəfə Kəbəni ziyarət etməlidir. Lakin Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi bu il xaricdən ziyarətçi qəbul olunmayacağını, yalnız krallığın ərazisində olan müsəlmanların Məkkə və Mədinəni ziyarət edə biləcəklərini bildirib. Buna görə […]
QMİ-dən Həcc ziyarəti ilə bağlı AÇIQLAMA
Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı Səfirliyindən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin ünvanına məktub daxil olub. Bu barədə QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib. İki Müqəddəs Məscid Xadiminin Azərbaycandakı Səfiri doktor Həməd bin Abdulla bin Xudeyrin imzaladığı müşayiət məktubu ilə Səudiyyə Ərəbistanı Krallığı Həcc və Ümrə Nazirliyinin bəyanatı QMİ-yə təqdim olunub. Bəyanatda bildirilir ki, Səudiyyə Ərəbistanı […]
Yunisiyyə zikri nədir?
Yunisiyyə zikri nədir? Quranda buyurulur ki, Həzrət Yunis Peyğəmbər (ə) iri balıq tərəfindən udulduqdan sonra Allaha yalvarıb, xilas olmaq üçün dua etmişdi (Ənbiya, 87-88). Həzrət Yunisin (ə) duasının mətni ərəbcə belədir: “La ilahə illa əntə sübhanək. İnni küntü minəz-zalimin” (Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam). Bu, məşhur […]
“QMİ Azərbaycanda məscidlərin açılması ilə bağlı tövsiyələr qəbul edib”- Hacı Şahin
Bu gündən etibarən Türkiyədə bütün məscidlər tam olaraq açılacaq. Türkiyədə koronavirus pandemiyası ərəfəsində bağlanan məscidlərdə bir neçə həftə idi ki, cümə namazının qılınmasına yalnız sosial məsafə saxlamaq şərti ilə icazə verilirdi. Bu gündən etibarən isə tibbi maska taxmaq və sosial məsafəni gözləmək şərtilə bütün məscidlərdə camaat namazının qılınmasına mümkün olacaq. Həmçinin digər qonşu ölkə olan […]