Zaxarova Paşinyanı demaqoq adlandırdı
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü ilə bağlı müzakirələri demaqogiya müstəvisinə yönəldir.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfi Nikol Paşinyanın iyunun 25-də Ermənistan hökumətinin iclasında, eləcə də iclasdan sonra jurnalistlərə verdiyi açıqlamaları diqqətlə izləyib.
Zaxarova bildirib ki, Paşinyan Aİİ üzvlüyü ilə bağlı müzakirələri qəsdən əsas mövzudan yayındırır.
“Ermənistanın baş naziri söhbəti başqa istiqamətə, demaqogiya müstəvisinə aparır. O, bunu əvvəllər də İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurması ilə bağlı etmişdi”, – Rusiya XİN-in sözçüsü vurğulayıb.