Kriminal 

Bakıda atasını öldürməkdə şübhəli bilinən 19 yaşlı şəxs tutuldu – RƏSMİ

Fevralın 13-də saat 21 radələrində Sabunçu rayon ərazisində 1971-ci il təvəllüdlü Şükürov Cavanşir Şakir oğluna məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Sabunçu Rayon Prokurorluğu məlumat yayıb. Məlumatda qeyd olunub ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin oğlu, 2002-ci il təvəllüdlü Cahangir Şükürlünün şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Cavanşir Şükürovu qəsdən öldürməsinə…

Read More
Kriminal 

Səsgücləndiricilərin içərisində psixotrop maddə və narkotik vasitə aşkarlandı – FOTO/VİDEO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Bildirilib ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus çamadan Heydər Əliyev Beynəlxalq Hava Limanında rentgen aparatından keçirilərkən monitorda şübhəli təsvirlər müşahidə olunub. Yoxlama zamanı çamadanda olan şəxsi əşyaların arasındakı iki ədəd səsgücləndiricinin içərisində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 4 ədəd şəffaf polietilen bükümdə ümumi çəkisi 302 qram olan 1000 ədəd MDMA (metilendioksimetamfetamin) psixotrop maddə və çəkisi 89,679 qram olan narkotik vasitə olan…

Read More
Kriminal 

Gürcüstan vətəndaşı Bakıda tanışı tərəfindən öldürüldü

Bu gün saat 16:00 radələrində Gürcüstan vətəndaşı, Xəzər rayonu Südçülük sovxozu ərazisində yaşayan, 1966-cı il təvəllüdlü Məmmədov Canpolad Alı oğlunun öldürülməsi barədə Xəzər Rayon Prokurorluğuna məlumat daxil olub. ARANTV.AZ  xəbər verir ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1978-ci il təvəllüdlü İbrahimov Heydər Məhəmməd oğlunun aralarında yaranmış mübahisə zamanı soyuq silahdan istifadə etməklə Canpolad Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi…

Read More
Kriminal 

Bakıda qısqanc kişi arvadını çayxanada bıçaqladı, sonra isə… – QANLI CİNAYƏTİN TƏFƏRRÜATI

Xətai rayonunda arvadını bıçaqlayaraq öldürmək istəyən Rəcəb Məmmədovun cinayət işi. ARANTV.AZ  xəbər verir ki, hadisə Xətai rayonu, Cavanşir küçəsində yerləşən “Şəhrizad” çay evində baş verib. Belə ki, Rəcəb Məmmədov orada arvadı Günel Məmmədovanı (1986-cı il təv.) bıçaqlayıb, hadisə yerindən qaçıb. Şahidlərin köməkliyi ilə qadın xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub. Cinayəti törətməkdə şübhəli bilinən R.Məmmədov Xətai RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təqdim edilib. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Rəcəb Məmmədov ifadəsində bildirib ki, ərindən boşanıb iki uşağı olan Günellə 2013-cü ilin yayında Bakı şəhərində tanış…

Read More
Kriminal 

Bakıda 15 yaşlı yeniyetmə bıçaqlandı

Bakının Nərimanov rayonunda parkda bir nəfər bıçaqlanıb. ARANTV.AZ  APA-ya istinadən xəbər verir ki, hadisə metronun Nəriman Nərimanov stansiyasının yaxınlığındakı parkda baş verib. Belə ki, 2005-ci il təvəllüdlü Hüseynov Rüfət İslam oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Read More
Kriminal 

Azərbaycanda DƏHŞƏT: 26 yaşlı oğlan anasının BAŞINI KƏSDİ

Qusarda anasının boğazını kəsən 1995-ci il təvəllüdlü Nail Əhmədov barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb. ARANTV.AZ teleqraf.com-a istinadən bildirir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı fevralın 22-nə təyin edilib. İttihama görə, hadisə ötən ilin martın 29-u gecə saatlarında Qusar rayonunun Xurel kəndin qeydə alınıb. 1995-ci il təvəllüdlü Nail Əhmədov anası, 1971-ci il təvəllüdlü Maisə Əhmədovanın boğazını kəsərək, qətlə yetirib. Hadisəni törədən Nail Əhmədov sonradan qaçaraq gizlənib. Polis əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində…

Read More
Kriminal 

Bakıdakı qanlı cinayətin təfərrüatı – Qeyri-rəsmi yaşadığım Günayla…

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən Beyləqan rayon sakini, 1994-cü il təvəllüdlü Rauf Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. ARANTV.AZ-ın xəbərinə görə, Rauf Sadıqov 1990-cı il təvəllüdlü tanışı Röyyal Bayramovun məlum hadisədən bir neçə gün əvvəl barəsində guya NZS qəsəbəsində yaşadığı evində əxlaqsızlıq yuvası və tiryəkxana təşkil etməsi kimi ifadələr səsləndirməsini bəhanə gətirib, ona qarşı zor tətbiq edib. Rauf Sadıqov 18 aprel 2020-ci il tarixdə, saat 17 radələrində Röyyal Bayramovu evinə dəvət edib. O, evdə olan kənar şəxslərin gözü qarşısında heç bir əsaslı səbəb olmadan Röyyal…

Read More
Kriminal 

2 bacı bıçaqlanıb

Şirvanda 2 bacı bıçaqlanıb. ARANTV.AZ bildirir ki, əvvəllər məhkum olunan Şirvan sakini, 58 yaşlı Nəzərov Eyvaz Mehdi oğlu qonşuları – 1993-cü il təvəllüdlü Şəhla Qasımovanı və onun bacısı, 1994-cü il təvəllüdlü İlahə Qasımovanı bıçaqlayıb. Hər iki bacı Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Hadisə zamanı daha iki nəfər əlindən yüngül bıçaq  xəsarətləri alıb. Hadisəni törədən E.Nəzərov hadisə yerindən qaçıb. Onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən araşdırma aparılır.

Read More
Kriminal 

Arvadına sataşan qonşusunu amansızlıqla öldürdü – Evinə dəvət etdi və…

Bakıda dəhşətli cinayətlər törətməkdə ittiham olunan Cəbrayıl rayon sakini, 1968-ci il təvəllüdlü Aqşin Quliyevin məhkəməsi başa çatıb. ARANTV.AZ-ın xəbərinə görə, Aqşin Quliyev əvvəllər qonşusu olmuş İlham Həşimovun son aylar bir neçə dəfə yaşadığı Bülbülə qəsəbəsindəki mənzilinin qarşısında dayanaraq pəncərəyə baxdığını görüb. O, İlham Həşimovun arvadı ilə münasibətdə olmasından və əxlaqsız təkliflər etməsindən şübhələnib. Aqşin Quliyev İlham Həşimovu öldürmək qərarına gəlib. 2019-cu ilin sentybarından başlayaraq İlham Həşimovun mobil telefonuna zənglər edərək, onunla görüşmək istədiyini bildirib. İlham Həşimov işdən gec çıxdığından, yalnız istirahət günü görüşə biləcəyini deməsindən sonra onunla sentyabrın 29-da görüşmək…

Read More
Kriminal 

Qayınatanın törətdiyi dəhşətli qətlin təfərrüatı: Gəlini doğrayıb, çuvallara yığaraq…

Yanvarın 27-də, gecə saat 01:00 radələrində, Bakının Nəsimi rayonu Əliskəndər İskəndərov küçəsindəki zibil qutusundan 5 ədəd torbada doğranmış qadın cəsədi tapılıb. Aparılan araşdırma zamanı 33 yaşlı Banu Məhərrəmovanın 75 yaşlı qayınatası İdris Məhərrəmov tərəfindən amansızcasına qətlə yetirildiyi, daha sonra parçalara bölünərək, zibil qutusuna atıldığı müəyyən olunub. O, dərhal həbs olunub. Məhərrəmova Banu Xudayar qızının qətli barədə yeni detallar bəlli olub. 75 yaşlı qayınata İdris Məhərrəmovun vəkili Rəhim Əmrəliyev hadisənin bilinməyən tərəfləri barədə News24.az-a danışıb. O bildirib ki, İdris Məhərrəmov cinayəti törətdiyini etiraf edib: “Hələ ki, istintaq gedir. İstintaq orqanı bu hadisənin…

Read More