Kriminal 

Qətldə təqsirləndirilən “Əmioğlu”nun işi məhkəmədə

Sumqayıtda qətl və digər ağır cinayətlərdə təqsiləndirilən “Əmioğlu” ləqəbli Eldar Cabbarovun barəsindəki cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ  APA-ya istinadən bildirir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rasim Sadıxovun icraatına verilib. Qeyd edək ki, Sumqayıtda əvvəllər Cinayət Məcəlləsinin 145.2, 226.1 (köhnə redaksiyada), 221.3, 228, 229.1, 120.1, 234.1 və 182.2.4-cü maddələri ilə dəfələrlə məhkum olunmuş “Əmioğlu” ləqəbli Eldar Cabbarov tutulub. Saxlanılan zaman onun üzərindən narkotik vasitələr olan 10,480 qram heroin və 3,478 qram tiryək aşkar olunaraq götürülüb. İstintaq zamanı,…

Read More
Kriminal 

Bakıda qadını qətlə yetirərək zibil qutusuna atan şəxs onun qayınatası imiş

Bakıda qətlə yetirilərək zibil qutusuna atılan qadının şəxsiyyəti müəyyənləşdirilib. ARANTV.AZ  “Report”a istinadən xəbər verir ki, bu, 32 yaşlı Məhərrəmova Banu Xudayar qızıdır. İlkin araşdırma zamanı məlum olub ki, hadisəni onun 75 yaşlı qayınatası İdris Məhərrəmov törədib. Həmin şəxs hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən tutulub. Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir. Xatırladaq ki, faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.

Read More
Kriminal 

Bakıda meyiti doğranaraq zibilliyə atılan qız kimdir? – DƏHŞƏTLİ OLAYDAN YENİ XƏBƏR

Yanvarın 27-nə keçən gecə Nəsimi rayonu 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsində məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularında 4 ədəd kisədə və 1 ədəd selofan torbada doğranmış vəziyyətdə tapılan naməlum qadın meyitinin kimə məxsus olmasının müəyyənləşdirilməsi istiqamətində iş aparılır. ARANTV.AZ  xəbər verir ki, ilkin araşdırmalar zamanı meyitin hissələrinin üzərində hər hansı işarəverici əşya və ya digər dəlil aşkarlanmayıb. Bu səbəbdən öldürülmüş şəxsin kimliyini qısa vaxtda öyrənmək mümkün olmayıb. Meyitin hissələrindən qan, tük, dəri və digər nümunlər götürülərək ekspertiziya göndərilib. Vizual olaraq ölən qadının təxminən 25-30 yaşlarında olması ehtimal edilir. Hazırda cinayət…

Read More
Kriminal 

Bakıda qandonduran CİNAYƏT: Qadını doğrayıb, zibil qutusuna atdılar

Yanvarın 27-də saat 1 radələrində Nəsimi rayonu 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsində məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularında 4 ədəd kisədə və 1 ədəd sellofan torbada doğranmış vəziyyətdə naməlum qadın meyitinin hissələrinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bununla bağlı Nəsimi rayon prokurorluğu məlumat yayıb. Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar…

Read More
Kriminal 

Azərbaycanda ər arvadını qəddarlıqla öldürdü – RƏSMİ

Yanvarın 22-də saat 14.00 radələrində Cəlilabad rayonu, Uzuntəpə kənd sakini 1967-ci il təvəllüdlü Mirzəyeva Yemən Əlisahib qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Cəlilabad rayon prokurorluğundan verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib. Aparılan araşdırmalarla zərərçəkmişin əri 1969-cu il təvəllüdlü Mirzəyev Qədirağa Ağasən oğlunun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı dəmir alətlə Yemən Mirzəyevanın baş nahiyəsinə xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Cəlilabad rayon…

Read More
Kriminal 

Abşeronda dəhşətli qətl: Qonşusunu boğaraq öldürdü

Abşeron rayonunda qətl hadisəsi olub. Abşeron rayon prokurorluğundan verilən məlumata görə, yanvarın 22-də saat 19 radələrində Abşeron rayonunun Saray qəsəbəsində 1972-ci il təvəllüdlü Bədirov Tofiq Güləli oğlunun yaşadığı evdə meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla zərərçəkmişin qonşusu 2003-cü il təvəllüdlü Əliyev İsmayıl Nəvahi oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Tofiq Bədirovu boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı…

Read More
Kriminal 

Redaktorun qətlə yetirilməsinin təfərrüatı məlum olub – FOTO

Dünən axşam saatlarında Şəmkir rayonunun Qədim Qala kəndində “Qərb bölgəsi press qəzetinin və Qərb.TV” internet televiziyasının redaktoru və təsisçisi Əliyev Bəxtiyar Adil oğlunun öldürülməsinin bəzi təfərrüatları məlum olub. BAKU.WS-in yaydığı məlumata görə hadisə dünən axşam təxminən saat 20:00 radələrində baş verib. Mərhumun dayısı oğlu Vasif Aslanov Bəxtiyar Əliyevi kəndin 4-cü küçəsi adlanan ərazisində ov tüfəngi ilə baş nahiyyəsinə atəş açaraq öldürüb. Bəxtiyar Əliyevin anası Zahidə Aslanova bildirib ki, hadisədən bir neçə gün öncə qardaşıoğlu Vasif Bəxtiyara dəfələrlə zəng edib: “Bəxtiyar mənə dedi ki, Vasif üç gündür mənə zəng edir. Mən…

Read More
Kriminal 

Qarabağda Azərbaycana qarşı döyüşən iki terrorçu barədə cinayət işi başlandı

Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb edilən daha iki əcnəbi vətəndaş barəsində cinayət işi başlanılıb. Trend-in məlumatına görə, Livan vətəndaşları Hagop Abrahami Terzian və Hagop Xajiryan barəsində Azərbaycan Cinayət Məcəlləsinin 228.3-cü (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə), 214.2.1 vı 214.2.3-cü ( terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 279.2-ci (Dini düşmənçilik, dini radikalizm və ya…

Read More
Kriminal 

Azərbaycanda dəhşətli cinayət: Mübahisə etdiyi bibisi oğlunu güllələyib öldürdü

Şəmkirdə güllələnmə hadisəsi baş verib. Şəmkir rayon prokurorluğundan verilən məlumata görə, hadisə yanvarın 21-də saat 20 radələrində Şəmkir rayonu, Qədimqala kəndində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Alıyev Bəxtiyar Adil oğlunun odlu silahdan açılan atəşlə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla zərərçəkmişin dayısı oğlu, 1980-ci il təvəllüdlü Aslanov Vasif Elman oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq, Bəxtiyar Alıyevi…

Read More