Kriminal 

Azərbaycanda jurnalisti şantaja görə öldürən şəxslə bağlı YENİ XƏBƏR – FOTO (YENİLƏNDİ)

Şəmkir rayonunda qətl hadisəsi törədən şəxs saxlanılıb. Hadisə yanvarın 21-də rayonun Qədim Qala kəndində baş verib. Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü Bəxtiyar Əliyev dayısı oğlu Vasif Aslanov tərəfindən odlu silahla qətlə yetirilib. Məlumata görə, bir neçə gün əvvəl B.Əliyev V.Aslanovu şantaj edib. Qohumunun bu əməlindən bezən V.Aslanov B.Əliyevi odlu silahla öldürüb. Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılan V.Aslanovdan lüləyi kəsilmiş tüfəng götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Xatırladaq ki, B.Əliyev bölgədə fəaliyyət göstərən qəzetlərdən birinin redaktoru və təsisçisi olduğu bildirilir. xxx 22.01.20: 21:36…

Read More
Kriminal 

Bibisi qızına görə bıçağa əl atdı: “Dedi, yaxşı eləmişəm…” – Şamlıqda hadisə

Bakının Nizami rayonunda cinayət törətməkdə təqsirli bilinən 1998-ci il təvəllüdlü Röyal Nəzirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. ARANTV.AZ  teleqraf.com-a istinadən bildirir ki, Röyal Nəzirov bu il fevralın 12-də 1997-ci il təvəllüdlü Məmməd Heydərovun üzərində öz üstünlüyünü göstərmək məqsədi ilə İnstaqram sosial şəbəkəsində onunla əlaqə saxlayıb. Həmin gün saat 21.30-da onunla “Neftçilər” metrostansiyasının çıxışı, “Newyorker” mağazasının yaxınlığında təyin etdiyi görüş zamanı mübahisə salıb. O, Məmməd Heydərovun üz nahiyəsinə iki yumruq vurub, bıçaqla bədənini müxtəlif nahiyəsinə 12 dəfə xəsarət yetirib. İstintaq orqanı tərəfindən Röyal Nəzirov barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və…

Read More
Kriminal 

Ağsu sakini həmkəndlisini tüfənglə güllələyib

Yanvarın 20-də saat 14 radələrində Ağsu rayonu, Qaraqoyunlu kənd sakini Hacıyev Mürvət Zabit oğluna odlu silahdan açılan atəşlə çoxsaylı bədən xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Ağsu rayon prokurorluğundan verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Aparılan araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1968-ci il təvəllüdlü Hacıyev Qaya Seyidəhməd oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Mürvət Hacıyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Ağsu rayon prokurorluğunda Cinayət…

Read More
Kriminal 

“Lotu Quli”nin məzarı üstündə atışma olub: Ölən var – FOTO

2020-ci ilin 19 avqustunda Türkiyənin Antalya şəhərində silahlı hücum nəticəsində qətlə yetirilən “Lotu Quli” ləqəbli Nadir Səlifovun İstanbul şəhərində yerləşən məzarı üstündə silahlı insident baş verib. “Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, yanvarın 17-də Nadir Səlifovun məzarı önünə gələn iki Azərbaycan vətəndaşı – Əli Həşimovla Kənan adlı şəxs arasındakı dava silahlı insidentlə yekunlaşıb. Nəticədə tərəflərdən biri 27 yaşlı Əli Həşimov baş nahiyəsindən güllə xəsarəti alaraq həlak olub. Onu öldürməkdə şübhəli bilinən 29 yaşlı Kənan adlı şəxs isə polislərə verdiyi açıqlamada Ə.Həşimovla aralarında düşmənçiliyin olduğunu bildirib. Polislər hadisə ilə əlaqədar şübhəli bilinən…

Read More
Kriminal 

Ögey qızını bıçaqlayan kişi: “Gecələr “can”, baş üstə” deyirdi” – Naftalanda şok olay

Naftalan şəhərində arvadını qətlə yetirməkdə, ogey qızını öldürməyə cəhddə ittiham olunan 1975-ci il təvəllüdlü Zəfər Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. ARANTV.AZ teleqraf.com-a istinadən xəbər verir ki, Zəfər Məmmədov 4 iyul 2020-ci ildə saat 23 radələrində 2010-cu il təvəllüdlü oğlu Həsənin ad günü münasibəti ilə Goranboy rayonunun Yuxarı Ağcakənd kəndində keçirilmiş məclisdə içdiyi alkoqollu içkinin təsirindən sərxoş olub. O, bu vəziyyətdə Naftalan şəhərində yaşadığı nömrəsiz evə qayıtdıqdan sonra həyətdə qovaq ağacının altında ögey qızı, 2002-ci il təvəllüdlü Aysun Həsənovanın mobil telefonla başqa şəxslə danışmasını bəhanə gətirib. Ana və…

Read More
Kriminal 

Azərbaycanda dəhşətli cinayət: Əmisini amansızlıqla öldürdü, evə od vurdu

12 iyul 2020-ci il tarixində saat 17 radələrində Gədəbəy rayonu, Qurudərə kənd sakini İsgəndərov Oruc Abbas oğlunun yaşadığı ünvanda qəsdən öldürülməsi, sonuncunun arvadı Səniybər İsgəndərovaya isə müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirilərək qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Gədəbəy rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb. Gədəbəy rayon prokurorluğundan verilən məlumata görə, cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Aparılan istintaq zamanı zərərçəkmiş Oruc İsgəndərovun qardaşı oğlu Arzu İsgəndərovun şəxsi…

Read More
Kriminal 

Bakıda dava zamanı bir nəfər bıçaqlanıb

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ  APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb. Rüsrəm Rüstəmov küçəsində 1988-ci il təvəllüdlü Davodina Andrey Maksimoviç naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı qarnın ön divarının çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri ilə 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Read More
Kriminal 

Bakıda DƏHŞƏTLİ QƏTL: Qısqanc kişi hamam otağında arvadına 12 bıçaq vurdu

Sabunçu rayonunda arvadını bıçaqlayaraq öldürmək istəyən Əbülfəz Babayevin cinayət işi. ARANTV.AZ  “Ölkə.Az”-a istinadən xəbər verir ki, hadisə rayonun Nardaran qəsəbəsində baş verib. Qəsəbə sakini, 1975-ci il təvəllüdlü Əbülfəz Babayev qısqanclıq zəminində evdə arvadı, 1980-ci il təvəllüdlü Təranə Babayevanı bıçaqlayıb. Məlumata görə, Ə.Babayev arvadına mətbəx bıçağı ilə 12 dəfə zərbə vurub. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək ümükün olub. Qanlı cinayəti törətməkdə şübhəli bilinən Əbülfəz Babayev polis əməkdaşları tərəfindən saxlanılıb. İstintaqla müəyyən olunub ki, 2018-ci ilin noyabr ayında cəzaçəkmə müəssəsindən azadlığa buraxıldıqdan sonra rəsmi nigahda olduğu Təranə Babayevanın qohumu ilə yaxın münasibət…

Read More
Kriminal 

Həm anası, həmdə qızıyla sevgili imiş – Azərbaycanda İYRƏNC OLAY cinayətə səbəb oldu

Xaçmaz rayonunda sevdiyi qızın anasını baltalayaraq öldürməkdə təqsirli bilinən Samir Hacıəliyevin cinayət işi. ARANTV.AZ  “Ölkə.Az”-a istinadən xəbər verir ki, hadisə rayonun Şimali kəndində baş verib. Samir Hacıəliyev ailə qurmaq istədiyi qızın anası Gülnaz Sultanovanın baş və bədən nahiyyələrinə ağır xəsarətlər yetirib. Daha sonra Samir qadının hərəkətsiz qaldığını görərək onun öldüyünü güman edib və Yalama polis bölməsin gələrək həyətində adam öldürdüyün bildirib. Lakin Mərkəzi Rayon Xəstəxanasına çatdırılan qadın hadisədən 5 gün sonra dünyasını dəyişib. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Samir Hacıəliyev bildirib ki, 2014-cü ildə tanış olduğu Xaçmaz rayonu, Yalama kənd sakini Şəfanə…

Read More
Kriminal 

Kürəkənini bıçaqlayan şəxs hakim qarşısına çıxarılır

Samux rayonunda kürəkənini bıçaqlamaqda təqsirləndirilən Rafael Ələkbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatlb. ARANTV.AZ  xəbər verir ki, baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Elmin Rüstəmovun icraatına verilib. Qeyd edək ki, hadisə ötən ilin sentyabr ayında rayonun Qovlarsarı kəndində baş verib. Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Vüqar Həsənov mübahisə zəminində 1973-cü il təvəllüdlü qayınatası Rafael Ələkbərov tərəfindən bıçaqlanıb. R.Ələkbərova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.“Report”

Read More