Kriminal 

Azərbaycanda bacısını kanala ataraq öldürən qardaş həbs edildi

2020-ci il avqustun 30-da, saat 21 radələrində Şabran rayonu ərazisində Musayıbova Leyla Oktay qızının öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb. Bu barədə Şabran Rayon Prokurorluğu məlumat yayıb. İstintaqla zərərçəkmişin qardaşı Abdulov Elşən Oktay oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Leyla Musayıbovanı Samur-Abşeron su kanalının üzərində yerləşən körpüdən suya ataraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi…

Read More
Kriminal 

Şəmkirdə qonşusunu bıçaqlayan şəxs həbs edildi – RƏSMİ

2020-ci il oktyabrın 20-də, saat 20 radələrində Şəmkir rayonu ərazisində Rəsulov Orxan Yusif oğluna bıçaq zərbələri vurularaq qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb. Şəmkir rayon prokurorluğundan verilən məlumata görə, istintaqla zərərçəkmişin qonşusu 1991-ci il təvəllüdlü Əhmədov Fəxri Akif oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək, Orxan Rəsulovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin…

Read More
Kriminal 

Şəmkirdə yeniyetmə həmyaşıdını amansızlıqla qətlə yetirdi

Yanvarın 5-də saat 15:00 radələrində Şəmkir şəhər sakini 2003-cü il təvəllüdlü Tağıyev Əhliman Kənan oğlunun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bununla bağlı Şəmkir Rayon Prokurorluğunun yaydığı məlumatda deyilir. Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 2003-cü il təvəllüdlü Hüseynov Rəvan Eynur oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı istintaqa məlum olmayan alətlə Əhliman Tağıyevə xəsarətlər yetirərək, sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, digər…

Read More
Kriminal 

Abşeronda ər arvadına dəhşətli işgəncə verdi, dərəyə atdı – Təfərrüat

Abşeron rayonunda arvadına işgəncə verməkdə ittiham olunan 1986-cı il təvəllüdlü Elvin Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. ARANTV.AZ  teleqraf.com-a istinadən bildirir ki, Elvin Rüstəmov Müşfiqabad qəsəbəsində yaşadığı evə mütəmadi sərxoş vəziyyətdə gəlməsinə görə arvadı Bənövşə Məhərrəmova ona irad tutub. Bu səbəbdən onların arasında bir neçə dəfə münaqişə yaranıb. Elvin Rüstəmov 2009-cu il təvəllüdlü oğlunun gözləri qarşısında Bənövşə Məhərrəmovanın bədəninin müxtəlif nahiyələrinə təpik-yumruqla zərbələr enidrib, ona müxtəlif dərəcəli bədən xəsarəti yetirib. Bundan başqa, Elvin Rüstəmov dəfələrlə arvadını döyüb, ona müxtəlif formalarda işgəncə verib. İstintaq orqanı tərəfindən Elvin Rüstəmovun barəsində Cinayət…

Read More
Kriminal 

Azərbaycanda baş redaktor qeyri-rəsmi nikahda yaşadığı qadını bıçaqladı – RƏSMİ

Yanvarın 4-də, saat 13 radələrində Şirvan şəhər sakini 1993-cü il təvəllüdlü Məmmədli Ayşən Hafiz qızına yaşadığı evdə bıçaqla xəsarət yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Şirvan şəhər prokurorluğundan verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1957-ci il təvəllüdlü Nağıyev Mirhüseyn Balağa oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirməklə Ayşən Məmmədlini qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci…

Read More
Kriminal 

Baş redaktor qeyri-rəsmi nikahda yaşadığı qadını bıçaqladı – Özündən 36 yaş kiçikdir…

Şirvan sakini qeyri-rəsmi nikahda yaşadığı qadını bıçaqlayıb. ARANTV.AZ APA-ya istinadla bildirir ki, hadisə Şirvan şəhəri N. Nərimanov küçəsi 9 ünvanında yerləşən binanın mənzillərindən birində baş verib. Şirvan sakini, 1957-ci il təvəllüdlü Nağıyev Mirhüseyn Balağa oğlu qeyri-rəsmi nikahda yaşadığı Şirvan sakini, 1993-cü il təvəllüdlü Məmmədli Ayşən Hafiz qızını ailə münaqişəsi zəminində boğaz nahiyəsindən bıçaqlayıb. Sonuncu ağır vəziyyətdə Şirvan şəhər mərkəzi xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilərək əməliyyata götürülüb. M. Nağıyev polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, bir müddət əvvəl “Bizim vətən” ictimai-siyasi qəzetinin təsisçisi və baş redaktoru olan M.Nağıyevin…

Read More
Kriminal 

Bakıda dəhşətli cinayət: Anasına mesaj yazdığına görə 13 bıçaq zərbəsi vurdu… – VİDEO

2019-cu il dekabrın 20-i gecə saat 3 radələrində bir nəfərin 3 saylı Şəhər Klinik Xəstəxanasına çoxsaylı bıçaq xəsarətləri ilə daxil olması barədə Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə məlumat verilib. Xəzər RPİ İstintaq şöbəsində faktla bağlı cinayət işi başlanılıb, günorta saatlarında hadisəni törədən 2000-ci təvəllüdlü Murad İmaməliyev zəng edib, könüllü şəkildə olduğu yeri polis əməkdaşına bildirərək, təslim olub. İstintaqla müəyyən edilib ki, dekabrın 19-da Murad İmaməliyev yaşadığı evdə anasına məxsus mobil telefona baxarkən anasının iş yoldaşı Şahin Yusifovdan “WhatsApp”a mesaj gəldiyini görüb. Anasına qarşı nalayiq ifadələr işlətməsini görüb, bundan qəzəblənərək dekabrın 20-i…

Read More
Kriminal 

Bakıda bayram günü kişini başından güllələyərək, amansızlıqla qətlə yetirdilər

31 dekabr 2020-ci il tarixdə, gecə saat 05:00 radələrində 1987-ci il təvəllüdlü Röyal İlyasovun yaşadığı evin yaxınlığında baş nahiyəsində odlu silah yarası xəsarəti olan meyitinin aşkar olunması barədə Pirallahı Rayon Prokurorluğuna məlumat daxil olub. Baş Prokurorluqdan verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yerinə və meyitə baxış keçirilib, cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq maddi sübutlar, o cümlədən, cinayətin aləti olan tüfəng qablaşdırılaraq götürülüb, şahidlər dindirilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib. Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi…

Read More
Kriminal 

Bakıda qızını öldürən ata tutulub – RƏSMİ

Bakıda qətl hadisəsi baş verib. Bu barədə Xətai rayon Prokurorluğundan məlumat verilib. Belə ki, dekabrın 30-u saat 12 radələrində Ələkbər Bağırovun Xətai rayonu 37-ci Polis Bölməsinə gələrək qızı İradə Paşayevanı öldürdüyünü bildirməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Aparılan araşdırmalarla zərərçəkmişin atası Bağırov Ələkbər Qasım oğlunun aralarında yaranmış münaqişə zamanı İradə Paşayevanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci…

Read More
Kriminal 

Bakıda dəhşətli cinayət: Kişi qızını boğub ÖLDÜRDÜ

Dekabrın 30-da Bakının Xətai rayonunda qətl hadisəsi törədilib. ARANTV.AZ  xəbər verir ki, hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, NZS qəsəbəsində 1952-ci il təvəllüdlü Xaçmaz rayon sakini Ələkbər Bağırov 1977-ci il təvəllüdlü qızı İradə Paşayevanı boğaraq öldürüb. Bundan sonra həmin şəxs törətdiyi əməli 37-ci Polis Bölməsində etiraf edib. Ehtimal olunur ki, kişi qızının əxlaqsız hərəkətlərindən şübhələnib. İ.Paşayeva qəsəbədə mənzili kirayəyə götürüb və orada iki uşağı ilə yaşayıb. Faktla bağlı cinayət işi başlanıb.

Read More