Kriminal 

DİN-dən qızını amansızlıqla qətlə yetirən şəxslə bağlı AÇIQLAMA

Salyanda qızını amansızlıqla qətlə yetirən şəxsin evindən tüfəng götürülüb. Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, dünən saat 10:00 radələrində Salyan rayonunun Babazanlı qəsəbəsində yaşayan Məzahir Qurbanovun evində ailə münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə qızı Rəvanəni qətlə yetirməsi, sonradan isə özünü öldürməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Hadisə yerinə baxış zamanı oradan müvafiq sənədləri olan “İJ-52” markalı ov tüfəngi götürülüb. Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Read More
Kriminal 

Abşeronda qısqanc kişi hamilə arvadının boğazını kəsib

Abşeron rayonunda hamilə arvadını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən Anar Bəkirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ  xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Samir Əliyevin icraatına verilib. Qeyd edək ki, bu il aprelin 29-da saat 21 radələrində 1991-ci il təvəllüdlü Anar Bəkirovun Qobu qəsəbəsində yaşadıqları evdə qısqanclıq zəminində 1993-cü il təvəllüdlü həyat yoldaşı Leyla Bəkirovaya bıçaqla xəsarətlər yetirib qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib. Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi…

Read More
Kriminal 

Babasını və nənəsini öldürdü, qardaşının evini yandırdı

İsmayıllı rayonunda babasını öldürən Vüsal Qədirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ  xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Rəşid Hüseynovun icraatına verilib. Qeyd edək ki, hadisə bu il mayın 10-da Bizlan kəndində qeydə alınıb. 1982-ci il təvəllüdlü Qədirov Vüsal Şirvan oğlu ailə münaqişəsi zamanı babası, 1938-ci il təvəllüdlü Tapdıqov Zakir Şakir oğlunu və nənəsi, 1954-cü il təvəllüdlü Məmmədova Zərinə Balakamil qızının əl-qolunu bağlayaraq onları armaturla döyüb və ağır işgəncə ilə qətlə yetirib. Daha sonra qardaşının evinə gedərək onu öldürmək istəsə də, qardaşının qaçdığını görərək evini…

Read More
Kriminal 

Abşeronda dəhşət: hamilə arvadını qətlə yetirdi…

Abşeronda 7 aylıq hamilə arvadını qətlə yetirməkdə təqsirləndirilən Anar Bəkirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ  APA-ya istinadən bildirir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Samir Əliyevin icraatına verilib. Qeyd edək ki, bu il aprelin 29-da saat 21 radələrində 1991-ci il təvəllüdlü Anar Bəkirovun Qobu qəsəbəsində yaşadıqları evdə qısqanclıq zəminində 1993-cü il təvəllüdlü həyat yoldaşı Leyla Bəkirovaya bıçaqla xəsarətlər yetirib qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib. Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə)…

Read More
Kriminal 

Sumqayıtda 77 yaşlı atasını qətlə yetirən şəxsdən YENİ XƏBƏR

Sumqayıtda 77 yaşlı atasını qətlə yetirməkdə təqsirləndirilən Aydın Rzayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ APA-ya istinadən bildirir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Faiq Qəniyevin icraatına verilib. Qeyd edək ki, bu il iyulun 19-da, saat 22:00 radələrində Sumqayıt şəhərinin ərazisində 1943-cü il təvəllüdlü Azad Rzayevin yaşadığı evdə öldürülməsi barədə məlumat daxil olub. İnsidentlə bağlı daxil olan məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. İstintaqla…

Read More
Kriminal 

İsmayıllıda dəhşətli cinayətin təfərrüatı: Sevgi münasibətində olduğu qızla…

Dekabrın 20-də İsmayıllı rayonunda 18 yaşlı Fərid Musayevin həmyaşıdı tərəfindən öldürülməsi ilə bağlı detallar məlum olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, F.Musayev sevgi münasibətində olduğu qızın Səxavət Məsimli ilə də telefonda danışdığını eşidib. İlkin məlumata görə, F. Musayev Sumqayıt şəhərində yaşayan S.Məsimliyə zəng edərək həmin qızla niyə danışdığını soruşub və bunu ona irad kimi bildirib. Səxavət qızla danışmadığını deyəndə Fərid onu söyüb. Bundan sonra gənclər söhbəti aydınlaşdırmaq üçün İsmayıllı rayonunda parkda görüşüblər. Səxavət görüş üçün Sumqayıtdan İsmayıllıya gəlib. Dekabrın 20-də saat 17 radələrində görüş baş tutub, iki saata yaxın söhbət ediblər. Yekunda Səxavət…

Read More
Kriminal 

Bakıda qadına qarşı DƏHŞƏTLİ CİNAYƏT – Qısqanclıq zəminində öldürüldü

Dekabrın 23-də saat 18 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində 1991-ci il təvəllüdlü Məmmədova İlkanə Nofəl qızının meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ARANTV.AZ xəbər verir ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1993-cü il təvəllüdlü Kərimov Elşad Şirzad oğlunun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla İlkanə Məmmədovaya xəsarət yetirməklə sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən…

Read More
Kriminal 

Mingəçevirdə dəhşət: Qardaş bacısını bıçaqlayaraq öldürdü

Mingəçevir şəhərində bacısınə qətlə yetirməkdə təqsirli bilinən Malik Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ  xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rəşid Hüseynovun icraatına verilib. İş üzrə məhkəmə hazırlıq iclası yanvarın 8-nə təyin olunub. İttihama görə, bu ilin sentyabrın 10-da saat 21 radələrində Mingəçevir şəhəri ərazisində 1986-cı il təvəllüdlü Mirvari Məmmədovanın bıçaqlanaraq öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.…

Read More
Kriminal 

Azərbaycanlı gənci vəhşicəsinə döyüb öldürdülər – Meyiti Naxçıvana gətirildi – FOTO

Türkiyədə bir qrup şəxs tərəfindən döyülərək ağır xəsarət alan Naxçıvan Muxtar Respublikası Ordubad rayon sakini 24 yaşlı Ələkbərov Məhəmmədəli Zakir oğlu xəstəxanada vəfat edib. ARANTV.AZ  xəbər verir ki, gəncin meyiti Türkiyədən doğulduğu rayona gətirilərək dəfn edilib. Bildirilir ki, hadisə təxminən 1 ay əvvəl baş verib. İnternetdə tanış olduğu xanımla görüşə gedən M.Ələkbərovu bir qrup şəxs qarşılayıb. Onlar İstanbulda işləyən və orada yaşayan Məhəmmdəlini döyərək ağır bədən xəsarətləri yetiriblər. Xəstəxanaya yerləşdirilsə də, daxili orqanları zədələnmiş gəncin həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı Türkiyə hüquq-mühafizə orqanları araşdırma aparır. Publika.az

Read More
Kriminal 

İsmayıllıda 18 yaşlı gənc tanışını amansızlıqla qətlə yetirdi

Dünən saat 20:00 radələrində İsmayıllı rayon sakini 2002-ci il təvəllüdlü Musayev Fərid Mehdi oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə İsmayıllı Rayon Prokurorluğunun yaydığı məlumatda qeyd olunub. Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 2002-ci il təvəllüdlü Məsimli Səxavət Sübhan oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirməklə Fərid Musayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi…

Read More