Kriminal 

Fotodakı üç suriyalı Ermənistan tərəfindən Azərbaycana qarşı döyüşərək ölüb – Suriyalı hüquq müdafiəçisi

Üç Suriyalı oğlan Ermənistan tərəfindən Azərbaycana qarşı döyüşərək ölüb. ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə suriyalı hüquq müdafiəçisi Asaad Hana rəsmi “Twitter” hesabında etdiyi paylaşımda bildirib Onun sözlərinə görə, Hələbdən olan üç suriyalı oğlan Harout, Hagoub və Mouseek Ermənistan tərəfindən Azərbaycana qarşı döyüşərək ölüb

Read More
Kriminal 

Azərbaycanda dəhşətli hadisə: Bacı qardaşını bıçaqlayaraq qətlə yetirdi – VİDEO

Ağdaş rayonunda ailə münaqişəsi zəminində qətl törədilib. Baku TV xəbər verir ki, hadisə rayonun Xosrov kəndində baş verib. 33 yaşlı kənd sakini Xancan Umarovun bıçaqlanaraq öldürülməsi barədə hüquq mühafizə orqanlarına məlumat daxil olub. Dərhal hadisə yerinə Ağdaş rayon polis və prokurorluq əməkdaşları cəlb edilib. Əraziyə və meyitə baxış keçirilib. Araşdırmalar zamanı məlum olub ki, zərərçəkmiş şəxsin bacısı 24 yaşlı Ülkər Ələkbərova qardaşı Xancan Umarovla şəxsi münasibətlər zəminində mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı Ülkər Xancana bıçaqla xəsarətlər yetirib. Çoxsaylı bıçaq xəsarətləri alan Xancan Umarov hadisə yerində keçinib. Ülkər Ələkbərova şübhəli…

Read More
Kriminal 

Ukraynadan iki cinayətkar Azərbaycana ekstradisiya olundu

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının  tələblərinə əsasən Ukrayna Respublikasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü Ukraynadan ekstradisiya edilmələri barədə sorğular edilib. Baş Prokurorluqdan verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Cahangirov Vüsal Tahir oğlunun – 18.07.2018-ci il tarixdə Sumqayıt şəhərində aralarında baş vermiş münaqişə…

Read More
Kriminal 

Azərbaycanda dəhşətli cinayət: İntihar etdiyi bildirilən kişini bacısı öldürübmüş

Noyabrın 12-də saat 14:00 radələrində Ağdaş rayonu, Xosrov kənd sakini, 1987-ci il təvəllüdlü Umarov Xancan Əmirxan oğlunun bıçaqlanaraq, öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Ağdaş Rayon Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla zərərçəkmiş şəxsin bacısı 1996-ci il təvəllüdlü Ələkbərova Ülkər Əmirxan qızının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Xancan Umarovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət…

Read More
Kriminal 

Şabranda ana və oğlunu qətlə yetirən şəxsin məhkəməsi başlayır

Şabranda ana və oğlunu güllələyərək qətlə yetirməkdə təqsirli bilinən Nahid İslamovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ  APA-ya istinadən bildirir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib. Qeyd edək ki, aprelin 11-də Şabranın Zeyvə kəndində 1986-cı il təvəllüdlü  İslamov Nahid Eynulla oğlu gecə həmkəndliləri – 1963-cü il təvəllüdlü Mahmudova İstək Əlyar qızı və onun oğlu, 1983-cü il təvəllüdlü Məmmədov Məhəbbət Elman oğlunu ov tüfəngi ilə güllələyərək qətlə yetirib.

Read More
Kriminal 

Saatlıda kişi arvadını amansızlıqla qətlə yetirdi

Noyabrın 11-də, saat 16:00 radələrində Saatlı rayonu, Orta Muğan kənd sakini, 1993-cü il təvəllüdlü Əliyeva Aynur Asif qızının bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Saatlı Rayon Prokurorluğu məlumat yayıb. Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla zərərçəkmiş şəxsin əri, 1987-ci il təvəllüdlü Şirinov Qadir Əyyub oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı çoxsaylı bıçaq xəsarətləri yetirərək, Aynur Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Saatlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi…

Read More
Kriminal 

Bərdədə qadın həmkəndlisini güllələdi – YENİLƏNİB

Noyabrın 10-da, saat 11 radələrində Bərdə rayonu, Mollalı kənd sakini 1981-ci il təvəllüdlü Hacıyeva Sevda İsa qızının odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Bərdə Rayon Prokurorluğunun məlumatında deyilir. Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla zərərçəkmişin qohumu 1995-ci il təvəllüdlü Mehralıyeva Nərmin Güloğlan qızının birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq, Sevda Hacıyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.…

Read More
Kriminal 

Bərdədə qadın həmkəndlisini güllələdi

Bərdə rayonunda qətl hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, noyabrın 10-da saat 11 radələrində Bərdə rayonunun Məmmədli kəndi ərazisində Qaratəpə kənd sakini Sevda Hacıyevanın ov tüfəngindən açılan atəşlə qətlə yetirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin münaqişə zəminində kənd sakini N.Mehralıyeva tərəfindən törədilməsi müəyyən edilib və o saxlanılıb. Hadisə yerinə baxış zamanı oradan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb. Araşdırma aparılır.

Read More
Kriminal 

Bakıda 36 yaşlı kişini öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı

Noyabrın 10-da saat 16:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində 1984-cü il təvəllüdlü Zeynalov Əli Aydın oğlu bıçaqlanaraq öldürülüb. Bu barədə Nərimanov Rayon Prokurorluğunun yaydığı məlumatda qeyd olunub. Daxil olan məlumat əsasında, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla 2000-ci il təvəllüdlü Rəhimli Elnur Maarif oğlunun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Əli Zeynalovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Elnur Rəhimli şübhəli şəxs…

Read More
Kriminal 

Gəncə sakini qonşusunu bıçaqladı

Gəncədə bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ-ın məlumatına görə, hadisə şəhərin Ozan küçəsində yerləşən yataqxanada qeydə alınıb. 1975-ci il təvəllüdlü Məmmədov Ələkbər Müslüm oğlu çoxsaylı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstə əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, Ə.Məmmədovu qonşusu bıçaqlayıb. Hadisə ilə bağlı polisə məlumat verilib. Cinayəti törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Faktla bağlı araşdırma aparılır.APA

Read More