Kriminal 

Bakıda kişi gicgah nahiyəsindən bıçaqlandı

Bakının Nərimanov rayonunda dava zamanı bir nəfər ağır xəsarət alıb. ARANTV.AZ  xəbər verir ki, hadisə Xəlil Rza Ulutürk küçəsində baş verib. 1976-cı il təvəllüdlü Həsənov Rafiq Həsən oğlu küçədə naməlum şəxslə əlbəyaxa dava edib. Dava R.Həsənovun bıçaqlanması ilə yekunlaşıb. Yaralı 3 nömrəli şəhər klinik xəstəxanasına çatdırılıb. O, başının gicgah nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə reanimasiya şöbəsinə yerləşdirilib.APA

Read More
Kriminal 

Abşeronda rüşvət alan məmurlar məhkəmə qarşısında

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin rəisi Anar Poladov və həmin şöbənin əməkdaşları Səbuhi Rzayev, Afiq İbadovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Report xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Əli Məmmədovun sədrlik etdiyi kollegiya baxacaq. Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş Prokurorluq və İqtisadiyyat Nazirliyi birgə yaydığı məlumata əsasən, İqtisadiyyat Nazirliyinin aidiyyəti qurumu ilə birgə keçirilən əməliyyat tədbiri nəticəsində saxlanılıblar. Onlara Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddəsi ilə ittiham verilib…

Read More
Kriminal 

Dövlətə xəyanətdə təqsirləndirilən ər-arvadın məhkəməsi başlayır

Dövlətə xəyanətdə təqsirləndirilən ər-arvad Həbib Abbasquliyev və Lamiyə Abbasquliyevanın barəsindəki cinayət işinin ibtidai istintaqı başa çatıb. APA-nın məlumatına görə, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib. Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əks-kəşfiyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində Azərbaycan vətəndaşları – Abbasquliyev Həbib Əbil oğlu və onun həyat yoldaşı Abbasquliyeva Lamiyə Elxan qızının casusluq formasında dövlətə xəyanət etmələrinə əsaslı şübhələr müəyyən edilib. Müəyyən edilib ki, xarici xüsusi xidmət orqanı tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb…

Read More
Kriminal 

Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yumurtanın içində narkotik keçirmək cəhdinin qarşısı alınıb

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Müalicə Müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb. Xidmətdən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 317-2.1; 67.1; 120.1; 228.4; 66.3; 67.1; 170.3; 180.2.1; 181.2.1; 181.2.2; 181.2.5; 66.2-ci maddələrinə əsasən təqsirli bilinərək 12 il 8 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Hüseynov Famil İsmayıl oğluna tanışı, Bakı şəhər sakini Həsənov Elşən Məmməd oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan yumutanın içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 2,450 qram olan psixotrop maddə – metamfetamin, ümumi çəkisi 0,615 qram…

Read More
Kriminal 

Rusiya xəstəxanasında çəkilən kadrlar şok yaratdı: Uşağın saçından tutub, çarpayıya atdı – VİDEO

Azyaşlının saçından tutaraq çarpayının üstünə tulladı. “Life Shot” “Telegram” kanalının təqdim etdiyi kadrlar Rusiyanın Novosibirsk şəhərində Vərəm Dispanserindəndir. Hazırda uşağın vəziyyətinin yaxşı olduğu bildirilir. Hadisə ilə bağlı istintaq başlayıb. Polis həmin tibb işçisini sorğuya çəkir. Rusiya Səhiyyə Nazirliyi artıq tibb bacısını işdən uzaqlaşdırıb. Onun qovulması barədə əmr hazırlanır. Bölgədəki uşaq hüquqları ombudsmanı Nadejda Boltenkonun sözlərinə görə, uşaq dəcəllik etdiyi üçün xəstəxana işçisi ona qarşı zorakılıq tətbiq edib.

Read More
Kriminal 

Gəncədə erməni terroru nəticəsində valideynlərini və bacısını itirən azyaşlı nəzarətə götürülüb – Komitə

Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin ballistik raketlə vurulması nəticəsində valideynlərini və bacısını itirən Şahnəzərli Xədicə Röyal qızı ilə bağlı kütləvi informasiya vasitələrində və internet resurslarında məlumatlar yayılıb. Bu görüntülər haqlı olaraq cəmiyyətdə narahatlığa səbəb olub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, 03.11.2020-ci il tarixində Dövlət Komitəsinin nümayəndələri vəziyyəti araşdırmaq məqsədilə ailəyə səfər ediblər. 3 yaşlı Ş.Xədicə Samux rayonu Seyyidlər kəndində ana nənəsinin himayəsindədir, yaşadığı ev uyğun şəraitlidir və psixoloji vəziyyəti normal olaraq qiymətləndirilir. Hazırda kütləvi informasiya vasitələrində yayılmış məlumatı nəzərə alaraq bildiririk ki,…

Read More
Kriminal 

Fransanın ekstremist “Zouaves Paris” qruplaşmasının lideri Ermənistan tərəfindən muzdlu kimi istifadə olunur – FOTO

Dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirmiş Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir. Həyata keçirilən bu tədbirlərin davamı kimi, Fransa Respublikasının vətəndaşı, Parisdə zorakılığın əsas təhrikçisi olan Fransanın ekstremist “Zouaves Paris” (ZVP) qruplaşmasının lideri, özünü sosial şəbəkələrdə faşist adlandıran və terroristik qruplaşma olan “SS” faşist təşkilatının simvolikasından istifadə edən Marc de Cacqeray-Valmenier-in (Mark De Kakkere-Valmenirin) və digərlərinin Azərbaycan Respublikasının ərazisində törətdiyi cinayət əməllərinə dair toplanmış materiallar, habelə kütləvi informasiya vasitələri və…

Read More
Kriminal 

Zaqatalada keçmiş məhkumdan “Makarov” markalı tapança və heroin götürülüb – FOTO

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar olunaraq götürülməsi və narkotik vasitələrin dövriyyəsinin qarşısının alınması istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat verib. Bildirilib ki, polis əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhər sakini, əvvəllər də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğuna görə məhkum olunmuş Zaur Səlimov idarə etdiyi “Mercedes” markalı avtomobillə birgə saxlanılıb. Şəxsi axtarış zamanı ondan və idarə etdiyi avtomobildən “Makarov” markalı tapança və üç ədəd patron, həmçinin, bükümlərdə narkotik vasitə olan…

Read More
Kriminal 

Ermənistan azyaşlıları hərbi əməliyyatlara cəlb edir

Ermənistan azyaşlıları hərbi əməliyyatlara cəlb edir. ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən brifinqdə Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, bu, beynəlxalq konvernsiyaların kobud şəkildə pozulmasıdır: “Ermənistan hərbi əməliyyatlarda bir sıra cinayətlərə əl atıb. Bunlardan biri də uşaqların hərbi əməliyyatlara cəlb edilməsi, bu əməliyyatlarda uşaq əməyindən istifadədir. Ermənistan bu cür cinayətləri Azərbaycan uşaqlarına qarşı da törədib. Xocalıda bu proses körpələrimizə qarşı həyata keçirilib. Cəbhəyanı ərazilərdə 50-dən artıq orta məktəbə ziyan dəyib və dağılıb. Ermənistan və qondarma rejim Azərbaycanın işğal altındakı ərazilərin birində uşaq bağçasında hərbi qərargah yaradıb. Onlar…

Read More
Kriminal 

Bakıda klinikaya oğurluğa girən şəxs polisi görüb özünü bıçaqladı

Bakıda klinikaya oğurluğa girən şəxs özünü bıçaqlayıb. ARANTV.AZ APA-ya istinadən bildirir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində yerləşən klinikaların birində qeydə alınıb. Belə ki, gecə yarısı soyğunçuluq məqsədi ilə klinikaya girən rayon sakini Məmmədov Anar Akif oğlu polis əməkdaşlarının ona yaxınlaşdığını görərək, əlindəki bıçaqla özünə xəsarət yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq, əməliyyat olunub.

Read More