Kriminal 

Naftalanda ər arvadını öldürüb, qızını ağır yaraladı-MƏHKƏMƏ

Naftalan şəhərində arvadını öldürüb, qızını isə ağır yaramaqda təqsirli bilinən Zəfər Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ  xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib. İş üzrə məhkəmə hazırlıq iclası noyabrın 2-nə təyin olunub. Qeyd edək ki, iyulun 4-də gecə saat 23 radələrində Naftalan şəhərində yaşadıqları evin yaxınlığında şəhər sakinləri – 1979-cu il təvəllüdlü Elnurə Verdiyevanın bıçaqlanaraq aldığı xəsarətlərdən ölməsi, qızı 2002-ci il təvəllüdlü Aysun Həsənovaya isə bıçaqla xəsarət yetirilməsi barədə məlumat daxil olmuşdur. Dərhal…

Read More
Kriminal 

Şəmkirdə kişi ov tüfəngi ilə güllələndi

Oktyabrın 25-də saat 16:00 radələrində Şəmkir rayonu, İrmaşlı kənd sakini 1937-ci il təvəllüdlü Mustafayev İsa Göyalı oğlunun odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Şəmkir rayon prokurorluğundan verilən məlimata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla zərərçəkmişin qohumu 1947-ci il təvəllüdlü Rüstəmov Hüseyn Novruz oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq İsa Mustafayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Şəmkir rayon…

Read More
Kriminal 

Rusiyada kürdlərlə qazaxlar arasında kütləvi davanın qarşısı alınıb – VİDEO

Rusiyanın Saratov vilayətində polis kürdlərlə qazaxlar arasında kütləvi davanın qarşısını alıb. RT-nin məlumatlna görə, etnik zəmində davanı qazaxlar başlatmağa çalışıb. Hadisə yerinə 60 avtomobildə 180 nəfər gəlib. Ümumilikdə hadisədə hər iki tərəfdən təxminən 150 nəfər iştirak edib. Qarşıdurma bölgənin Derqaçevski rayonundakı Timonino kəndi yaxınlığında baş verib. Məlumata görə, bu, ikinci qarşıdurmadır. Birinci dava oktyabrın 20-də hərbi qeydiyyat komissiyasının yaxınlığında çağırışçıların qeydiyyata alınması zamanı baş verib. Həmin vaxt 90 qazax və 40 kürd arasında münaqişə yaşanmışdı.

Read More
Kriminal 

Qarabağda öldürülən və hazırda vuruşan xarici muzdlular – ADLAR

Ermənistan hələ döyüşlərə başlamazdan əvvəl ordudakı çatışmazlıqları ört-basdır etmək üçün xarici muzdluları, terrorçuları Qarabağa cəlb etməyə başlamışdı. Döyüşlər başladıqdan və Azərbaycan Ordusu qarşısında ciddi məğlubiyyətlərdən sonra Ermənistan hakimiyyəti bu prosesi tam sürətləndirib. Ermənistan ordusunun verdiyi ciddi itkiləri də nəzərə alsaq, bu, gözlənilən idi. Ermənistan diaspor vasitəsilə xarici ölkə vətəndaşlarını döyüşlərə cəlb edir. Hətta bunun üçün xüsusi reyslər də ayrılıb. Ermənistana əsasən Fansa, Kanada, Livan, İspaniya, Yunanıstan və digər ölkələrdən muzdlular cəlb olunur. Döyüşlərdə öldürülən muzdluların üzərindən çıxan xarici ölkə pasportları da bunu sübut edir. Azərbaycan Ordusu tərəfindən Yunanıstan vətəndaşları olan…

Read More
Kriminal 

Bu gün daha iki şagirdimiz düşmən təcavüzünün qurbanı oldu – Nazir

Təhsil naziri Emin Əmrullayev Ermənistanın müharibə cinayəti nəticəsində daha iki şagirdin vəfat etdiyini açıqlayıb. Trend-in məlumatına görə, nazir bildirib ki, bu gün daha iki şagirdimiz düşmən təcavüzünün qurbanı oldu: İsmayılzadə Orxan Rəhbər oğlu və Mayakov Artur Vladimir oğlu. Tərtər rayonu Xoruzlu kənd tam orta məktəbinin 10-cu sinif şagirdi Orxan oktyabrın 24-ü səhər saatlarında Ermənistanın silahlı qüvvələri tərəfindən #Tərtər rayonunun Kəbirli kəndinə #raket atılması nəticəsində həlak olub. Digər şagirdimiz Artur oktyabrın 17-də düşmən tərəfindən Gəncə şəhərinə raket atılması nəticəsində xəsarət almışdı. Bu gün stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib. Artur…

Read More
Kriminal 

İnterpol tərəfindən axtarılan azərbaycanlılar – FOTO

İnterpol daha iki azərbaycanlı barədə axtarış elan edib. Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarılan 1976-cı ildə Şamaxıda anadan olan Bəylər Niftəliyev və Naxçıvan Muxtar Respublikasında anadan olan Əli Əliyev axtarılır. B.Niftəliyev zorakılıq və soyğunçuluqda, Ə.Əliyev isə sağlamlığa ağır zərbə vurma və soyğunçuluqda ittiham olunurlar. Hər iki şəxs İnterpolun saytında axtarışa verilib.

Read More
Kriminal 

Mənzilə soxularaq, rusiyalı qadını və qızını zorladı – FOTO

44 yaşlı kişi keçmişdə bir yerdə yaşadığı qadının mənzilinə zorla soxulub, onu və qızını zorlayıb. “RİA Novosti”nin məlumatına görə, dəhşətli hadisə Tatarıstanda baş verib. Bildirilir ki, hadisə günü əvvəl qadın evdə olmayıb, onun uşaqları 13 yaşlı oğlu və 16 yaşlı qız isə mənzildə olub. Kişi uşaqları hədələyərək, onların əl-qolunu bağlayıb, sonra məktəbli qızı zorlayıb. Həmin vaxt qadın evə qayıdıb. Kişi onu da döyüb və təcavüz edib, sonra zorla maşına basaraq, naməlum istiqamətə aparıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları operativ şəkildə qaçırılan qadının yerini müəyyən edərək, onu azad ediblər. Əvvəllər məhkumluq həyatı yaşamış kişi…

Read More
Kriminal 

Astara sakinindən narkotik maddə götürüldü

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb. Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında Lənkəran şəhəri ərazisində keçirdikləri əməliyyat tədbiri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Səpnəkəran kənd sakini, əvvəllər məhkum olunmuş P.Həsənov saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana götürülüb. Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən Astara rayon sakini M.Həkimov da polis əməkdaşları tərəfindən saxlanılıb. Onun evindən isə 5 kiloqram 288 qram marixuana aşkar edilərək götürülüb.

Read More
Kriminal 

Zaqatalada kişi arvadını balta ilə öldürdü

Oktyabrın 21-də saat 15:00 radələrində Zaqatala rayonu, Yengiyan kənd sakini 1978-ci il təvəllüdlü İsmayılova Zalxa Qədim qızı əri tərəfindən öldürülüb. Bu barədə Zaqatala Rayon Prokurorluğu məlumat yayıb. Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla zərərçəkmişin əri İsmayılov Fazil Allahverdi oğlunun ailə-məişət münasibətləri zəminində aralarında yaranmış münaqişə zamanı balta ilə xəsarətlər yetirərək Zalxa İsmayılovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi…

Read More