Kriminal 

Qubada 29 yaşlı kişini öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı

Oktyabrın 21-də saat 18:00 radələrində Quba rayonu, Vladimirovka kənd sakini 1991-ci il təvəllüdlü Baratov Söhrab Fizuli oğlu bıçaqlanaraq öldürülüb. Bu barədə Quba Rayon Prokurorluğu məlumat yayıb. Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən aparılmış araşdırmalarla zərərçəkmişin tanışı Ələskərov Ələskər Şakir oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Söhrab Baratovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ələskər Ələskərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Read More
Kriminal 

Nazirlik xəbərdarlıq etdi: Düşmənin növbəti təhlükəli təxribatı

Cəbhədə məğlubiyyətə düçar olan Ermənistan tərəfi kibermühitdə uğursuz təxribatçılıq əməllərini davam etdirir. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, düşmən Rusiya ölkə kodlu nömrələrdən vətəndaşlarımızın mobil və stasionar telefonlarına zənglər edərək Türkiyə vətəndaşlarının adından saxta çağırışlar edir. Məqsəd təxribat xarakterli dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bir daha vətəndaşlardan xahiş edir ki, tanımadığı xarici nömrələrdən gələn zəng və mesajlara cavab verməsinlər, həmin nömrələri bloklasınlar, mesajları spam olaraq şikayət etsinlər. Həmçinin hər hansı kiberinsidentlə üzləşdiklərində…

Read More
Kriminal 

Gəncə sakini bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib

Gəncədə bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Natəvan qəsəbəsində qeydə alınıb. 40 yaşlı Qurbanov Vüqar İslam oğlu hər iki budunun kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə ilə bağlı polisə məlumat verilib. V.Qurbanovun hansı şəraitdə bıçaq xəsarəti alması məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Bakıda kişi qardaşını amansızlıqla qətlə yetirdi

Oktyabrın 14-də, saat 21 radələrində 1991-ci il təvəllüdlü Məmmədzadə Mirvaqif Elçin oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Binəqədi Rayon Prokurorluğu məlumat yayıb. Bildirilib ki, daxil olan müraciət əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı Mirhəbib Məmmədzadənin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək, Mirvaqif Məmmədzadəni qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Mirhəbib Məmmədzadə…

Read More
Kriminal 

Düşmən Ağdamı atəşə tutdu: Yaralılar var – RƏSMİ

Bu gün səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağdam rayonu müxtəlif istiqamətlərdən intensiv raket və  ağır artilleriyadan atəşə tutulub. Bununla bağlı Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, saat 09 radələrində Ağdam rayonu, Birinci Baharlı qəsəbəsində fərdi yaşayış evlərinə mərmi düşməsi nəticəsində 1969-cu il təvəllüdlü Vəliyev Şahsuvar Millət oğlu və 1979-cu il təvəllüdlü Musayev Loğman Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, yaşayış evlərinə isə ciddi ziyan dəyib. Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud  şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

Read More
Kriminal 

Baş Prokurorluq ermənilərin Gəncədə törətdikləri terror aktı ilə bağlı xarici dillərdə video hazırladı – VİDEO

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərində törədilmiş terror aktı ilə bağlı fransız, ispan, alman, rus, ingilis dillərində video hazırlayıb. Videonun yerli və xarici kütləvi informasiya vasitələri, o cümlədən xaricdə yaşayan soydaşlarımız tərəfindən ictimailəşdirilməsi xahiş olunur: “Erməni hərbi birləşmələri tərəfindən törədilmiş cinayətləri dünya ictimaiyyətinə çatdıraq!” Həmin videoları təqdim edirik:

Read More
Kriminal 

Separatçıların rəhbərindən etiraf: “Azərbaycan Qarabağda cəbhə xəttini yarıb”

“Azərbaycan Dağlıq Qarabağda cəbhə xəttini yarıb”. “Sputnik” Ermənistanın məlumatına görə, bu sözləri quldur separatçı rejimin “rəhbəri” Arayik Arutyunyan deyib. A.Arutyunyan Azərbaycan ordusunun onlara daha ağır zərbələr endirdiyini etiraf edib. “Hansısa məntəqələrdə düşmən cəbhə xəttini yarıb və dərinliyə irəliləyib”, – deyə A.Arutyunyan bildirib. Çarəsiz vəziyyətdə qalan A.Arutyunyan həmçinin xaricdə yaşayan erməni diasporunu da orduya qoşulmağa çağırıb

Read More
Kriminal 

Baş Prokurorluq erməni təxribatlarının nəticələri barədə məlumat yaydı – FOTO

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 27-dən bu günə qədər ermənilərin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 27 mülki şəxs həlak olub, 141 nəfər yaralanıb. Bundan başqa, 63 mülki obyekt və 376 yaşayış evi yarasız vəziyyətə düşüb.

Read More
Kriminal 

611 Virtual karabakhyuxarı Tbilisidə türk restoranında erməni Türkiyə vətəndaşını bıçaqlayıb

Tbilisinin mərkəzində türk restoranında iki nəfər hücuma məruz qalıb. Onlar bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Hadisənin etnik dözümsüzlük şəraitində baş verdiyi ehtimal edilir. SOVA-nın Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, təcavüzkar saxlanılıb. Bu əvvəllər məhkum olunmuş 1991-ci il təvəllüdlü şəxsdir. Ona ağırlaşdırılmış şəraitdə qəsdən adam öldürməyə cəhd ittihamı irəli sürülüb. “Mtavari Arkhi” teleşirkəti xəbər verir ki, hücumda etnik dözümsüzlük əlamətləri ola bilər. Jurnalistlərin verdiyi məlumata görə, saxlanılan şəxs Ermənistan vətəndaşıdır. Zərərçəkənlərdən biri Türkiyə, digəri isə Yeni Zelandiya vətəndaşıdır. Hücum Ermənistanla Azərbaycan arasındakı münaqişə fonunda baş verib. Türkiyə açıq…

Read More
Kriminal 

Baş Prokuror: Gəncədə 1 nəfər ölüb, 32 nəfər xəsarət alıb

Bu gün Ermənistan silahlı qüvvələrinin Ermənilərin Gəncəni atəşə tutması nəticəsində bir nəfər ölüb, 32 nəfər xəsarət alıb. Bu barədə məlumat Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin bəyanatında yer alıb. Bildirilib ki, qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” Araik Arutunyanın tapşırığı əsasında bu gün, 4 oktyabr 2020-ci il tarixində saat 10 radələrində Cenevrə Konvensiyasının tələbləri pozularaq cəbhə zonasından kənarda yerləşən Azərbaycan Respublikasının ikinci böyük şəhəri, beş yüz mindən çox dinc əhalinin yaşadığı Gəncə şəhəri raket və top mərmilərindən atəşə tutulub. Əldə olunan məlumata əsasən, Gəncə şəhər sakini Əliyev Tunar Qoşqar oğlu həlak…

Read More