Kriminal 

“Lotu Quli”nin kriminal imperiyasına kimin rəhbərlik etdiyi bəlli oldu – FOTO

Bir müddət öncə Türkiyədə öldürülən Nadir Səlifovun (“Lotu Quli”) kriminal imperiyasına onun kiçik qardaşı 44 yaşlı “qanuni oğru” Namiq Səlifov (Bakinskiy) rəhbərlik etməyə başlayıb. Bu barədə “Novaya qazeta” xəbər yayıb. Bildirilib ki, Namiq Səlifov öldürülən qardaşının işlərini qəbul edib. Tərəvəz bazarlarının tacirləri artıq ona xərac verməyə başlayıblar. Böyük qardaşı Nadirlə birlikdə həbs olunan Namiqə 1996-cı ilin oktyabrında Azərbaycan Ali Məhkəməsi tərəfindən hökm oxunub: Nadir 15 (sonradan müddət 2021-ci ilə qədər uzadıldı), Namiq isə 27 il azadlıqdan  məhrum edilib. Ancaq hər iki qardaş vaxtından əvvəl sərbəst buraxılıb. Namiq 2001-ci ilin aprelinə qədər azadlığa çıxıb və 2013-cü…

Read More
Kriminal 

Bıçağı 26 yaşlı oğlanın kürəyinə soxdular – TOVUZDA

Tovuz rayonunun Qovlar şəhərində bıçaqlanma hadisəsi olub. Tovuz rayon Kirən kənd sakini, 1994-cü il təvəllüdlü Elnur İsayev hələ ki, məlum olmayan səbəbdən sağ qolundan və kürəyindən bıçaqlanıb. O, tanışları tərəfindən Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb, vəziyyəti kafi qiymətləndirilir. Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı araşdırılır.

Read More
Kriminal 

“Hamamnan məni səslədi, gedib onu çılpaq vəziyyətdə gördüm” — Bakıda hindistanlı kişini öldürən pakistanlının ŞOK CİNAYƏTİ-TƏFƏRRÜAT-VİDEO

Bakıda Hindistan vətəndaşını qətlə yetirməkdə təqsirli bilinən Pakistanlı Ali Abid Ahmadın cinayət işi. ARANTV.AZ  xəbər verir ki, hadisə Xətai rayonu ərazisində baş verib. Rayonun Nəcəfqulu Rəfiyev küçəsində həyət evində yaşayan Hindistan vətəndaşı, 1971-ci il təvəllüdlü Binnud Khumar Çadrin xüsusi amansızlıqla qətlə yetirib hadisə yerindən qaçan Pakistan vətəndaşı, 1986-cı ildə bu ölkənin Lahor şəhərində anadan olmuş Ali Abid Ahmad Qanunsuz Miqrasiyaya qarşı İdarə, Xətai RPİ CAŞ və 37-ci Polis Bölməsinin birgə keçirdiyi əməliyyatla müəyyən edilərək saxlanılıb. Qeyd edək ki, hadisə baş verən gün yuxarıda qeyd edilən ünvana gələn B.X.Çadrinin qeyri rəsmi…

Read More
Kriminal 

Azərbaycanda kriminal avtoritet tutuldu: Gürcü Mindiya Qoradze ilə həbsdə yatıb – FOTO

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir. Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb. Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər Azərbaycan, Rusiya və Gürcüstanda dəfələrlə məhkum olunmuş, kriminal aləmdə “Krıtı Malış Gəncəli” ləqəbi ilə tanınan 42 yaşlı Zaur İsmayılov şəhər ərazisindəki çayxanaların birində saxlanılaraq, Kəpəz Rayon Polis İdarəsinə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman bir ədəd, atəşə yararlı, kustar üsulla hazırlanmış, “naqan” tipli revolver…

Read More
Kriminal 

Bərdədə ata və oğul həmkəndliləri tərəfindən bıçaqlandı

Bərdədə ata və oğul bıçaqlanıb. ARANTV.AZ-ın məlumatına görə, hadisə rayonun Məmmədli kəndində baş verib. Belə ki, rayonun Məmmədli kənd sakinləri 1973-ci il təvəllüdlü Hacıyev Namiq və övladı 2003-cü il təvəllüdlü Hacıyev Ümüd həmkəndlisi Məmmədov Ruslan tərəfindən bıçaqlanıblar. Hər iki yaralı kənd sakinlərinin köməkliyi ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.“Qafqazinfo”

Read More
Kriminal 

Azərbaycanda DƏHŞƏTLİ QƏTL – Arvadını “lom”la öldürüb, bıçağı öz ürəyinə sancdı

Abşeron rayonunda keçmiş arvadını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən Sadiq Muxtarovun cinayət işi. ARANTV.AZ “Ölkə.Az”a istinadən xəbər verir ki, hadisə Abşeron rayonunun Masazır qəsəbəsində fərdi yaşayış evində baş verib. Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Sadiq Muxtarov həmin qəsəbədə yaşayan, keçmiş həyat yoldaşı, 1993-cü il təvəllüdlü Lalə Muxtarovaya ailə üzvlərinin gözü qarşısında ağır dəmir parçası (ling) ilə çoxsaylı xəsarətlər yetirərək xüsusi amansızlıqla qətlə yetirib. Daha sonra Sadiq Muxtarov intihar etmək istəyib və mətbəx bıçaqı ilə ürəyinə zərbələr vurub. İstintaqla müəyyən edilib ki, Sadiq Muxtarov rəsmi nigahda olduğu lakin faktini ayrı…

Read More
Kriminal 

Lənkəranda 49 yaşlı kişi bıçaqlandı

Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ-ın məlumatına görə hadisə şəhərin Molla Vəli Vidadi küçəsində qeydə alınıb. 49 yaşlı Mahir Əliyev naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı yaxınlarının köməkliyilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hazırda M.Əliyevin vəziyyəti ağır olaraq qiymətləndirilir. İlkin məlumata görə, hadisə iki tərəf arasında yaranan mübahisə zəminində baş verib. Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırmalar başlanılıb.Oxu.Az

Read More
Kriminal 

Azərbaycanda kişi tibbi spirt içib, yerdə uzanaraq söyüş söyən dostunu qətlə yetirdi – VİDEOREPORTAJ

2018-ci il iyunun 12-də gecə saatlarında Sumqayıt şəhərinin 41-ci məhəlləsində yerləşən “Bələdiyyə parkı”nda şəhər sakini Xəyal Abbasov aralarında yaranmış mübahisə zamanı tanışı, Neftçala rayon sakini Emil Nuriyevə mətbəx bıçağı ilə səkkiz zərbə vuraraq, onu qətlə yetirib. Baku TV-nin xəbərinə görə, həmin gün polis əməkdaşları tərəfindən 76-cı məhəllədə yaşayan X.Abbasov saxlanılıb. İstintaqla müəyyən edilib ki, iyunun 11-i axşamdan iyunun 12-si səhər saat 4-dək Xəyal Abbasov tanışı Emil Nuriyevlə “Bələdiyyə Parkı”nın qarşısındakı marketdən aldığı bir litr arağı, sonra aptekdən aldığı yarım litrlik tibbi spirti içiblər. Sərxoş olandan sonra E.Nuriyev dayanacaqda, yerdə uzanaraq…

Read More
Kriminal 

Xaçmazda kişi qısqanclıq zəminində arvadını bıçaqlayıb – RƏSMİ

Avqustun 24-də Xaçmaz rayon sakini Yazbahar Ağayeva bıçaqlanıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib. Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, Yazbahar Ağayeva aralarında yaranan mübahisə nəticəsində əri Cavid Ağayev tərəfindən bıçaqlanıb. Mübahisəyə səbəb qısqanclıq motivlərinin olduğu qeyd edilir. Cavid Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Read More
Kriminal 

Bakıda 18 yaşlı gənc tanışını bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ-ın məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Paytaxt sakini Kənan Tağıyev münaqişə zəminində tanışı, 2002-ci il təvəllüdlü Nurəli İbrahimov tərəfindən bıçaqlanıb. Yaralı aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. N.İbrahimov Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.APA

Read More