Kriminal 

Bakıda 18 yaşlı gənc tanışını bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

ARANTV.AZ-ın məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Paytaxt sakini Kənan Tağıyev münaqişə zəminində tanışı, 2002-ci il təvəllüdlü Nurəli İbrahimov tərəfindən bıçaqlanıb.

Yaralı aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. N.İbrahimov Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.APA

Daha çox xəbərlər