Kriminal 

Azərbaycanda ər arvadını güllələyib öldürdü – YENİLƏNİB

Goranboy rayonunda qətlə yetirilən qadının kimliyi və hadisənin təfərrüatları məlum olub. Report-un məlumatına görə, hadisə rayonun Stansiya Goran qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, İmanova Gülbuta Gülzalı qızı odlu silahdan açılmış atəş nəticəsində ölüb. O, iki güllə yarası alıb və aldığı xəsarətlərdən dünyasını dəyişib. İlkin məlumata görə, qadın həyat yoldaşı tərəfindən qətlə yetirilib. Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma aparılır. 5 avqust, 23:52 Goranboy rayonunda qətl hadisəsi baş verib. Report-un məlumatına görə, rayon ərazisində qadın güllələnib. O, aldığı güllə yarasından vəfat edib. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Şəmkir sakini bıçaqlandı

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ-ın məlumatına görə, hadisə rayonun Morul kəndində qeydə alınıb. 1995-ci il təvəllüdlü Quliyev Sənan Mürşüd oğlu qarnının kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, 25 yaşlı S.Quliyev tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.APA

Read More
Kriminal 

Bakıda baldızını öldürüb, arvadını yaralayan şəxs həbs edildi – VİDEO

2019-cu il sentyabrın 2-də Binəqədi rayonundan Kliniki Tibbi Mərkəzə kəsilmiş-deşilmiş xəsarətlərlə Kürdəmir rayonunda qeydiyyatda olan 30 yaşlı Ruhəngiz Quliyeva və 32 yaşlı Roza Mahmudova daxil olublar. ARANTV.AZ xəbər verir ki, onlar reanimasiya şöbəsinə yerləşdirilib, əməliyyat olunublar. Göstərilən tibbi yardımlara baxmayaraq, ertəsi gün vəziyyəti pisləşən R.Mahmudova xəstəxanada vəfat edib. Axtarışda olan Samiq Quliyev sentyabrın 4-də təslim olub. İstintaqla müəyyən edilib ki,  avqustun 23-də Samiq Quliyev baldızı Roza Mahmudovaya məxsus, Binəqədi şosesi, döngə 4 ünvanında yerləşən fərdi evdə yaşayan arvadı Ruhəngiz Quliyevanın boğazına bıçaq dirəməklə, boşanacağı halda onu öldürməklə hədələyib. S.Quliyev həyat…

Read More
Kriminal 

Bakıda qətl törədən İmaməli kimdir? – FOTO

Dünən axşam saatlarında Bakının Nərimanov rayonunda qətl törədilməsi barədə məlumat vermişdik. ARANTV.AZ xəbər verir ki, 1992-ci il təvəllüdlü Rəşad Sadıqovu bıçaqlayaraq öldürən tanışı və həmyaşıdı İmaməli Xıdırov kriminal aləm üzvüdür. Hələlik tam dəqiqləşməmiş səbəbdən tərəflər arasında ədavət yaranıb. Bu səbəbdən İ.Xıdırov Rəşadı öldürmək qərarına gəlib. Hadisəni törədən şəxsin bəzi fotolarını təqdim edirik. Artıq İ.Xıdırov tutularaq istintaqa təqdim edilib. Publika.az

Read More
Kriminal 

DİN ötən gecə törədilən qətllərlə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Nərimanov rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. ARANTV.AZ xəbər verir ki, avqustun 3-də saat 20 radələrində Bakı şəhər sakini Rəşad Sadıqovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və aldığı xəsarətlərdən orada ölməsi barədə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə daxil olmuş məlumatla əlaqədar rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə bu cinayət əməlinin Bakı şəhər sakini İ.Xıdırov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində…

Read More
Kriminal 

Bakıda kişi keçmiş arvadını sevgilisi ilə tutdu… — Dəhşətli qətlin TƏFƏRRÜATI-ANBAAN VİDEO

Bakıda keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsili bilinən 1985-ci il təvəllüdlü Rəşad İbrahimzadənin cinayət işi. ARANTV.AZ  xəbər verir ki, hadisə Nərimanov rayon ərazisində baş verib. İttihama əsasən Rəşad İbrahimzadə keçmiş həyat yoldaşı Zəhra İbrahimovanı əxlaqsız həyat tərzi keçirdiyi, başqa kişilərlə görüşdüyü üçün öldürmək qərarına gəlib. O, keçmiş həyat yoldaşını izləyərək Emil Əliyev adlı şəxslə görüşüdüyü görüb. R. İbrahimzadə Z. İbrahimovanı öldürüb, E. Əliyevi isə öldürməyə cəhd edib. Təqsirləndirilən Rəşad İbrahimzdə özünü qismən təqsirli bilərək bildirib ki, Zəhra İbrahimova ilə birgə nikahdan 3 azyaşlı övladı var: “2018-ci ilin may ayında Kəpəz…

Read More
Kriminal 

Bakıda 28 yaşlı gənc qətlə yetirildi

Avqustun 3-də saat 18 radələrində Bakının Nərimanov rayonunun ərazisində 1992-ci il təvəllüdlü Rəşad Sadıqovun bıçaqlanması və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə məlumat daxil olub. Nərimanov Rayon Prokurorluğundan verilən xəbərə görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinə başlanılıb, müvafiq ekspertizalar təyin edilib. İstintaqla hadisənin zərərçəkmişin tanışı – 1992-ci il təvəllüdlü İmaməli Xıdırov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr…

Read More
Kriminal 

Asayiş keşikçilərini öldürdükdən sonra 25 il gizlənən azərbaycanlı Rusiyada həbs olundu

Rusiya paytaxtında iki milis işçisini öldürən azərbaycanlı 25 ildən sonra ələ keçib. Bütün bu müddət ərzində o, Azərbaycanda olub. Bu barədə “Baza” “Telegram” kanalı xəbər yayıb. 1995-ci ildə Moskvada içərisində iki milis işçisinin meyiti olan “VAZ 2105” markalı avtomobil tapılıb. Kiçik serjant Aleksandr Kozırev və sıravi Qriqori Aleksandrov başlarından açılan atəşlə öldürülmüşdü. Onların silahı, sənədləri və şəxsi əşyaları üzərlərində olub. Bir aydan sonra müstəntiqlər şübhəli Oleq Babayevin izinə çıxıblar. Həmin vaxt onun 24 yaşı olub. Şübhəli axtarışa verilsə də, onu tapmaq mümkün olmayıb. Bu yaxınlarda isə onun izinə düşmək olub.…

Read More
Kriminal 

Abşeronda 35 yaşlı kişi qonşusu tərəfindən bıçaqlandı

Abşeron rayonunun Masazır qəsəbəsində qonşular arasında dava düşüb. ARANTV.AZ xəbər verir ki, hadisə “Yeni Bakı” qəsəbəsi, 4E ünvanında baş verib. 1985-ci il təvəllüdlü Məhəmmədzadə Faiq Nadir oğlunun böyrək nahiyəsinə qonşusu ilə mübahisə zamanı dörd bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə Bakıdakı 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.APA

Read More