Kriminal 

Şəmkir sakini bıçaqlandı

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

ARANTV.AZ-ın məlumatına görə, hadisə rayonun Morul kəndində qeydə alınıb.

1995-ci il təvəllüdlü Quliyev Sənan Mürşüd oğlu qarnının kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Yaralı dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 25 yaşlı S.Quliyev tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.APA

Daha çox xəbərlər