Kriminal 

Bakıda orta yaşlı kişi naməlum şəraitdə bıçaqlanıb

Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Badamdar qəsəbəsində qeydə alınıb. 1980-ci il təvəllüdlü Qasımov Elbrus Qasım oğlu naməlum şəraitdə bıçaq xəsarətləri alıb. O, qarnının ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə 1 saylı Xəstəxanaya yerləşdirilib. Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Read More
Kriminal 

Bakıda ər arvadını bıçaqlayıb

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ  APA-ya istinadən xəbər verir ki, hadisə Telnov küçəsində qeydə alınıb. 43 yaşlı Vüsalə Fətəliyeva yaşadığı evdə əri ilə mübahisə zamanı bıçaqlanıb. Yaralı qadın 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Azərbaycanda valideynlərini itirən tələbə qıza qarşı İYRƏNC HƏRƏKƏT – VİDEO

Göyçay rayonunda fərdi yaşayış evi talan edilib. ARANTV.AZ “Report”a istinadən xəbər verir ki, hadisə Hacalıkənd kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ikinci kurs tələbəsi Süsən Vaqif qızı Hümbətova hər iki valideynini itirib və dayısının qəyyumluğu ilə böyüyüb. Evdə yaşayış olmadığından sui-istifadə edən oğrular evin qapı-pəncərələrini, döşəməsini, pilləkənini, həyətdəki çardağın şiferini sökərək aparıblar. Hətta evdəki divan, soyuducu və televizor da oğurlanıb. Eyni zamanda həyətyanı sahənin hasarı uçurulduğundan kənd sakinlərinin mal-qarası meyvə bağını da məhv ediblər. S.Hümbətova Bakıda tələbə yataqxanasında qaldığını, dərs olmadığından Göyçaya qayıtdığını, lakin…

Read More
Kriminal 

Vilyam Hacıyev bu maddələrlə ittiham edilir

Bu gün barəsində həbs qətimkan tədbiri seçilən İmişli Rayon İcra Hakimiyyətin sabiq başçısı Vilyam Hacıyevə qarşı irəli sürülən ittihamlar məlum olub.  İstintaq orqanı tərəfindən V.Hacıyevə Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 179-cu (mənimsəmə) və 311.3.2 (rüşvət alma; təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Qeyd edək ki, Səbail rayon Məhkəməsi tərəfindən Vilyam Hacıyev barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib. Bu gün Prezident İlham Əliyev Vilyam Hacıyevin tutduğu vəzifədən azad edilməsi barədə sərəncam imzalayıb.oxu.az

Read More
Kriminal 

Yevlaxda 26 yaşlı kişi qətlə yetirildi

Yevlaxda qətl törədilib. ARANTV.AZ-ın məlumatına görə, hadisə bu gün baş verib. Rayon sakini, 1994-cü il təvəllüdlü Seyidov Ceyhun Məzahir oğlu bıçaqlanaraq qətlə yetirilib. Faktla bağlı rayon Prokurorluğunda cinayət işi başlanıb. Hazırda hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.APA

Read More
Kriminal 

Rəmiş qız üstündə qohumunu öldürdü – Bakıda QƏTL

Bakıda bibisi oğlunu öldürməkdə təqsirli bilinən Rəmiş İsmiyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. ARANTV.AZ xəbər verir ki, Suraxanı rayon Məhkəməsində hakim Anar Qasımovun sədrliyi ilə baş tutan iclasda istintaq orqnının təqdimatı təmin olunub. Rəmiş İsmiyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 aya qədər artırılıb. İttihama görə, bu il yanvarın 8-də saat 21 radələrində Şabran rayon sakini Rəmiş İsmiyev Suraxanı rayonunun Bülbülə qəsəbəsində kirayədə yaşadığı evdə münaqişə zəminində onunla birgə yaşayan bibisi oğlu, 23 yaşlı Cavid Muxtarova bıçaqla xəsarət yetirib. Cavid Muxtarov xəstəxanaya aparılarkən yolda ölüb. Rayonun polis…

Read More
Kriminal 

Azərbaycanlı ər-arvadı öldürən şəxsə bu cəza verildi

Gürcüstanın Qardabani rayonunun Aşağı Kəpənəkçi kəndində ötən ilin iyun ayında ər-arvad – İskəndər Musayev və Şəfiqə Musayevanı xüsusi amansızlıqla qətlə yetirən şəxs 19 il müddətinə azadlıqdan məhrum olunub. Bu barədə Rustavi Şəhər Məhkəməsi qərar qəbul edib. İstintaqla müəyyən olunub ki, həmin şəxs 2019-cu ilin iyunun 6-da 84 və 77 yaşlı ər-arvadı küt qətlə yetirib. O, cütlüyün evindən 1 050 lari oğurlayaraq hadisə yerindən qaçıb. Polis həmin şəxsi 2020-ci ilin fevralın 5-də saxlayıb.(Report)

Read More
Kriminal 

Şəmkirdə iki qonşunun zarafatı qanla bitdi

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ-ın məlumatına görə, iki qonşunun zarafatı cinayətlə nəticələnib. Belə ki, Sarıtəpə kənd sakinləri Elnur Qənbərli və Asif Abdullayev sərxoş olublar. Onların zarafatlaşması nəticəsində A.Abdullayev E.Qənbərlini döş qəfəsindən bıçaqlayıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır. Asif Abdullayev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.Oxu.Az

Read More
Kriminal 

Bakda 19 yaşlı gənc bıçaqlanıb

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ  APA-ya istinadən xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb. 2001-ci il təvəllüdlü Bayramlı Ziya Aftandil oğlu həmyaşıdı ilə mübahisə zamanı bıçaqlanıb. Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Read More
Kriminal 

Almaniya Rusiya hərbi kəşfiyyatına işləyən hakeri beynəlxalq axtarışa verdi

Almaniya Federal prokurorluğu Bundestaqa haker hücumu təşkil edən Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (BKİ) zabitini beynəlxalq axtarışa verib. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Süddeutsche Zeitung” qəzeti məlumat yayıb. Qeyd olunur ki, bəhs olunan hücum 2015-ci ilin yazında gerçəkləşdirilib, daha sonra ələ keçirilən sənədlər “Wikileaks” saytında yerləşdirilib. Əsas şübhəli şəxs rolunda isə 29 yaşlı Dmitri Badin çıxış edir. ABŞ hüquq-mühafizə orqanları onu çoxdan Ümumdünya antidopinq mərkəzi WADA-nın, habelə Demokrat partiyasının serverlərinə hücum təşkil etməkdə günahlandırır. Rusiyalı zabitin Moskva şəhərində Komsomol prospektində yerləşən 26165 saylı hərbi hissədə…

Read More