Bakıda ər arvadını bıçaqlayıb
Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Telnov küçəsində qeydə alınıb.
43 yaşlı Vüsalə Fətəliyeva yaşadığı evdə əri ilə mübahisə zamanı bıçaqlanıb. Yaralı qadın 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

