Kriminal 

Kürdəmirdə karantin rejimini pozan kafe aşkarlandı

Ölkə ərazisində xüsusi karantin rejiminin elan olunması və ictimai iaşə obyektlərinin faəliyyətinin qadağan edilməsinə baxmayaraq, Kürdəmir rayonunda bəzi sahibkarlar tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinib. “Report” xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Mollakənd kəndində xüsusi karantin rejimini pozaraq gizli şəkildə fəaliyyət göstərən kafe aşkar ediblər. Həmin kafenin sahibi 1958-ci təvəllüdlü Hacıyev Xanəhməd İman oğlu polis şöbəsinə gətirilib. Xüsusi karantin qaydalarını pozan Xanəhməd Hacıyev barəsində Polis Bölməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülüb, 100 manat məbləğində…

Read More
Kriminal 

Uşaqları “otlamağa məcbur edib” videoya çəkən şəxs həbs olundu – RƏSMİ

Uşaqlarını videoya çəkən Şamaxı rayon sakini Polis Şöbəsinə gətirilib. Bunu açıqlamasında DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov azyaşlı uşaqları həyətyanı sahədə otlamağa məcbur edən və videoya çəkərək sosial şəbəkədə paylaşan şəxsdən danışarkən deyib. E.Zahidov qeyd edib ki, əhalinin çaşqınlığına səbəb olan məlumatlar, videogörüntülər daim diqqət mərkəzindədir: “Uşaqlarla bağlı görüntü sosial şəbəkədə yayılan kimi dərhal tədbirlər görüldü. Məlum oldu ki, bu adam Şamaxı rayon sakini İkram Xudiyevdir. Uşağın biri onun öz övladı, biri isə qohumunun uşağıdır. İ.Xudiyev dərhal polis şöbəsinə gətirilib, izahatı alınıb. İ.Xudiyev etiraf etdi ki, guya videonu zarafatla çəkib.…

Read More
Kriminal 

Arvadını öldürdü, koronavirusdan vəfat etdiyini dedi

Koronavairus epidemiyasının mərkəzinə çevrilən ABŞ-da qəribə hadisə yaşanıb. “Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, Florida ştatının Сupiter şəhərində yaşayan Devid Entoni həyat yoldaşını öldürməkdə günahlandırılır. Entoni 51 yaşlı həyat yoldaşı Qretçenin koronavirusdan öldüyünü iddia edib. Araşdırma nəticəsində ölümün qətl səbəbindən baş verdiyi məlum olub. Belə ki, Qretçenin dostları qadından gələn qəribə mesajlardan şübhələnərək, polisə müraciət ediblər. Qadının koronavirusa yoluxmasını qeyd etdiyi mesajları araşdıran polis heç bir tibb müəssisəsində ona aid qeydlər tapa bilməyib. İstintaqa başlayan polis mesajların qadının əri Entoni tərəfindən göndərildiyini müəyyən edib. Məlum olub ki, kişi arvadını öldürdükdən…

Read More
Kriminal 

Yas mərasimi bəhanəsi ilə evdən çıxan daha 50 nəfər cəzalandırılıb – FOTO

Ötən sutka ərzində yaxın qohumunun yas mərasimində iştirak etmək adı ilə 8103 nömrəsinə həqiqətə uyğun olmayan müraciət edən daha 50 nəfərin şəxsiyyəti müəyyən edilib və onlar inzibati qaydada cəzalandırılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən ARANTV.AZ-a verilən məlumata görə, “Xüsusi Karantin Qaydalarının Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” olan 8103 qısa nömrəsinə yas mərasimində iştirak etmək adı ilə həqiqətə uyğun olmayan və ya yaxın qohumluq statusu daşımayanların yas mərasimlərində iştirak etmək bəhanəsi oləqanunsuz yerə icazələr alaraq epidemiya əleyhinə rejimin tələblərini pozan şəxslərin müəyyən edilməsi istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən…

Read More
Kriminal 

Zaqatalada evdən 5000 manatlıq qızıl-zinət əşyaları oğurlandı

Zaqatala Rayon Polis Şöbəsinə mart ayında rayonun Yuxarı Tala kəndində yerləşən evlərin birindən qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar şöbənin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Zərərçəkmişə məxsus evdən 5 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması müəyyən edilib. Zaqatala Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunmuş, zərərçəkmişin həmkəndlisi 22 yaşlı Əhməd Məmmədov şübhəli şəxs qismində saxlanılıb.…

Read More
Kriminal 

Bakıda Masallı sakini əmisi oğlunun arvadını qaçırdı

Bakıda Koroğlu Rəhimov küçəsində kirayə mənzildə yaşayan 1992-ci il təvəllüdlü F.A. aprelin 10-da saat 20:00-da Nərimanov rayon 18-ci Polis Bölməsinə müraciət edib. O, 1996-cı il təvəllüdlü həyat yoldaşı A.M.-nın 1999-cu il təvəllüdlü əmisi oğlu E.B. tərəfindən qaçırıldığını bildirib. Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub. Zərərçəkən əmisi oğlunun onun arvadını evlənmək məqsədilə qaçırdığını deyib. Hazırda polislər sevgililərin harada olduğunu müəyyənləşdirməyə çalışırlar. Əgər qadının öz istəyi ilə ərinin qohumu ilə birlikdə qaçdığı ortaya çıxsa, sonuncunun hərəkətlərində cinayət əməli yoxdur. Çünki ərini tərk edən qadın yetkinlik yaşındadır. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları onları…

Read More
Kriminal 

Salyanda 41 yaşlı qadın intihar etdi

Bu gün günorta saatlarında Salyan rayonunda intihar hadisəsi baş verib. ARANTV.AZ virtualaz.org-a istinadən xəbər verir ki, rayonun Kolanı kənd sakini, 1979-cu il təvəllüdlü Bəsti Ağabəy qızı Mehtiyeva özünü yaşadığı evin həyətindəki talvardan asaraq intihar edib. B.Mehtiyevanın ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyi deyilir.O bu səbəbdən rayondakı Ruhi Əsəb Dispanserində qeydiyyatda da olub. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Astarada koronavirusla bağlı yalan məlumatlar yayan şəxs həbs olundu

Astara rayonunda koronavirusla bağlı yalan məlumatlar yayan şəxs həbs olunub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara rayonunda bir nəfərin “WhatsApp” messenceri vasitəsilə ayır-ayrı şəxslərə koronavirus infeksiyası ilə bağlı dövlət qurumlarının rəsmi məlumatlarına istinad etmədən, reallığı əks etdirməyən və cəmiyyətdə çaşqınlıq yarada biləcək uydurma məlumatlar göndərdiyi müəyyən edilib. Həyata keçirilmiş müvafiq tədbirlərlə həmin məlumatları yayan şəxsin rayonun Səncərədi kənd sakini Dunyamalı Məmmədov olması müəyyən edilib və o, Astara Rayon Polis Şöbəsinə (RPŞ) dəvət olunub. Aparılmış araşdırmalarla D.Məmmədovun hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 388-1-ci (İnternet informasiya ehtiyatında və…

Read More
Kriminal 

Yevlax sakinləri Kürdəmirə “yasa” gedərkən saxlanıldılar – VİDEO

Kürdəmir polisi karantin rejimi qaydalarını kobud şəkildə pozaraq, rayon ərazisinə daxil olmaq istəyən Yevlax rayon sakinlərini saxlayıb. Baku.Tv xəbər verir ki, Kürdəmirin Ucar rayonu ilə sərhədində qurulmuş postda xidmət aparan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən yasa getmək bəhanəsi ilə rayon ərazisinə daxil olmaq istəyən Yevlax rayon sakinləri – 52 yaşlı Allahverdi Hacıyev və 42 yaşlı Tofiq Cabbarov saxlanılıb. Yoxlama zamanı məlum olub ki, saxlanılan Allahverdi Hacıyev “8103” qaynar xəttinə mesaj göndərərək, yaxınlarının yas mərasiminə getmək istədiyini bildirib. Polis şöbəsinin əməkdaşları ilə söhbət zamanı həmin şəxsin heç də yas yerinə getmədiyi məlum olub. Onun həmyerlisi…

Read More
Kriminal 

Azərbaycanda 11 illik ədavətin dəhşətli sonu: Arvadının qatili olan şəxs iki nəfəri öldürdü – VİDEO

Şabranda ana və oğulun amansızlıqla qətlə yetirilməsindən sonra Baku TV-nin əməkdaşları hadisə yerinə baş çəkiblər. Rayonun Zeyvə kəndində baş verən cinayətdə kənd sakini Nahid İslamov ov tüfəngi ilə həmkəndlisi, 37 yaşlı Məhəbbət Məmmədov və onun anası, 57 yaşlıq İstək Mahmudovanı amansızlıqla öldürüb. Baku TV hadisə yerində və ilkin istintaqda iştirak edərək, hadisənin təfərrüatını araşdırıb. Daha ətraflı videosüjetdə:

Read More