Kriminal 

Bakıda 45 yaşlı kişi bıçaqlandı

Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ xəbər verir ki, hadisə rayonunda Türkan qəsəbəsində baş verib. Qəsəbə ərazisində 45 yaşlı Şabanov Ayaz Səfər oğlu bıçaq xəsarəti alıb. Xəstəxanaya çatdırılan yaralının qarın boşluğunda 1 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkar edilib. Hadisə barədə araşdırma aparılır. Ölkə.Az

Read More
Kriminal 

Bakıda sevgilisinin başını kəsən gəncin işi MƏHKƏMƏDƏ

Bakıda sevgilisini amansızlıqla öldürməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Xaləddin Hüseynova iki maddə ilə ittiham elan edilib. ARANTV.AZ  Teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Əlövsəd Abbasovun icraatına verilib. Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq. İttihama görə, hadisəm ötən il sentyabrın 6-da Sabunçu rayonunda qeydə alınıb. 1988-ci il təvəllüdlü Xaləddin Hüseynov qeyri-rəsmi münasibətdə olduğu paytaxt sakini, 1984-cü il təvəllüdlü Günel Bağırovanın başını kəsərək qətlə yetirib. Cinayət qısqanclıq zəminində baş verib. Hadisədən sonra Xaləddin Hüseynov Sabunçu rayon Polis İdarəsinin…

Read More
Kriminal 

Bakıda dostlar arasında zarafat bıçaqlanma ilə nəticələndi

Bakının Nərimanov rayonunda qanlı cinayət hadisəsi törədilib. Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilir ki, martın 13-nə keçən gecə Ağa Nemətulla küçəsində əvvəllər məhkum olunmuş İlkin Hüseynov (1990-cı il təvəllüdlü) qarın boşluğuna nüfuz edən bıçaq yarası alıb. Zərərçəkən 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Sözügedən ərazidə 18-ci Polis Bölməsinin əməkdaşları araşdırma zamanı ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən şəxsi müəyyənləşdiriblər. Məlum olub ki, bu, zərərçəkənin yaxın dostu Elvin Həsənovdur (1999-cu il təvəllüdlü). Lakin zərərçəkən şəxs E.Həsənovun təqsirkar omadığında israr edir. Onun sözlərinə görə, həmin gecə onlar zarafatlaşıblar və bıçaqlama…

Read More
Kriminal 

Bakıda gənc oğlan sevgilisinin başını kəsdi

Bakıda sevgilisini amansızlıqla öldürməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Xaləddin Hüseynova iki maddə ilə ittiham elan edilib. ARANTV.AZ xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Əlövsəd Abbasovun icraatına verilib. Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq. İttihama görə, hadisəm ötən il sentyabrın 6-da Sabunçu rayonunda qeydə alınıb. 1988-ci il təvəllüdlü Xaləddin Hüseynov qeyri-rəsmi münasibətdə olduğu paytaxt sakini, 1984-cü il təvəllüdlü Günel Bağırovanın başını kəsərək qətlə yetirib. Cinayət qısqanclıq zəminində baş verib. Hadisədən sonra Xaləddin Hüseynov Sabunçu rayon Polis İdarəsinin 12-ci polis…

Read More
Kriminal 

Bakıda gənc oğlan bıçaqlanıb

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Hüseyn Cavid prospektində qeydə alınıb. 1993-cü il təvəllüdlü İbrahimzadə Elvin Elçin oğlu naməlum şəxslərlə mübahisə zəminində bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 1 saylı Xəstəxanaya yerləşdirilib. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Read More
Kriminal 

Azərbaycanda “exchange”də qətl törədən şəxslə bağlı MƏHKƏMƏ QƏRARI

Gəncə şəhərində valyutadəyişmə məntəqələrindən birində işləyən şəxsi öldürməkdə ittiham olunan Nicat Dajbanın barəsində həbs qətimkan tədbirinin uzadılması barədə istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb. ARANTV.AZ xəbər verir ki, Kəpəz rayon Məhkəməsində hakim Tural Qocayevin sədrliyi ilə baş tutan prosesdə Gəncə şəhər Prokurorluğunun müstəntiqi tərəfindən verilən təqdimat təmin olunub. Nicat Dejbaninin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 aya qədər artırılıb. İttihama görə, ötən il noyabrın 11-də gecə saat 01 radələrində Gəncə şəhər sakini 1989-cu il təvəllüdlü Mirağa Əliyevin ürək nahiyəsindən bıçaqla xəsarət alması nəticəsində müalicə müəssisəsində vəfat etməsi faktı ilə…

Read More
Kriminal 

Bakıda müğənnilik edən “bomj”u öldürən şəxs yenidən hakim qarşısına çıxarılır

Xüsusi amansızlıqla qətl törətməkdə ittiham olunan Ramin Həsənov barəsində çıxarılmış hökmdən apellyasiya şikayəti verib. ARANTV.AZ  xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsinə müraciət edən R.Həsənov cəzasının yüngülləşdirilməsini istəyir. İş hakim Əflatun Qasımovun sədrliyi ilə araşdırılacaq. Qeyd edək ki, qətl hadisəsi 3 may 2017-ci il tarixdə paytaxtın Nərimanov rayonu, Təbriz küçəsi, 2 ünvanında baş verib. Həmin ərazidə yerləşən dayanacağın arxa hissəsindəki otluq sahədə Lənkəran rayonunun Kərgəlan kənd sakini, 44 yaşlı Müşfiq Əliyevin meyiti tapılıb. İlkin araşdırmalar zamanı məlum olub ki, M.Əliyevi Ramin Həsənov qətlə yetirib. Belə ki, içkili vəziyyətdə olan Ramin pulunun oğurlanmasını…

Read More
Kriminal 

Ağstafada 4 nəfəri güllələyib qətlə yetirən şəxs ömürlük həbs edildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağstafa rayonunda bazarda 4 nəfəri güllələyərək qətlə yetirən Elnur Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E. Süleymanov ömürlük azadlıqdan məhrum edilib. İrrihama görə, ötən ilin iyunun 17-si saat 08 radələrində Ağstafa rayonunun Böyük Kəsik kəndi ərazisində fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları bazarında E.Süleymanov odlu silahla bazarda satıcı işləyən Sadıxlı kənd sakinləri – Şərqiyyə Musayevanı, oğlanları Novruz və Şəmiddini, həmçinin Ağgöl kənd sakini Zeynəb Cəlilovanı qətlə…

Read More
Kriminal 

Şəmkirdə 87 yaşlı kişini pensiya puluna görə öldürdülər

Şəmkir rayonunda quldurluq və ölümə səbəb olmaqla sağlamlığa ağır zərər vurmaqda təqsirli bilinən Xəqani Nəsibovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Xəqani Səmədovun icraatına verilib. İş üzrə məhkəmə hazırlıq iclası martın 29-a təyin edilib. Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında baş verib. Şəmkir rayon sakini Xəqani Nəsibov həmyerlisi 87 yaşlı Dostumalı İbrahimova zor tətbiq edərək onun 350 manatını ələ keçirib. Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri…

Read More
Kriminal 

Bakıda fahişələr ərəb turistləri tələyə saldı

Bakının Səbail rayonunda fahişələrin iştirakı ilə soyğunçuluq hadisəsi baş verib. Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub. Badamdar qəsəbəsində yerləşən evdə kirayədə yaşayan 5 ərəb turist soyğunun qurbanı olub. Belə ki, martın 11-i gecə saatlarında Əlsayori Musallam Ömər (1996-cı il təvəllüdlü), Əlsayori Saleh Ömər (1995-ci il təvəllüdlü), Əlsayori Məhəmməd Rəis (1996-cı il təvəllüdlü), Əlsayori Yaslan Avna (1994-cü il təvəllüdlü) və Əlhadi Türki Mesfer (1997-ci il təvəllüdlü) Əhməd Rəcəbli küçəsində yerləşən “Ekstra” gecə klubuna gəliblər və orada üç fahişə ilə görüşüblər. Sonra turistlər onları qaldıqları mənzilə aparıblar. Əyləncə zamanı qadınlardan…

Read More