Kriminal 

Şəmkirdə 87 yaşlı kişini pensiya puluna görə öldürdülər

Şəmkir rayonunda quldurluq və ölümə səbəb olmaqla sağlamlığa ağır zərər vurmaqda təqsirli bilinən Xəqani Nəsibovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

ARANTV.AZ xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Xəqani Səmədovun icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası martın 29-a təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında baş verib. Şəmkir rayon sakini Xəqani Nəsibov həmyerlisi 87 yaşlı Dostumalı İbrahimova zor tətbiq edərək onun 350 manatını ələ keçirib.

Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində cinayəti törədən Xəqani Nəsibov saxlanılıb. Dostumalı İbrahimov hadisədən bir gün sonra yaşadığı evdə dünyasını dəyişib.

Araşdırmalar zamanı müəyyən edilib ki, D.İbrahimov bankomatdan pul çıxaran zaman X.Nəsibov onu kənardan izləyib. Pulun bankomatdan çıxarıldığını görən X.Nəsibov yaşlı kişiyə yaxınlaşaraq onu yaşadığı evə çay içməyə dəvət edib. X.Nəsibov yaşlı kişini döyərək əlindəki pulu alıb. D.İbrahimov aldığı xəsarətlərdən öz evində ölüb.

X.Nəsibova Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə ittiham verilib.

 

Ölkə.Az

Daha çox xəbərlər