Kriminal 

Mərdəkanda 51 yaşlı kişini ürəyindən bıçaqladılar

Paytaxtın Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ  xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində baş verib. Qəsəbə ərazisində 51 yaşlı Məmmədov İnqilab Balazahid oğlu naməlum şəxslər tərəfindən bıçaqlanıb. Onun ürək və müxtəlif bədən nahiyələrinə bıçaq xəsarətləri yetirilib. Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Ölkə.Az

Read More
Kriminal 

Bakıda keçmiş məhkum tanışını güllələdi

Bakıda tanışına odlu silahdan atəş açaraq ağır xəsarət yetirməkdə təqsirli bilinən Azər Orucovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Telman Hüseynovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası martın 3-nə təyin edilib. Qeyd edək ki, rəsmi məlumata əsasən, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində odlu silahdan istifadə edilməklə ictimai qaydanı kobud sürətdə pozaraq xuliqanlıq cinayəti törədən və bununla da qəsdən sağlamlığa ağır zərər vuran Salyan rayon sakini…

Read More
Kriminal 

Bakıda ər arvadını bıçaqladı

Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ  xəbər verir ki, rayon ərazisində 30 yaşlı Qəhrəmanova Aytəkin Ədalət qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb. Xəstəxanaya çatdırılan yaralıya döş qəfəsinin və belin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və reanimasiyaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Ölkə.Az

Read More
Kriminal 

Bakıda qayınata və kürəkəni bıçaqlayanlar tutuldu

Fevralın 17-də saat 21 radələrində Binə qəsəbəsində yaşayan Səyyad Hüseynov, Elçin Əhmədov və qayınatası Azər Həsənovun kəsilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə məlumat daxil olub. Bununla bağlı Daxili İşlər Nazirliyindən Oxu.Az-a daxil olan məlumatda deyilir. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla həmin gün qəsəbə ərazisində onlarla qəsəbə sakinləri Elnur Bağırzadə və  onun qardaşı, əvvəllər məhkum olunmuş Rəşad arasında münaqişə baş verməsi, bu zaman onların xuliqanlıq zəminində biri-birilərinə bıçaqla xəsarət yetirmələri müəyyən edilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanıb. 3-cü Polis…

Read More
Kriminal 

Bakıda 57 yaşlı kişini öldürmək istədilər

Xəzər rayonunun Türkan kənd sakini, 57 yaşlı İnqilab Məmmədov qarın və sinəsində çoxsaylı bıçaq yaraları ilə Bakı şəhər 3 nömrəli klinik xəstəxanaya gətirilib. Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub. Hələlik kişiyə hücumun fevralın 20-də, saat 17:50 radələrində baş verdiyi məlumdur. Hücum edən şəxsin kimliyi hələlik müəyyənləşdirilməyib. Zərərçəkmişin vəziyyəti ağır olduğu üçün hüquq-mühafizə orqanlarının əməkdaşları hələ onu sorğu-sual etməyiblər. Cinayət hadisəsi rayon prokurorluğu tərəfindən araşdırılır. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb.

Read More
Kriminal 

Bakıda gənc bıçaqlandı

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb. 1998-ci il təvəllüdlü Cəlilov Əsgər Rəhman oğlu naməlum şəxslə mübahisə zamanı ayaq və sağrı nahiyəsindən bıçaqlanıb. Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.APA

Read More
Kriminal 

Bakıda iki qadın bıçaqlandı – Biri sevgilisi, digəri isə keçmiş əridir!

Bakıda iki qadın bıçaqlanıb. ARANTV.AZ  apa-ya istinadən xəbər verir ki, Binəqədi rayonunda 1990-cı il təvəllüdlü Aytəkin Qəhrəmanova keçmiş yoldaşı ilə yaşadığı binanın qarşısında mübahisə edib. Nəticədə qadın bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə Babək prospektində qeydə alınıb. 30 yaşlı Maisə Sarıyeva naməlum şəraitdə bıçaqlanıb. Yaralı qeyri-rəsmi nikahda olduğu şəxs tərəfindən xəstəxanaya gətirilib. Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi tərəfindən araşdırma aparılır. Hər iki faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Bakıda ər arvadını bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Qəhrəmanova Aytəkin Ədalət qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin və belin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və reanimasiyaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.”Report”

Read More
Kriminal 

Ucar sakini həmyerlisini küçədə qətlə yetirdi

Ucar rayonunda həmyerlisini qətlə yetirməkdə təqsirli bilinən Nazim Səfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib. İş üzrə məhkəmə hazırlıq iclası martın 3-nə təyin olunub. Qeyd edək ki, hadisə rayonun 20 yanvar küçəsində qeydə alınıb. Rayon sakini Səfərov Nazim Əbil oğlu həmyerlisi, 1983-cü il təvəllüdlü Cəbrayılov Abbas Malik oğlu ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə N.Səfərov üzərində gəzdirdiyi bıçaqla A.Cəbrayılovu bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını…

Read More
Kriminal 

Terrorçulara qoşulan azərbaycanlı qadını İnterpol axtarır

Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı qadını beynəlxalq axtarışa verib. ARANTV.AZ  APA-ya istinadən xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunub ki, 1996-cı ildə Qusar rayonunda anadan olmuş Diana Babayeva terror təşkilatına və qanunsuz silahlı birləşmələrə qoşulmaqda təqsirli bilinir. D.Babayevanın barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.

Read More