Kriminal 

Mərdəkanda 51 yaşlı kişini ürəyindən bıçaqladılar

Paytaxtın Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

ARANTV.AZ  xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində baş verib.

Qəsəbə ərazisində 51 yaşlı Məmmədov İnqilab Balazahid oğlu naməlum şəxslər tərəfindən bıçaqlanıb. Onun ürək və müxtəlif bədən nahiyələrinə bıçaq xəsarətləri yetirilib. Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Ölkə.Az

Daha çox xəbərlər