Kriminal 

Bakıda 2 nəfəri güllələyən şəxs tutuldu

Dekabrın 22-də gecə saatlarında Yasamal rayonu, Şərifzadə küçəsində, əvvələr məhkum olunanlar – 1987-ci il təvəllüdlü İ.Bağıyev, 1989-cü il təvəllüdlü Z.Muradov bədənin müxtəlif nahiyələrindən aldığı güllə yarası ilə xəstəxanaya daxil olub. ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, Bakı Şəhər Baş Polis İdarəsinin (BPİ) Cinayət Axtarış İdarəsi və Yasamal rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərilə ictimai təhlükəli əməli törətməkdə şübhəli bilinən 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunan Tural Nağıyev tutularaq istintaqa təhvil verilib. T.Nağıyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. Məlumatı Bakı Şəhər…

Read More
Kriminal 

Azərbaycanda kişi qadını intihar həddinə çatdırdı – CİNAYƏT İŞİ AÇILDI

Bir müddət əvvəl Abşeron rayonunda qadının intihar etməsi hadisəsi ilə bağlı açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb. ARANTV.AZ-ın məlumatına görə, Xırdalanda Ə.Əliyeva adlı qadının həyatına qəsd etməsi ilə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi, yəni özünü öldürmə həddinə çatdırma maddəsi ilə açılan işin materialları Abşeron Rayon Məhkəməsinə göndərilib. Abşeron Rayon Prokurorluğunda aparılan araşdırmalar zamanı qadını Yaqub Qurbanov adlı şəxsin ölüm həddinə çatdırdığı və onun təzyiqləri səbəbindən həyatına qəsd etdiyi üzə çıxıb. Həmin şəxs təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.News24.az

Read More
Kriminal 

Bakıda maşınında güllələnən şəxsin görüntüləri yayıldı – FOTO

Dünən Yasamal rayonunda güllələnən Zülfü Muradovla bağlı yeni məlumatlar ortaya çıxıb. Qafqazinfo-nun verdiyi xəbərə görə, onun topdansatış meyvə ticarəti ilə məşğul olduğu bildirilir. Məlumata görə, Z.Muradov bir neçə ay əvvəl qısa müddətli həbsdə olub. O, özünün sosial şəbəkədəki hesabında məclislərdən birində məşhur meyxanaçı Rəşad Dağlı ilə birgə fotosunu da paylaşıb. Qeyd edək ki, naməlum şəxs “Niva” sürən Z.Muradovu və onun yanında olan İlkin Babayevi güllələyib. Zülfüyə ümumilikdə dörd güllə vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Read More
Kriminal 

Bakıda kütləvi dava: 3 nəfər bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ-ın “Report”a istinadən məlumatına görə, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsində qeydə alınıb. Belə ki, baş verən kütləvi davada 1989-ci il təvəllüdlü Vəliyev Əli Cəmil oğlu, 1991-ci il təvəllüdlü Xəlilzadə Murad Məzahir oğlu, 1984-cü il təvəllüdlü Rzayev Vüsal Zöhrab oğlu bıçaqlanıb. Onlar dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin müayinəsindən sonra Ə. Vəliyevə ciyər nahiyəsinə bıçaq yarası, M. Xəlilzadəyə sağ döş qəfəsinin deşilmiş yarası, V. Rzayevə isə sağ bud nahiyəsindən bıçaq yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Türkiyədə azərbaycanlı ailəsində dəhşət: Qəzəbli oğul anasını vəhşicəsinə qətlə yetirdi

Türkiyənin Balıkesir bölgəsinin Edremit rayonunda oğul anasını qətlə yetirib. Balikesirim.net xəbər verir ki, hadisə Yaşyer məhəlləsində qeydə alınıb. Bildirilib ki, 18 yaşlı Əmrah Y. əslən azərbaycanlı olan anası, 45 yaşlı Vüsalə Y. ilə mübahisə edib. Mübahisə zamanı Əmrah əlinə götürdüyü dəmir parçası ilə anasının başına bir neçə dəfə zərbə endirib. Qadın hadisə yerində ölüb. Əmrah Y. polis tərəfindən saxlanılıb və məhkəməyə çıxarılaraq, barəsində həbs qərarı verilib.

Read More
Kriminal 

Blokda qanlı “razborka”: tanışının bacısına sataşdı…

Bakıda bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən Elşən Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Telman Hüseynovun icraatına verilib. Yaxın günlərdə məhkəmə prosesi başlanacaq. İttihama görə, bu ilin iyulun 21-də saat 17 radələrində Xətai rayonunda yerləşən evin blokunda Elşən Məmmədov tanışı, 1987-ci il təvəllüdlü Fuad Hüseynovu bıçaqlayıb. Məlum olub ki, Fuad Hüseynov hadisədən əvvəl Elşən Məmmədovun bacısını təhqir edib. Bacısının Fuad Hüseynov tərəfindən təhqir olunduğunu eşidən Elşən Məmmədov onun yaşadığı ünvana…

Read More
Kriminal 

Bakıda ŞOK HADİSƏ – Kafedə kişinin qulağını kəsdilər

Keçən ilin iyun ayında Bakıda kafedə dalaşdığı şəxsin qulağını kəsən şəxslə bağlı Ali Məhkəməyə müraciət edilib. ARANTV.AZ-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin126.2.4-cü, yəni, qəsdən sağlamlığa ağır zərərvurma – ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə maddəsi ilə ittiham edilərək məhkum edilmiş İbrahimli İbrahimli Hacı oğlu barəsindəki işin yenidən araşdırılması tələb olunub. Müraciətə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq. Qeyd edək ki, 10 iyun 2018-ci ildə Badamdar qəsəbəsində yerləşən kafelərin birində spirtli içki qəbul edən İ. İbrahimli əvvəlcədən tanımadığı Şahin Əliyevlə aralarında yaranan münaqişə zəmində stolun üstündəki şüşə butulkanı zərərçəkmişə atıb.…

Read More
Kriminal 

Bakıda anasını və bacısını amansızlıqla qətlə yetirən şəxs Rusiyada saxlanıldı

Dekabrın 13-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində anası 1968-ci il təvəllüdlü Fatma Həmzəyeva və bacısı 1994-cü il təvəllüdlü qızı Elgün Niftizadənin yaşadıqları mənzildə amansızlıqla qətlə yetirən Murad Niftizadə saxlanılıb. News24.az-ın əldə etdiyi məlumata görə, M.Niftizadə Moskvada ələ keçib və hazırda Bakıya göndərilir.

Read More
Kriminal 

Bakıda kriminal avtoriteti öldürən şəxslər HAKİM QARŞISINDA

Binəqədi rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən Taleh Cəlalov, İmran Bəbirov, Vüsal Hüseynov və qardaşı Səxavət Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ  ölkə.az-a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib. Qeyd edək ki, hadisə bu il Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ərazisində, “Favorit” supermarketinin yanında qeydə alınıb. 43 yaşlı kriminal avtoritet Budaqlı Mübariz Mürsəl oğluna aid “Mercedes” markalı avtomobilə atəş açılıb. M.Budaqlı başına açılmış atəş nəticəsində həyatını itirib. Bir müddətdən sonra Dövlət Yol Polisi əməkdaşları…

Read More