Cəmiyyət 

İrlandiya parlament nümayəndə heyəti Şuşa və Xankəndi şəhərlərində olub- fotolar

Ölkəmizdə səfərdə olan İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Toni MakKormakın başçılıq etdiyi İrlandiya parlament nümayəndə heyəti aprelin 23-də Şuşa və Xankəndi şəhərlərində olub.

Musavat.com Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildiri ki, əvvəlcə Şuşanı ziyarət edən İrlandiya parlament nümayəndə heyətinin tanışlığı şəhər meydanından başlayıb. Qonaqlara Azərbaycanın görkəmli mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin burada qoyulmuş heykəllərinin işğal dövründə ermənilər tərəfindən güllələnməsi barədə məlumat verilib. Sonra qonaqlar Aşağı Gövhər Ağa məscidi ilə tanış olublar, Şuşanın Qala divarlarını seyr edib, Cıdır düzünə qalxıblar.

dec10d83-00c7-4c75-ac0f-862be7f2239e.jpeg (144 KB)

Daha sonra Xankəndi şəhərinə gedən qonaqlar burada Zəfər meydanı, Qarabağ Universiteti və Azərbaycan dövləti tərəfindən həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri ilə tanış olublar.
Diqqətə çatdırılıb ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bu gün həyat öz axarına qayıdır. Yaşayış məskənləri tikilib bərpa olunduqca keçmiş məcburi köçkünlər öz yurdlarına qaytarılır.

Səfər zamanı qonaqları Azərbaycan-İrlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Erkin Qədirli, qrupun üzvü Sevinc Fətəliyeva və digər rəsmi şəxslər müşayiət ediblər.

7ecc6636-b980-4882-b6ec-b54345e5101b.jpeg (333 KB)

Musavat.com bildirir ki, son illərdə Azərbaycan və İrlandiya parlamentləri arasında əlaqələr xeyli dərəcədə inkişaf edib. 2023-cü ildə spiker Sahibə Qafarovanın İrlandiyaya səfəri və keçirdiyi görüşlərdə patlamentlərarası əlaqələri daha da inkişaf etdirmək barədə razılaşmaya uyğun olaraq dostluq qruplarının yaradılması, qarşılıqlı səfərlərin həyata keçirilməsi, digər sahələrdə də əlaqələrin qurulması barədə anlaşma əldə edilib. İrlandiyalı deputatların Azərbaycan səfərinə Zəfər abidəsini ziyarətlə başlaması, onların Milli Məclis rəhbərliyi ilə görüşdən sonra Şuşa və Xankəndiyə səfər etmələri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə, Vətən müharibəsində qazandığı tarixi qələbəyə böyük hörmət nümunəsi olmaqla yanaşı, aprelin 16-da Azərbaycana qarşı qərəzli qətnamələr qəbul etmiş Belçika və Niderland parlamentlərinin riyakar sifətlərinə də sərt sillədir.

Elşad,
Musavat.com

Daha çox xəbərlər