Kriminal 

Sevgilisinin anası ilə cinsi əlaqədə oldu, qətl törətdi – MƏHKƏMƏ

Ali Məhkəmədə sevdiyi qızın anasını öldürməkdə təqsirləndirilən Samir Hacəliyevin barəsində olan hökmdən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. ARANTV.AZ  xəbər verir ki, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, onun şəxsin kassasiya şikayəti təmin edilməyib. İttiham aktına əsasən, S.Hacəliyev 2017-ci il martın 27-də Xaçmaz rayonunun Şimali kəndində 47 yaşlı Gülnaz Sultanovanı baltalayaraq öldürüb. Araşdırma zamanı məlum olub ki, S.Hacəliyevin G.Sultanovanın qızı ilə sevgi münasibətləri olub. O, daha sonra 2014-cü ildən G.Sultanovanın evinə gedib-gəlməyə başlayıb. Bu müddətdə onun G.Sultanova ilə münasibətləri yaranıb. O, sevdiyi qızın…

Read More
Kriminal 

Bakıda yüksək vəzifəli şəxs özünü öldürdü – FOTO

Nərimanov rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlizadə Elmar Şamil oğlu özünü asaraq intihar edib. Yaxınlarının verdiyi məlumata görə, E.Əlizadənin intihar etməsinin səbəbi bilinmir. Mərhum dünən Yasamal qəbirstanlığında dəfn edilib. Qeyd edək ki, E.Əlizadə bundan əvvəl Xarici İşlər Nazirliyində çalışıb. (unikal.org)

Read More
Kriminal 

Bakıda amansız qətlin təfərrüatı: Kişi doğmalarını öldürmək üçün Bakıya gəldi

Bakının Sabunçu rayonu ərazisində baş vermiş ikili qətlin qurbanların yaxın qohumunun törətməsindən şübhələnilir. Bakıda ana və qızı evində QƏTLƏ YETİRİLDİ – YENİLƏNİB ARANTV.AZ xəbər verir ki, oxu.az-a bu barədə Sabunçu rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib. Qeyd edək ki, dekabrın 13-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində 1968-ci il təvəllüdlü Fatma Həmzəyeva və 1994-cü il təvəllüdlü qızı Elgün Niftizadənin yaşadıqları mənzildə meyitləri aşkar edilib. Qadınlara çox sayda bıçaq yaraları vurulub. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şübhəli…

Read More
Kriminal 

Bakıda ana və qızının öldürüldüyü evin sahibi məmurdur – TƏFƏRRÜAT

Bakının Sabunçu rayonu ərazisində baş verən dəhşətli qətlin təfərrüatları məlum olub. ARANTV.AZ  criminal.az-a istinadən xəbər verir ki, xəbər verir ki, qətl Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 49A ünvanındakı “Uğur-2” yaşayış kompleksindəki mənzildə törədilib. Mənzildə kirayə yaşayan ana və gənc qızı naməlum şəxs tərəfindən öldürülüb. İlkin ehtimala görə, qətli ailənin oğlu törədib. Meyitlər müayinə üçün məhkəmə-tibbi ekspertizasına aparılıb. Qətl törədilən mənzil məmura – Sosial-müdafiə fondunun Xəzər rayon şöbəsinin Rafiq adlı əməkdaşına məxsusdur. Qeyd edək ki, Baş Prokurorluq da hadisəylə bağlı məlumat yayıb. Bildirilir ki, faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci…

Read More
Kriminal 

Bakıda dəhşət: Ana və qızı yaşadıqları evdə qəddarcasına qətlə yetirildi

Bakıda ana və qızı qətlə yetirilib. Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bu barədə “Facebook” hesabında məlumat paylaşıb. Bildirib ki, dekabrın 13-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində 1968-ci il təvəllüdlü Fatma Həmzəyeva və 1994-cü il təvəllüdlü qızı Elgün Niftizadənin yaşadıqları mənzildə üzərlərində çoxsaylı kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətləri olan meyitləri aşkar edilib. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Read More
Kriminal 

Azərbaycanda şənlikdə qan töküldü – 16 yaşlı oğlan bıçaq gətirdi və…

Ötən gecə Ağcabədi rayonunda qəsdən adam öldürməyə cəhd edilib. ARANTV.AZ xəbər verir ki, rayonun Hüsülü kəndində sakinlərdən birinin övladının hərbi xidmətə getməsi münasibətilə təşkil edilən şənlikdə qonaqlardan ikisi arasında mübahisə yaranıb. Mübahisə zamanı 1982-ci il təvəllüdlü Mirzəyev Seymur İnqilab oğlu 2003-cü il təvəllüdlü Mirzəyev Əliheydər Əlimərdan oğluna yaşının az olmasını, bu səbəbdən ona baş qoşmadığını deyib. Bundan əsəbləşən 16 yaşlı oğlan gedərək evdən bıçaq gətirib və özündən 19 yaş böyük həmyerlisinin bədəninin müxtəlif nahiyələrinə 5 bıçaq zərbəsi endirib. Müxtəlif dərəcəli xəsarətlər alan S.Mirzəyev qan içində öz evinə gedib və ailə üzvlərinin…

Read More
Kriminal 

Bakıda 43 yaşlı kişini boğazından bıçaqladılar

Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ xəbər verir ki, hadisə rayonu Buzovna qəsəbəsində qeydə alınıb. 43 yaşlı Vüqar Əmiraslanov tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılan yaralıya boğazın kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.”Ölkə.Az”

Read More
Kriminal 

Bakıda kirayənişin 43 yaşlı kişini ürəyindən bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Abdinov Həmid İntiqam oğlu Xəzər rayonu, Qala qəsəbəsində kirayədə yaşadığı nömrəsiz evin həyətində 1976-cı il təvəllüdlü Ağalarov Əli Mirqubad oğluna sol döş qəfəsi və bel nayihəsindən 2 bıçaq zərbəsi endirib. Hadisə qısqanclıq zəminində baş verib. Yaralı xəstəxanaya çatdırılıb. H.Abdinov hadisə yerindən qaçıb. Faktla bağlı cinayət işi başlanıb. Hazırda hadisənin törədən şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər görülür.

Read More
Kriminal 

Ağstafada dörd nəfəri güllələyib öldürən şəxs məhkəmə qarşısında

Ağstafa rayonunda bazarda dörd nəfəri güllələyərək qətlə yetirən Elnur Süleymanovun cinayət işi üzrə məhkəmə iclasının vaxtı açıqlanıb. ARANTV.AZ  xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçiriləcək məhkəmə prosesi dekabrın 20-nə təyin edilib. Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib. Hadisə iyunun 17-si saat 08 radələrində Ağstafa rayonunun Böyük Kəsik kəndi ərazisində fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının bazarında baş verib. E.Süleymanov odlu silahla bazarında satıcı işləyən Sadıxlı kənd sakinləri – Şərqiyyə Musayevanı, oğlanları Novruz və Şəmiddini, həmçinin Ağgöl kənd sakini Zeynəb Cəlilovanı odlu silahla qətlə yetirib, daha üç nəfəri isə ağır yaralayıb. Hadisə zamanı…

Read More
Kriminal 

31 yaşlı gənc bıçaqlandı – Bakıda

Bakıda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Zabrat qəsəbəsində 1988-ci il təvəllüdlü Cəfərov Emin Ənvər oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sol arxa hissəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Read More