Kriminal 

Bakıda gənc oğlan sevgilisi ilə öpüşən şəxsi öldürdü – “Mənim anam, bacım..”

Bakıda sevgilisi ilə öpüşən oğlanı qətlə yetirən şəxs yenidən Ali məhkəməyə müraciət edib. ARANTV.AZ-ın məlumatına görə, bir neçə ay əvvəl Ali Məhkəməyə müraciət etsə də, sonradan şikayətini geri çəkən Kamran Həsənzadə dekabr ayında ikinci dəfə kassasiya şikayəti verib. O, ittiham edildiyi Cinayət Məcəlləsinin 120.2.2-ci, yəni, xuliqanlıq niyyətilə adamöldürmə maddəsi üzrə işin yenidən araşdırılmasını və barəsindəki hökmün dəyişdirilməsini xahiş edib. İşə haki Şahin Yusifovun sədrliyi ilə baxılacaq. Qeyd edək ki, 1991-ci il təvəllüdlü Kamran Həsənzadə 29 iyun 2015-cı il tarixdə, gecə saat 04.25-də tanışları Sultan Sultanlı və Ərəhman Məmmədov ilə yaşadığı…

Read More
Kriminal 

Bakıda yeznəsinə yeddi bıçaq vuran şəxslə bağlı qərar çıxarıldı

Bakı Apellyasiya Məhkəməsində yeznəsini öldürməyə cəhddə təqsirləndirilən Bəhram Yaqubovun barəsində olan hökmdən verilən  apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. ARANTV.AZ xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, B.Yaqubovun apellyasiya şikayəti təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hadisə ötən ilin noyabr ayında Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Elçin Məsimov evinin yaxınlığında qaynı, 1977-ci il təvəllüdlü B.Yaqubovla mübahisə edib. Mübahisə dava ilə nəticələnib və B.Yaqubov E.Məsimova yeddi bıçaq…

Read More
Kriminal 

Azərbaycanlı kişi arvadının boğazını kəsdi

Qəbələdə arvadını qətlə yetirməkdə təqsirləndirilən Cəsarət İbrahimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ-ın apa-a istinadən məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib. Qeyd edək ki, hadisə bu il rayonun Mirzəbəyli kəndində qeydə alınıb. Kənd sakini, 33 yaşlı Cəsarət Ağalar oğlu İbrahimov qısqanclıq zəminində həyat yoldaşı, 33 yaşlı Ülviyyə Rasim qızı İbrahimovanın bıçaqla boğazını kəsib. Nəticədə çoxlu qan itirən qadın hadisə yerində ölüb. C. İbrahimov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə…

Read More
Kriminal 

Bakıda bacı və qardaşı bıçaqlayan şəxs tutuldu

Binəqədi rayonunda iki nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb. ARANTV.AZ xəbər verir ki, dekabrın 7-də Bakı şəhər sakini E.Qırxlarovun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yaşayan keçmiş həyat yoldaşı A.Qırxlarovanın evinə gələrək ona və qardaşına bıçaqla xəsarət yetirməsi barədə Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 7-ci Polis Bölməsinə məlumat daxil olub. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Bakı Şəhər Baş Polis İdarəsi və 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qırxlarov saxlanılıb. Binəqədi RPİ-də araşdırma aparılır.”Ölkə.Az”

Read More
Kriminal 

Bakıda metro yaxınlığında gənc amansızlıqla qətlə yetirildi – FOTO

Bakının Nizami rayonunda qətl hadisəsi baş verib. ARANTV.AZ  xəbər verir ki, hadisə metronun “Qara Qarayev” stansiyasının yaxınlığında törədilib. 28 yaşlı Kazımov Ramal Kamal oğlu naməlum şəxs tərəfindən ürək nahiyəsindən beş bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Nizami Rayon Prokurorluğu və Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. Qeyd edək ki, R.Kazımov işlədiyi mağazanın yaxınlığında mübahisə edib. Qətl də həmin ərazidə törədilib.APA

Read More
Kriminal 

Bakıda bacı və qardaş bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ  xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. 2001-ci il təvəllüdlü Qafarova Ayşən Əbil qızı və qardaşı, 1994-cü il təvəllüdlü Mənsimov İlkin Əbil oğlu yaşadıqları evdə naməlum şəraitdə bıçaqlanıblar. Yaralılar təcili yardimin köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı hər iki yaralıda döş qəfəslərinin bir ədəd kəsilmiş-deşilmiş yaraları aşkarlanıb. Yaralılar cərrahi əməliyyat olunub. Faktla bağlı araşdırma aparılır.”Report”

Read More
Kriminal 

Məktəbdə 17 yaşlı yeniyetmə bıçaqlandı

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ  apa-ya istinadən xəbər verir ki, Xırdalan şəhərində, 2 saylı orta məktəbdə 2002-ci il təvəllüdlü Seyidov Xalid Namiq oğlu naməlum şəxslərlə mübahidə zəminində bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Read More
Kriminal 

Azərbaycanda gənc oğlan güllələnib

Ağdam rayonunda iki kəndli arasında mübahisə xəsarətlə yekunlaşıb. ARANTV.AZ-ın “Report”a istinadən verdiyi məlumata görə, hadisə rayonun Yüzbaşılı kəndində qeydə alınıb Mübahisə nəticəsində kənd sakini 31 yaşlı Orxan Məmmədov həmkəndlisi Cəbrayıl İsmayılov tərəfindən odlu silahla güllələnib. Yaralı rayon mərkəzi xəstəxanasına çatdırılıb. Mübahisənin borc üstündə düşdüyü bildirilir. Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

Read More
Kriminal 

Abşeronda 25 yaşlı qadını evdə bıçaqlayıb öldürdülər

Abşeron rayonunda qətl hadisəsi törədilib. ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qobu qəsəbəsindəki evlərdən birində baş verib. Evə keçirilən baxış zamanı 1994-cü il təvəllüdlü Verdiyeva Firuzə Kamandar qızının meyiti aşkarlanıb. Meyitə baxış zamanı onun bıçaqlanaraq öldürüldüyü məlum olub. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, F.Verdiyeva Goranboy rayon sakinidir. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

17 yaşlı oğlan tanışına 11 bıçaq zərbəsi vurdu

Şirvan şəhərində 17 yaşlı oğlan tanışına 11 bıçaq zərbəsi vurub. ARANTV.AZ  qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dekabrın 3-ü, saat 17 radələrində baş verib. 1976-cı il təvəllüdlü Namiq Hüseynov sinə və qarın nahiyəsindən 11 bıçaq zərbəsi alaraq xəstəxanaya yerləşdirilib. O, əməliyyat olunub və hazırda müalicəsi davam etdirilir. Araşdırma zamanı məlum olub ki, N.Hüseynovu şəhər sakini, 2002-ci il təvəllüdlü Məzahim Əsədov bıçaqlayıb. Faktla bağlı qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Read More