Kriminal 

Bakıda bacı və qardaşı bıçaqlayan şəxs tutuldu

Binəqədi rayonunda iki nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
ARANTV.AZ xəbər verir ki, dekabrın 7-də Bakı şəhər sakini E.Qırxlarovun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yaşayan keçmiş həyat yoldaşı A.Qırxlarovanın evinə gələrək ona və qardaşına bıçaqla xəsarət yetirməsi barədə Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 7-ci Polis Bölməsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
Bakı Şəhər Baş Polis İdarəsi və 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qırxlarov saxlanılıb.

Binəqədi RPİ-də araşdırma aparılır.”Ölkə.Az”

Daha çox xəbərlər