Kriminal 

Xaçmazda “Cinli Əhməd” 3 uşaq atasını ürəyindən bıçaqlayıb

Xaçmaz rayonunda 26 yaşlı gənci qətlə yetirməkdə təqsirli bilinən Əhməd Seyid oğlu Yaqubovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ ölkə.az-a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Eldar Mikayılovun icraatına verilib. Məhkəmə hazırlıq iclası dekabr ayının 6-na təyin olunub. Qeyd edək ki, hadisə bu ilin avqust ayında baş verib. Xaçmaz rayonu, İzmailovka qəsəbəsində “Cinli Əhməd” kimi tanınan Ə.Yaqubov 3 uşaq atası Etibar Cavadovu bıçaqlayıb. O, ürək nahiyəsindən aldığı bir bıçaq zərbəsindən hadisə yerindəcə keçinib. Polis əməkdaşları tərəfindən saxlanılan…

Read More
Kriminal 

Qubada alma bağının sahibini daşla öldürdü – MƏHKƏMƏ

Ali Məhkəmədə qətl törətməkdə ittiham edilən Samir Mahmudovun barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb. ARANTV.AZ  xəbər verir ki, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara görə, S.Mahmudovun apellyasiya şikayəti təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, S.Mahmudov 13 il müddətinə azadlıqdan məhrum edilib. İttiham aktına əsasən, S.Mahmudov Eldar Əhmədovun Qubadakı alma bağında işləyirmiş. Bir neçə ildən sonra onlar arasında işə görə mübahisələr başlayıb. E.Əhmədov S.Mahmudovu və onun atasını öz bağından qovub. Amma onlar bununla razılaşmayıblar və dəfələrlə mübahisə ediblər. Sonuncu mübahisə zamanı S.Mahmudov…

Read More
Kriminal 

Bakıda gənc müəllimi küçədə bıçaqladılar

Bakıda gənc bıçaqlanıb. ARANTV.AZ-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib. Bakı şəhər sakini, Suraxanı rayonu 131 saylı orta məktəbin idman müəllimi, 1996-cı il təvəllüdlü Əhmədov Çingiz Vaqif oğlu gecə saatlarında Xətai rayonu, Babək prospekti 23/47 ünvanında tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Faktla bağlı cinayət işi başlanıb.Trend

Read More
Kriminal 

Azərbaycanda yaşlı kişi oğlunu və gəlinini doğradı – DƏHŞƏTLİ OLAY

Bir neçə ay əvvəl Goranboy rayonunda törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı açılan cinayət işinin ibtidai istintaqı başa çatıb. ARANTV.AZ-ın məlumatına görə, 1943-cü il təvəllüdlü İsgəndərov Qasım İlyaz oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 29.120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddəsi ilə açılan işin materialları Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Xəqani Səmədovun sədrliyi ilə baxılacaq. Qeyd edək ki, hadisə iyun ayında baş verib. Hacırəhmədli kəndində 1943-cü il təvəllüdlü Qasım İlyaz oğlu İsgəndərov gəlini 1980-ci…

Read More
Kriminal 

Bakıda kafedə silahdan atəş açıldı: Yaralı var

Bakı şəhər sakini odlu tüfəngdən açılan atəşdən yaralanıb. ARANTV.AZ  xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsi məlumat yayıb. Bildirilib ki, hadisə noyabrın 30-da saat 1 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən kafelərin birində baş verib. İki nəfər xuliqanlıq zəminində odlu silahdan açdıqları atəşlə Bakı şəhər sakini F.Zeynalovun əl nahiyəsinə xəsarət yetirib. Xəsarət alan F.Zeynalova xəstəxanada ilkin tibbi yardım göstərilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən paytaxt sakinləri…

Read More
Kriminal 

Bakıda kafedə silahlı insident: Xəsarət alanlar var

Bakıda kafedə silahlı insident olub. ARANTV.AZ-ın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Günəşli” kafesində qeydə alınıb. Polisə adıçəkilən kafedə silah təqbiq edilməsi barədə məlumat daxil olub. Daxil olan məlumat əsasında dərhal əraziyə əməliyyat qrupu göndərilib. Araşdırmalar zamanı müəyyənləşdirilib ki, bir qrup şəxs ictimai qaydanı kobud sürətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik edərək, silahla vətəndaşlar üzərində zor tətbiqi ilə xuliqanlıq ediblər. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb,…

Read More
Kriminal 

Məhkəmə şirkət xəzinədarını bıçaqlayan şəxslə bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsində şirkət əməkdaşını öldürməyə cəhddə təqsirləndirilən Turan Kubuşovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb. ARANTV.AZ xəbər verir ki, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, T.Kubuşovun apellyasiya şikayəti təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 18 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Hadisə ötən il aprelin 25-də Yasamal rayonunda “ZD Travel” şirkətinin qarşısında baş verib. Şirkətin xəzinədarı, 1989-cu il təvəllüdlü Tərxan Namazov 20 min manat pulla ofisdən çıxıb, avtomobilə tərəf gedərkən maskalı şəxs hücum edərək çantanı alıb qaçmaq istəyib. Lakin Tərxan…

Read More
Kriminal 

Nardaranda kişi arvadını sinəsindən bıçaqladı

Bakıda kişi arvadını sinəsindən bıçaqlayıb. ARANTV.AZ-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisə dekabrın 1-i saat 22 radələrində Sabunçu rayonunun Nardaran qəsəbəsində baş verib. Qəsəbə sakini, 1975-ci il təvəllüdlü Əbülfəz Babayev qısqanclıq zəminində evdə arvadı, 1980-ci il təvəllüdlü Təranə Babayevanı bıçaqlayıb. Məlumata görə, Ə.Babayev arvadına mətbəx bıçağı ilə sinəsindən zərbə vurub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Read More
Kriminal 

Azərbaycanda çoban güllələndi

Goranboyda çoban güllələnib. ARANTV.AZ-ın məlumatına görə, hadisə “Boz dağ” ərazisində qeydə alınıb. Çobanlıqla məşğul olan, 2000-ci il təvəllüdlü Hümbətəliyev Şövqi Cəmşid oğlu sinə və baldır nahiyəsindən aldığı güllə xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir. İlkin ehtimala görə, çoban dağlıq ərazidə ov edən şəxslərin silahından açılan atəş nəticəsində yaralanıb. Faktla bağlı araşdırma aparılır.APA

Read More
Kriminal 

Bakıda 23 yaşlı oğlan küçədə sevgilisini vəhşicəsinə öldürdü – TƏFƏRRÜAT/YENİLƏNDİ

Bakıda qadının qətlə yetirilməsinin təfərrüatları məlum olub. Hadisə noyabrın 28-də saat 23 radələrində baş verib. 22.03.1996-cı il təvəllüdlü Məmmədov Sərxan Xanlar oğlu Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 15/1 ünvanında yerləşən “Bilyard” çay evinin qarşısında qeyri-rəsmi münasibətdə olduğu 05.03.1989-cu il təvəllüdlü İsmayılova Pərvanə Fərman qızına qısqanclıq zəminində 5 bıçaq zərbəsi vurub, sonuncu aldığı zərbələr nəticəsində ölüb. Məmmədov Sərxan Xanlar oğlu Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulub. (Trend) ***** 09:38 Bakıda küçədə xüsusi amansızlıqla qətlə yetirilmiş qadın meyiti aşkarlanıb. Hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş…

Read More