Bakıda kişi arvadını bıçaqladı
Bakıda arvadını bıçaqlayan şəxs həbs edilib. ARANTV.AZ-ın xəbərinə görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun mətbuat xidmətləri birgə məlumat yayıb. Bildirilib ki, sosial şəbəkələrdə əri tərəfindən xəsarət yetirilmiş qadının xəstəxanaya yerləşdirilməsi barədə məlumatlar yayılıb. Belə ki, oktyabrın 25-də saat 16 radələrində 1983-cü il təvəllüdlü Tanrıverdiyeva Mənzərə Rövşən qızının kəsilmiş-deşilmiş xəsarətlə müalicə müəssisəsinə yerləşdirilməsi faktı ilə əlaqədar dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşlarının iştirakı ilə baxış keçirilib. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi…
Read More