Kriminal 

Bakıda qadın 26 yaşlı oğlanı BIÇAQLADI

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

ARANTV.AZ  BiG.AZ-a istinadən xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində qeydə alınıb.

Belə ki, Nəsrəddin Tusi küçəsində 1993-cü il təvəllüdlü Binnətov Kənan Cavanşir oğlu orta yaşlı qadın tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib. Ona qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən qadını saxlayıb. Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər