Kriminal 

Keçmiş sevgilisini və onun rəfiqəsini bıçaqlayan azərbaycanlı ələ keçdi

Rusiyada bir nəfərin ölümündə, bir nəfəri isə yaralamaqda ittiham edilən Azərbaycan vətəndaşı ələ keçib. ARANTV.AZ  xəbər verir ki, 36 yaşlı azərbaycanlı Sankt-Peterburq şəhərində saxlanılıb. Qeyd edək ki, hadisə oktyabrın 19-da baş verib. Azərbaycanlı mətbəx bıçağı ilə mübahisə zəminində əvvəlcə keçmiş sevgilisini, daha sonra isə onun rəfiqəsini bıçaqlayıb. Qadınlardan biri hadisə yerində keçinib, digəri isə yaralı halda xəstəxanaya yerləşdirilib. oxu.az

Read More
Kriminal 

Bakıda 21 yaşlı bacısını öldürən qardaş hakim qarşında

Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını qətlə yetirməkdə təqsirləndirilən Qalib Turabovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. ARANTV.AZ  xəbər verir ki, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası oktyabrın 22-nə təyin edilib. Hadisə bu il paytaxtın Səbail rayonunda baş verib. Səbail rayonu, Xəqani küçəsi 1 saylı ünvanda 1998-ci il təvəllüdlü Turabova Pərvanə Nağı qızı bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində məlum olub ki, Füzuli rayonu, Qacar kəndində qeydiyyatda olan və hazırda Bakının Binəqədi rayonu, Dərnəgül…

Read More
Kriminal 

“Əliyarın 2 yox, 1 “Galendewagen”i var” – YENİLƏNİB

11:41 Biznesmen və BDU-nun Hüquq fakültəsinin müəllimi Ərəstun Qasımovun oğlu Əliyarın bıçaqlanması xəbəri ilə bağlı ailənin vəkili açıqlama verib. ARANTV.AZ  xəbər verir ki, vəkil İlqar Rüstəmov qafqazinfo-ya açıqlamasında bildirib ki, bundan öncə yayımlanan yazıda bəzi məlumatlar yanlış qeyd olunub. Vəkil bildirib ki, bu işdə bir yox, iki zərərçəkmiş var. Belə ki, digər şəxs Sabir Tarverdiyevdir. İ.Rüstəmov müvəkkili və atasının qalmaqallı “26-lar” kafesinin sahibi olmasını da təkzib edib: “”26″lar kafesinin nə Əliyar Qasımova, nə də atası Ərəstun Qasımova aidiyyatı var. İkincisi, adam xaricdə də gedib bahalı maşınların yanında şəkil çəkdirə bilər.…

Read More
Kriminal 

Azərbaycanlı keçmiş sevgilisini və onun rəfiqəsini bıçaqladı – TƏFƏRRÜAT

Rusiyada 34 yaşlı azərbaycanlı tərəfindən iki qadının bıçaqlanmasının təfərrüatı məlum olub. Ren.tv xəbər verir ki, hadisə Sankt-Peterburq şəhərinin Marşal Novikov küçəsində yerləşən mənzillərdən birində qeydə alınıb. Oktyabrın 19-da kişi mənzildə iki qadına bıçaqla xəsarət yetirib. Qadınlardan biri ölüb, digəri isə xəsarət olub. Hadisə ilə bağlı danışan xəsarət alan qadının anası bildirib ki, qızı azərbaycanlı ilə bir il əvvəl tanış olub və bir neçə ay əvvəl ayrılıb: “Onlar görüşürdülər. Sonra oğlan ona əl qaldırdı, qızım isə polis və prokurorluğa şikayət etdi. Bir neçə ay sonra barışdılar. Oğlan kafelərə getmək, əylənmək, qızım…

Read More
Kriminal 

Bakıda 29 yaşlı gənci boynundan bıçaqladılar

Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ  xəbər verir ki, hadisə rayonun Xutor qəsəbəsində qeydə alınıb. 29 yaşlı Xəlilov Elgün Məhəbbət oğlu yaşadığı evin yaxınlığında bir neçə nəfərlə mübahisə edib. Əlbəyaxa davaya çevrilən mübahisə zamanı E.Xəlilov boynundan bıçaqlanıb. Yaralı dostlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Boynunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan yaralı cərrahi əməliyyat edilib. Vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. “Ölkə.Az”

Read More
Kriminal 

Ər üç uşaq anasını kəmərlə boğub öldürdü – TƏFƏRRÜAT

Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində qətl törədilib. ARANTV.AZ  teleqraf.com-a istinadən bildirir ki, kişi qısqanclıq zəmnində üç uşaq anası olan həyat yoldaşını kəmərlə boğaraq qətlə yetirib. Qadının 25 yaşı olub. O, Bakıdan ötən gün qayıdıb. Qonşular bildiriblər ki, cütlük son üç ayı Bakıda yaşayıb və aralarında tez-tez mübahisələr olub. Qətli törədəndən sonra kişi polis bölməsinə gedərək cinayət əməli barədə məlumat verib. Kişi psixi pozğunluqdan əziyyət çəkib. Qətlə yetirilən qadının meyiti Bakıya göndərilib.

Read More
Kriminal 

Rus sevgilisinin üstündə arvadına işgəncə verdi, qadın özünü asdı – Tərtərdə şok olay

Tərtər rayonunda arvadına işgəncə verməkdə, onu intihar həddinə çatdırmaqda ittiham olunan 1989-cu il təvəllüdlü Emin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. ARANTV.AZ  xəbər verir ki, Emin Quliyev arvadı Nərgiz Quliyeva ilə mütəmadi olaraq səbəbsiz yerə mübahisə edib, onu söyüb və təhqir edib. 2012-ci ilin avqustun sonlarında Tərtər rayonu Mamırlı kəndində yaşadıqları evin həyətində Nərgiz Quliyevanı təhqir edərək döyüb, 2014-cü ilin oktyabrın ortalarında və 2015-ci ilin iyununda isə ağac parçası ilə döyüb. Emin Quliyev 2017-ci ilin mayın əvvəllərində arvadını yumruq və təpiklə vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarəti yetirib.…

Read More
Kriminal 

Arvadını və bibisini öldürən məhkum intihara cəhd etdi – Rəsmi

Daxili İşlər Nazirliyi paytaxtda baş verən dəhşətli qətllə bağlı məlumat yayıb. ARANTV.AZ  teleqraf.com-a istinadən xəbər verir ki, oktyabrın 16-da Binəqədi rayonu ərazisində Təranə İsmayılovanın yaşadığı evə gəlmiş keçmiş əri, əvvəllər məhkum olunmuş V.Hüseynov münaqişə zəminində onu və orada olan bibisi Luiza İsmayılovanı bıçaqla qətlə yetirib, evi isə yandırıb. V.Hüseynov sonra Azadlıq prospektində özünü avtobusun altına atıb. Polis əməkdaşlarının nəzarəti altında V.Hüseynov xəstəxanaya yerləşdirilib. Faktla bağlı Binəqədi rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Read More
Kriminal 

Arvadını və qayınanasını öldürüb, yandırdı, özünü isə… – Bakıda DƏHŞƏTLİ QƏTL (YENİLƏNDİ)

Binəqədi rayonunda dəhşətli qətl hadisəsi baş verib. Hadisə Alıbəyli küçəsi 22 ünvanında baş verib. Belə ki, 1971-ci il təvəllüdlü Vaqif Hüseynov bibisi qızı olan həyat yoldaşı, 40 yaşlı Təranə İsmayılovanı bıçaqlayıb. Daha sonra V.Hüseynov bibisi, 85 yaşlı Luiza İsmayılovanı – qayınanasını bıçaqlayıb. Hər iki şəxs hadisə yerində ölüb. Qətli törədən V.Hüseynov hər iki meyitin üzərinə neft tökərək onları yandırıb. Özü isə hadisə yerindən qaçarkən “Azadlıq” prospektində onu sərnişin avtobusu vurub. V.Hüseynov 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparır. (APA) *** Yazıçı Cəlil Cavanşir…

Read More
Kriminal 

Bakıda arvadı ilə qayınanasını qətlə yetirib yandırdı – Qaçanda avtobusun altında qaldı

Binəqədi rayonunda dəhşətli qətl hadisəsi baş verib.     ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Alıbəyli küçəsi 22 ünvanında baş verib. Belə ki, 1971-ci il təvəllüdlü Vaqif Hüseynov bibisi qızı olan həyat yoldaşı, 40 yaşlı Təranə İsmayılovanı bıçaqlayıb. Daha sonra V.Hüseynov bibisi, 85 yaşlı Luiza İsmayılovanı – qayınanasını bıçaqlayıb. Hər iki şəxs hadisə yerində ölüb. Qətli törədən V.Hüseynov hər iki meyitin üzərinə neft tökərək onları yandırıb. Özü isə hadisə yerindən qaçarkən “Azadlıq” prospektində onu sərnişin avtobusu vurub. V.Hüseynov 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları hadisə…

Read More