Kriminal 

Azərbaycanlı sərnişin taksi sürücü tərəfindən güllələndi

Sankt-Peterburqda taksi fəaliyyəti ilə məşğul olan “Hyunday Solaris”  markalı maşının sürücüsü azərbaycanlı sərnişini güllələyərək hadisə yerindən qaçıb. Bu barədə yerli KİV Sankt-Peterburqun hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən məlumat verib. Oktyabrın 2-i saat 19:44-də Nauki prospekti 2 nömrəli binanın yaxınlığında eşidilən güllə səsi barədə polisə məlumat daxil olub. Hadisə yerinə gələn asayiş keşikçiləri məlumatı təsdiqləyib. Təcili yardım əməkdaşları yaralanan 1995-ci il təvəllüdlü Azərbaycan vətəndaşını xəstəxanaya çatdırıblar. Onun travmatik güllə yarası aldığı bildirilir. Hadisənin təfərrüatı barədə zərərçəkən məlumat verib. Onun sözlərinə görə, maşında yaranan mübahisədən sonra sürücü ona dörd dəfə atəş açıb. Polis dörd…

Read More
Kriminal 

Əlbəyaxa dava qanla bitdi

Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ  xəbər verir ki, hadisə Badamdar qəsəbəsində qeydə alınıb. 1995-ci il təvəllüdlü Hüseynov Fərid Fərhad oğlu iki nəfər naməlum şəxslə əlbəyaxa dava edib. Nəticədə, F.Hüseynov bıçaqlanıb. Yaralı özəl xəstəxanaların birinə yerləşdirilib. Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.oxu.az

Read More
Kriminal 

Beyləqan sakini Bakıda ərlə arvadı barışdırmaq əvəzinə vurub öldürdü – MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən Vəli Behbudovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda Vəli Behbudovun anlaqsız olduğu, özünü idarə edə bilmədiyi və buna görə də 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirildiyi məlum olub. Mərhumun valideynləri isə buna etiraz ediblər. Məhkəməyə polis nəzarətində gətirilən Vəli Behbudov əlləri ilə qulaqlarını tutaraq başını arxaya və önə əyərək heç nə danışmayıb. Onun qanuni nümayəndəsi bildirib ki, Vəli Behbudov heç kimlə ünsiyyətə girmir. Məhkəmə hazırlıq iclasında…

Read More
Kriminal 

Sui-qəsddə qadın corabları – Lənkəran polisi çobanı döyən kişiləri axtarır

Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları sentyabrın 27-də Lej kənd sakinini döyərək su kanalına atan üç maskalı naməlum şəxsin axtarışlarını davam etdirir. İndiyə qədər aparılan axtarışlar müsbət nəticə verməyib. ARANTV.AZ xəbər verir ki, bu barədə oxu.az-a rayon polis şöbəsindən məlumat verilib. Qeyd edək ki, 20 yaşlı çoban Pərviz Köçəriyevi atası su kanalından bağlanmış şəkildə tapıb. Ata oğlunu sürü otlaqdan çobansız qayıtdıqdan sonra axtarmağa başlayıb. Oğul maskalı şəxslər tərəfindən döyüldüyünü deyib. Daha doğrusu, sözügedən şəxslər maska əvəzinə başlarına qara qadın corabları keçiriblər. Bununla yanaşı, təcavüzkarlar heç bir şey tələb və izah etməyiblər.…

Read More
Kriminal 

Yeznə qaynı tərəfindən “kişi söhbəti”nə çağırıldı, gözəl qız şəkillərinə görə bıçaqlandı

Şübhəli şəxs tutulub Bakı sakini ədəbsiz davranışda günahlandırılaraq qarnından bıçaqlanıb. Bıçaqlanma hadisəsi paytaxtın Qaradağ rayonunda baş verib. Bu barədə Qaradağ Rayon Polis Şöbəsindən məlumat verilib. Oktyabrın 2-nə keçən gecə Qobustan qəsəbəsi ərazisində baş verən cinayət hadisəsinin qurbanı 18 yaşlı Sənan Nəcəfov olub. Araşdırma zamanı cinayətdə 23 yaşlı gəncin iştirakı müəyyən edilib (adı hələlik məlum deyil). Şübhəli şəxs tutulub və hazırda Qaradağ Rayon Polis İdarəsində ifadə verir. Bildirilib ki, S.Nəcəfov saxlanılan şəxsin bacısı ilə nişanlı olub. Ancaq hadisəni törədən şəxs gələcək qohumunun gözəl qızların fotolarını sosial şəbəkədə paylaşaraq ədəbsiz davrandığını hesab…

Read More
Kriminal 

Bakıda qonaq ev sahibini amansızlıqla öldürdü – MƏHKƏMƏ QARŞISINA ÇIXARILIR

Bakıda dəhşətli qətl törətmiş şəxsin məhkəməsi başlayır. ARANTV.AZ xəbər verir ki, bu il iyunun 6-da Sabunçu rayonu Zabrat qəsəbəsində Coşqun Babaşovun qonaq getdiyi evin sahibi Qasımov Rəşid Hümmət oğlunu amansızlıqla öldürməsi faktı əsasında Cinayət Məcəlləsinin 120.2.4-cü(xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə açılan cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Telman Hüseynovun icraatına verilib. Qeyd edək ki, C.Babaşov tanışına çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib və hadisə yerindən yayınsa da, Bərdə rayonu ərazisində saxlanılaraq istintaqa…

Read More
Kriminal 

Bakıda 18 yaşlı oğlan bıçaqlandı

Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ xəbər verir ki, Qobustan qəsəbəsində 18 yaşlı Nəcəfov Sənan Nadir oğlu tanımadığı şəxslə mübahisə edən zaman bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.Unikal.org

Read More
Kriminal 

Qonşu qonşunu kürəyindən bıçaqladı

Abşeronda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ xəbər verir ki, Pirküşkül qəsəbəsində 2 qonşu arasında mübahisə yaranıb. Əlbəyaxa davaya çevrilən mübahisə zamanı 1989-cu il təvəllüdlü Əliyev Ruslan Əli oğluna qonşusu tərəfindən bıçaqla xəsarət yetirilib. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib. Kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan R.Əliyev reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.oxu.az

Read More
Kriminal 

Bakıda 22 yaşlı gənci bıçaqlayan şəxs azadlığa buraxıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Bakı şəhər sakini Nəsimi Əbilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. ARANTV.AZ Trend-ə istinadən bildirir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə tərsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə N.Əbilov 2 il sınaq müddəti təyin edilməklə, 3 il şərti azadlıqdan məhrum edilib və o, məhkəmə zalından azad olunub. İttihama görə, Kürdəmir rayon sakini, 1997-ci il təvəllüdlü Ağayev Əhməd Tofiq oğlu Bakıda 1991-ci il təvəllüdlü Əbilov Nəsimi Şahin oğlu tərəfindən bıçaqlanaraq çoxsaylı bədən xəsarətləri alıb. N.Əbilovun hadisə yerindən yayınmasına baxmayaraq, Sabunçu…

Read More
Kriminal 

Bakıda qadın qonşuluqda yaşayan kişi ilə… – DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

Bakı şəhər Suraxanı rayonunda qətl törədilib. ARANTV.AZ xəbər verir ki, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən mənzildə 1968-ci il təvəllüdlü Aqşin Quliyev tanışı, 1972-ci il təvəllüdlü İlham Həşimovu bıçaqlayaraq öldürüb. İlkin araşdırmalar zamanı məlum olub ki, İ.Həşimov Mədən küçəsində Aqşin Quliyevin evi ilə üzbəüz mənzildə kirayə yaşayıb və daha sonra həmin evi tərk edərək başqa yerə köçüb. Bir müddət əvvəl A.Quliyevin ailəsində qısanclıq zəminində münaqişə yaranıb və o, təxminnə 1 ay əvvəl həyat yoldaşını evdən qovub. Bundan sonra həyat yoldaşının daha əvvəl qonşuluqda kirayə yaşamış İlhamla gizli münasibətinin olduğunu öyrənən Aqşin İlhamla…

Read More