Ceyhun Bayramov Əraqçi ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
Azərbaycan və İranın xarici işlər nazirləri Ceyhun Bayramov ilə Abbas Əraqçi telefonla Yaxın Şərqdəki cari vəziyyəti müzakirə ediblər.
Musavat.com bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Qeyd edilib ki, bu gün səhər saatlarında Əraqçinin türkiyəli həmkarı və Yaxın Şərqin bir sıra ölkələrinin – Misir, Qətər, Səudiyyə Ərəbistanı və İraqın XİN başçıları ilə də telefon danışıqları baş tutub.
Məlumata görə, bu əlaqələr çərçivəsində Əraqçi həmkarlarına İranın ABŞ və İsrail tərəfindən ölkəsinə qarşı hərbi əməliyyatların dayandırılmasına yönəlmiş son mövqeləri və təşəbbüsləri barədə məlumat verib.

