Kriminal 

Başqasının nişanlısını qaçırdı, evləndi, sonra da öldürdü

2021-ci il sentyabrın 6-da Bərdədə həyat yoldaşı, Muğanlı kənd sakini 1997-ci il təvəllüdlü Təranə Mustafayevanı qətlə yetirən 1988-ci il təvəllüdlü Tural Mustafayevə hökm oxunub. ARANTV.AZ xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə T.Mustafayev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirli bilinib. Məlum olub ki, Təranə başqası ilə nişanlı ola-ola Turalı görüb və sevib, sonra isə ona qoşulub qaçıb. Onların birgə nikahından 2 övladları dünyaya gəlib. 2021-ci il 29 avqust tarixində Tural Bakıda olarkən Təranə ona mesaj yazaraq, tanımadığı bir kişinin…

Read More
Kriminal 

Gəncədə narkokuryerdən 15 kq-dan çox heroin aşkarlandı – FOTO/VİDEO

Gəncə Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasından qeyri-qanuni yolla ölkə ərazisinə gətirilmiş narkotik vasitəni onlayn yolla sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib. Araşdırmalar zamanı məlum olub ki, Gəncə şəhər sakini Xəyyam Qasımov sosial şəbəkələr üzərindən İran vətəndaşından Gəncə şəhəri ərazisində gizlədilən narkotik vasitəni pul qarşılığında Qazax rayonuna aparmağa razılaşıb. Həmin şəxs Gəncə şəhərində saxlanılaraq Baş Polis İdarəsinə gətirilən zaman əlindəki çantadan ümumi çəkisi 15 kq 530 qram…

Read More
Kriminal 

Tovuzda 11 tona yaxın çətənə kolları məhv edildi – FOTO

Tovuzda 11 tona yaxın yabanı halda bitən çətənə kolları məhv edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan ARANTV.AZ-a verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Hunanlar, Əyyublu, Əlimərdanlı kəndlərinin ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib. Ümumi çəkisi 10 ton 633 kiloqram olan 8414 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.  

Read More
Kriminal 

Azərbaycanda külli miqdarda vergini büdcədən yayındıran şəxs həbs olundu

Azərbaycanda külli miqdarda vergini dövlət büdcəsindən yayındıran şəxsi həbs edilib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, Dövlət Vergi Xidməti vergi cinayətləri ilə mübarizənin effektivliyinin artırılması məqsədilə beynəlxalq təcrübədə istifadə olunan “çəkindirmə” metodlarından (“naming and shaming”) istifadə edilməsinə və bu çərçivədə vergi cinayəti törətmiş şəxslərin işləri barədə məlumatların açıqlanmasına başlayıb. Vergi cinayətləri sahəsində rast gəlinən əsas hallardan biri müxtəlif çoxsaylı hüquqi şəxslərin yaradılması, faktiki fəaliyyət göstərərək gəlirlər əldə edilməsi, bununla belə vergi orqanlarına sahibkarlıq fəaliyyətindən əldə olunmuş gəlirlər və xərclər barədə bəyannamələrə bilərəkdən təhrif olunmuş…

Read More
Kriminal 

“Instagram”da tanış olduğu şəxs narkotik satdırdı – VİDEO

Binəqədi rayonunda “Instagram” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi şəxsdə 3 kiloqram heroin aşkar edilib. DİN-dən ARANTV.AZ-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçirilib. Tədbir zamanı əvvəllər də narkotiklərin satışını təşkil etdiyi üçün məhkum olunan Rəşad Quliyev saxlanılıb. Onun üzərində axtarış aparılan zaman 3 kiloqrama yaxın narkotik vasitə olan heroin aşkar edilib. Saxlanılan şəxs narkotik vasitəni “instagram” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşından onlayn yolla satmaq məqsədi ilə əldə etdiyini və narkokuryerliyə cəlb olunduğunu bildirib. Rəşad…

Read More
Kriminal 

Ana və qızlarının meyitlərini parçalayan qatil qəssablardan bu sualı soruşubmuş – FOTO

Ötən gün bir evdən 4 nəfərin meyitinin tapılması barədə məlumat vermişdik. Milli.Az haberler-ə istinadla bildirir ki, ötən gün İzmirdə baş verən dəhşətli cinayətlə bağlı yeni məlumat əldə olunub. Türkmənistan əsilli qadını və iki qızını öldürüb, meyitlərini parçalayan qatilin məhlədəki qəssablarla söhbət etdiyi üzə çıxıb. Məlum olub ki, o qəssablardan “dondurucu tipli soyuducunu hardan almaq olar?” sualını soruşub. Qeyd edək ki, öldürülən şəxslərin adları Gülkamar Hanimova, qızları Leyla Geldiyazova, Laçin Geldiyazova və Ruslan Kerimovdur. Məqaləyə dair fotomateriallar:  

Read More
Kriminal 

İntim videolarını yaydığı qadın FHN-in sabiq polkovnikinin 192 min manatı tam ödəməsini istəyir

Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkib yaymaqda təqsirli bilinən sabiq polkovnik Zaur Mirzəyevin cinayət işi üzrə zərərçəkmiş qadınlardan biri apellyasiya şikayəti verib. “Qafqazinfo” xəbər verir ki, zərərçəkmiş qaldırdığı 192 min manatlıq mülki iddianın az hissəsinin təmin edilməsindən və təqsirləndirilən şəxsə təyin olunmuş cəzadan narazıdır. O, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək cəzanın ağırlaşdırılmasını, mülki iddiada tələb etdiyi məbləğin tam ödənilməsini istəyir. Eyni zamanda, təqsirləndirilən Zaur Mirzəyev də hökmdən apellyasiya şikayəti verib. Polkovnik cinayət işi üzrə özünü təqsirli bilmir. Qeyd edək ki, Zaur Mirzəyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü…

Read More
Kriminal 

“Patron” şirkətində işləyən gənc qız faciəli şəkildə öldü -TƏFƏRRÜAT

Tərtərdə avtomobillə qadını vuraraq öldürməkdə təqsirləndirilən Arzuman Tağızadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. News24.az-ın əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesin yekununda A.Tağızadəyə hökm oxunub. Bildirilib ki hadisə 2022-ci il noyabrın 18-i saat 19 radələrində rayonun Kəbirli kəndində baş verib. Kənd sakini, 30 yaşlı Tağızadə Arzuman Əhliman oğlu sürücülük hüququ olmadan idarə etdiyi “Ford Transit” markalı avtomobillə yolu keçən həmkəndlisi, 32 yaşlı Kərimova Aynur Murad qızını vurub. Nəticədə yaralı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq tibb mərkəzinə yerləşdirilib. A.Kərimova bu il…

Read More
Kriminal 

Azərbaycanda DƏHŞƏT – Qonşular arasında münaqişə faciə ilə nəticələndi

İyunun 18-də saat 23 radələrində Biləsuvar rayonunda 8 saylı qəsəbə ərazisində 1983-cü il təvəllüdlü Bayram Oruc oğlu Bayramovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat xidmətindən Arantv.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür. Məlumata görə, münaqişə qonşular arasında baş verib. B.Bayramov polis nəfəri kimi əvvəllər polis orqanında xidmət edib, öz arzusu ilə polis orqanlarından xaric edilib. Əlavə məlumat veriləcək.

Read More
Kriminal 

“Uber” və “Bolt” taksi şirkətlərinin daha 11 sürücüsü narkokuryerlik etdikləri üçün saxlanılıblar – VİDEO

“Uber” və “Bolt” taksi şirkətlərinin daha 11 sürücüsü sərnişinlərlə qeyri-etik formada davrandıqları və narkokuryerlik etdikləri üçün saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Belə ki, paytaxt ərazisində “Uber” və “Bolt” taksi şirkətlərinin bəzi sürücülərinin əsasən xanım sərnişinlərlə qeyri-etik formada davranmaları, əxlaqsız təkliflər etmələri və taksi görüntüsü yaradaraq narkokuryerlik etmələri barədə daxil olan əməliyyat məlumatları əsasında polis əməkdaşları tərəfindən növbəti təxirəsalınmaz tədbirlər keçirilib. Son bir neçə gündə həyata keçirilən tədbirlər nəticəsində qeyd olunan qanunazid əməlləri törədən həmin şirkətlərin daha 11 sürücüsü müəyyən edilərək saxlanılıb. Əməliyyatlar zamanı saxlanılan taksi sürücülərindən…

Read More