Kriminal 

Bakı sakinini fotoşəkilləri ilə şantaj etməkdə şübhəli bilinən şəxs tutulub

Bakı sakinini fotoşəkilləri ilə şantaj etməkdə şübhəli bilinən şəxs tutulub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, mayın 22-də polisə müraciət edən Bakı şəhər sakini bir nəfərin onun fotoşəkillərini sosial şəbəkədə paylaşmasını və hədə-qorxu gələrək hesabına 380 manat ödətdirməsini deyib. Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən paytaxt sakini Cahangir Məmmədov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Sumqayıtda xəstəxanadan oğurluq edilib

Sumqayıt şəhəri ərazisində yerləşən tibb müəssisələrinin birindən 7 ədəd kompüter dəsti və tibb avadanlıqlarının oğurlanması barədə polisə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, keçirilən əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Qubadlı rayon sakini Ziyəddin Qənbərov və Şamaxı rayon sakini Azər Qasımov saxlanılıblar. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Nəcməddin Sadıkovun “Tərtər işi” üzrə məhkəmədə dindirilməsi istənilib

“Tərtər işi” üzrə ittiham olunan daha dörd nəfər – Ruslan Məhəmmədəli oğlu Mikayılov, Sənan Səxavət oğlu Maşıyev, Cabir Babaxan oğlu Qəhrəmanov və Elçin Kalam oğlu Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədr əvəzi Zeynal Ağayevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib. Anket məlumatlarının elanı zamanı məlum olub ki, təqsirləndirilən şəxslər bundan əvvəl də Tərtər hadisələrində hərbçilərə işgəncə verməyə görə həbs olunublar. 2019-cu ilin martında Tərtər Hərbi Məhkəməsində onlar barəsində hökm çıxarılıb, hər biri 5 il…

Read More
Kriminal 

Biləsuvar sakini qohumunu güllələyərək öldürüb

Mayın 24-də saat 10 radələrində Biləsuvar rayonu Çinarlı kəndi ərazisində 1972-ci il təvəllüdlü Əsgər Musa oğlu Abdullayevin ov tüfəngindən açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1975-cü il təvəllüdlü Cavid İdrıs oğlu Həmidov saxlanılıb. Hadisə barədə polisi özü məlumatlandırıb. Onlar qohumdurlar, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. Ə.Abdullayev xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Bacısını öldürməkdə təqsirləndirilən 17 yaşlı oğlan HƏBS EDİLDİ

Cəlilabadda bacısını öldürməkdə təqsirləndirilən Məhəmməd Şahbazovun barəsində həbs qətimkan tədbiri seçilib. ARANTV.AZ “report”a istinadən bildirir ki, bu barədə rayon məhkəməsində qərar qəbul edilib. Qərara əsasən, istintaq orqanının təqdimatı təmin edilib və M.Şahbazovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Məlumat Baş Prokurorluğun Mətbuat Xidmətindən təsdiqlənib. Qeyd edək ki, hadisə mayın 16-da Cəlilabad rayonunun ərazisində qeydə alınıb. Belə ki, həmin gün rayon sakini, 2003-cü il təvəllüdlü Rəqsanə Şahbazovanın yaşadığı evdə intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla 2006-cı il təvəllüdlü M.Şahbazovun qeyd olunan tarixdə bacısı R.Şahbazovanı boğaraq…

Read More
Kriminal 

Gürcüstan vətəndaşı Bakıda kafedə bıçaqlandı

Gürcüstan vətəndaşı Bakıda kafedə bıçaqlanıb. ARANTV.AZ Trend-ə istinadən bildirir ki, hadisə mayın 24-də saat 02 radələrində Sabunçu qəsəbəsində yerləşən “Zəfəran” kafesində baş verib. Gürcüstan vətəndaşı Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiya yanı küçəsi, ev 11 ünvanında yaşayan 2001-ci il təvəllüdlü Hüseynov Aftandil Samir oğlu naməlum şəxs tərəfindən qarın nayihəsindən bıçaqlanıb. O, Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Read More
Kriminal 

Bacısını öldürməkdə təqsirləndirilən 17 yaşlı oğlan həbs edildi

Cəlilabadda bacısını öldürməkdə təqsirləndirilən Məhəmməd Şahbazovun barəsində həbs qətimkan tədbiri seçilib. “Report”un əldə etdiyi məlumata görə, bu barədə rayon məhkəməsində qərar qəbul edilib. Qərara əsasən, istintaq orqanının təqdimatı təmin edilib və M.Şahbazovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Məlumat Baş Prokurorluğun Mətbuat Xidmətindən təsdiqlənib. Qeyd edək ki, hadisə mayın 16-da Cəlilabad rayonunun ərazisində qeydə alınıb. Belə ki, həmin gün rayon sakini, 2003-cü il təvəllüdlü Rəqsanə Şahbazovanın yaşadığı evdə intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla 2006-cı il təvəllüdlü M.Şahbazovun qeyd olunan tarixdə bacısı R.Şahbazovanı boğaraq…

Read More
Kriminal 

“Bandotdel” Sabirabadda əməliyyat keçirib: Saxlanılan var – FOTO/VİDEO

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”in) əməkdaşları tərəfindən Sabirabad rayonunda əməliyyat keçirilib. DİN-dən verilən məlumata görə, tədbir zamanı rayon sakini, əvvəllər məhkum olunmuş Şakir Abdullayev saxlanılıb. Onun üzərinə və rayon ərazisində yaşadığı evə baxış zamanı bir ədəd “Makarov” markalı tapança, iki ədəd həmin tapançaya məxsus sandıqça, bir ədəd “TOZ-8” modelli tüfəng və ümumilikdə 138 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Qeyd olunan faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Şakir Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar…

Read More
Kriminal 

Zaqatalada 53 yaşlı qadın itkin düşüb

Zaqatalada 53 yaşlı qadın itkin düşüb. “Report”un xəbərinə görə, Zaqatala şəhər sakini, 1970-ci il təvəllüdlü Elmira Muxtarova mayın 18-də səhər saat 11 radələrində yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb. Qadın şizofreniya xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a bildirilib ki, qadının itkin düşməsi ilə bağlı yaxınları tərəfindən rayon polis şöbəsinə müraciət edilib. Onun tapılması istiqamətində zəruri axtarış tədbirləri keçirilir.

Read More