Kriminal 

Bakıda keçmiş məhkum quldurluq etdi – ANBAAN VİDEO

Nizami rayonunda quldurluq hadisəsi baş verib. Bu barədə DİN-dən bildirilib. Naməlum şəxs Q.Qarayev, 61 ünvanında zərərçəkənə qarşı zor tətbiq edərək onun pulunu və digər qiymətli əşyalarını ələ keçirib. Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində quldurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elsevər Məmmədov saxlanılıb. Onun barəsində toplanan materiallar Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Elsevər Məmmədovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Nizami Rayon Polis İdarəsinə, 25-ci Polis Şöbəsinə, “102” Xidməti-Zəng Mərkəzinə və ya nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.  

Read More
Kriminal 

Zəngilanda yabanı halda bitən çətənə bitkisi yandırılaraq məhv edilib – FOTO/VİDEO

Zəngilan Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əmakdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, tədbir zamanı rayonun Şayıflı kəndinin ərazisində yabanı halda bitmiş çəkisi 2 ton 400 kiloqram olan 8000 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.  

Read More
Kriminal 

Bakıda həbsdə olan şəxsin bağ evində silah-sursat aşkarlanıb

Bakıda həbsdə olan şəxsin bağ evində silah-sursat aşkarlanıb. Bu barədə ARANTV.AZ-a Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən məlumat verilib. Bildirilib ki, xidmətin, İxtisaslaşdırılmış müalicə müəssisəsinin əməliyyat aparatlarının və Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin əməkdaşları ilə birgə uğurlu əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 237.2.3; 67.1 və 93.1.2-ci maddələri ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş şəxs Vüqar Yaşar oğlu Quliyev tərəfindən Maştağa qəsəbəsində yerləşən bağ evinin ərazisində torpağa basdırılaraq gizlədilmiş bir ədəd lüləsi kəsilmiş tüfəng və ona aid 4 ədəd patron aşkar edilərək götürülüb. Faktla…

Read More
Kriminal 

Amerikadan Avropaya, oradan Azərbaycana kokain gətirən dəstə üzvləri BELƏ TUTULDU – VİDEO

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə narkotik vasitələr gətirən mütəşəkkil dəstə üzvlərinə qarşı əməliyyatlar davam etdirilir. Nazirliyinin Mətbuat Xidmətindən ARANTV.AZ-a verilən xəbərə görə, sonuncu tədbir zamanı Xalid İsgəndərov, Xəyyam Əsədov və Elman Yusifov saxlanılıblar. Onlardan 1 kiloqrama yaxın yüksək təsiredici xassəyə malik kokain və 3284 ədəd ekstazi həbi aşkar olunub. Həmin narkotiklərin Cənubi Amerika ölkələrindən Avropaya, oradan isə tranzit yolla Azərbaycan ərazisinə gətirildiyi müəyyən edilib. Belə ki, beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olan “TIR” sürücüsü Elman Yusifovun bu işdə rolu narkotikləri ölkəyə…

Read More
Kriminal 

Yunqırxan qayçı ilə qohumunu öldürən şəxsə hökm oxundu

Lənkəran Ağır Cinayətlər Məhkəməsinə Neftçalada qətl törətməkdə təqsirləndirilən Saleh Qurbanovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi isə Saleh Qurbanovun apellyasiya şikayətini təmin etməyib. Qeyd edək ki, hadisə 2022-ci il avqustun 29-da Neftçala rayonunun Xıllı qəsəbəsində qeydə alınıb. Məlumata görə, qəsəbə sakini, 38 yaşlı Saleh Qurbanov qonşusu, 65 yaşlı Səxavət Əliyevgilə gəlib və tərəflər arasında münaqişə yaranıb. Bu zaman Saleh Qurbanov özü ilə…

Read More
Kriminal 

DTX-dən əməliyyat: Ermənistana işləyən şəxslər ifşa edildilər – VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən xarici xüsusi xidmət orqanlarının Azərbaycan Respublikası əleyhinə yönələn kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması istiqamətində kompleks araşdırmalar davam etdirilir. Bununla bağlı DTX məlumat yayıb. Görülən tədbirlər nəticəsində üçüncü ölkə ərazisində məskunlaşaraq Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə və Azərbaycanda terror-təxribat əməllərinin törədilməsini planlaşdırmaqda şübhəli bilinən 1980-ci il təvəllüdlü Əhmədov Rəşad Əhməd oğlunun saxlanılaraq Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub. Müəyyən edilib ki, Rəşad Əhmədov maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb olunmaqla adıçəkilən ölkənin xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının suverenliyi, ərazi…

Read More
Kriminal 

Samuxda İrandan gətirilmiş narkotikin çatdırılmasını təmin edən şəxslər saxlanılıblar – FOTO

Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla Samux rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryerlər saxlanılıblar. Bu barədə DİN-dən bildirilib. Araşdırmalar zamanı məlum olub ki, Bakı şəhər sakini Elyar Əliyev və Gəncə şəhər sakini Emil Rzayev Samux rayonuna gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni pul və bir miqdar narkotik vasitə qarşılığında ölkənin digər şəhər və rayonlarına aparmağa razılaşıblar. Həmin şəxslər saxlanılaraq polis şöbəsinə gətirilən zaman əllərindəki çantadan 1 kq 640 qram heroin, 2 kq 85 qram…

Read More
Kriminal 

Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda meyit tapılıb. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb. Həmin ünvandakı mənzillərdən birində aşkar edilən kişi meyitinin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Araşdırmalar zamanı onun 53 yaşlı Mehman İbrahimov olduğu müəyyən edilib. Faktla bağlı araşdırılma aparılır.

Read More
Kriminal 

Azərbaycanda 13 yaşlı qardaşı qızını qaçırıb təcavüz edən şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində 13 yaşlı qardaşı qızını oğurlayaraq Yevlaxdan Bakıya gətirən və ona təcavüz edən əmiyə hökm oxunub. “Qafqazinfo” xəbər verir ki, məhkəmə 1978-ci il təvəllüdlü E.Mustafayevi Cinayət Məcəlləsinin 144.3, 149.3.3 və 150.3.3-cü (adam oğurluğu, zorlama, seksual xarakterli zorakılıq əməlləri) maddələri ilə təqsirli bilib. 45 yaşlı şəxsə 14 il müddətinə həbs cəzası verilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Bildirilir ki, hadisənin üstü 2021-ci ilin dekabrında Yevlaxda 13 yaşlı qızın itkin düşməsindən sonra açılıb. Həmin vaxt qızın valideynləri polisə müraciət edərək itkin düşmə barədə məlumat veriblər. Bir müddət…

Read More