Kriminal 

Şəmkirdə oğurluq və dələduzluq edən şəxslər saxlanılıblar – FOTO/VİDEO

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazadan oğurluq etməkdə şübhəli bilinən, avara və dilənçiliklə məşğul olan şəxslər saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Araşdırmalar zamanı məlum olub ki, Yevlax şəhər sakinləri Mahmud Nadirov, Nəriman Nadirov, Ofelya Nadirova və Südabə Əliyeva inşaat mağazasında satıcının diqqətini yayındırmaqla elektrik naqillərini oğurlayıblar. Hazırda M.Nadirov və S.Əliyevanın yerinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir. Bundan başqa şöbə əməkdaşlarının keçirdikləri digər tədbirlər nəticəsində Şəmkir və Ağstafa rayonlarında vətəndaşlardan pul xırdalamaq adı ilə dələduzluq etməkdə şübhəli bilinən Arzu Puşkaryov da…

Read More
Kriminal 

Bakıda “pub”dan çıxan şəxsə qarşı quldurluq edilib, 8500 manatı əlindən alınıb – FOTO/VİDEO

Bakıda “pub”dan çıxan şəxsə qarşı quldurluq edilib, 8500 manatı əlindən alınıb. Bu barədə ARANTV.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, paytaxtın Nəsimi rayonu ərazisində naməlum şəxslərin bir nəfəri döyərək onun 8512 manat pulunu, sənəd və pul kisəsini ələ keçirmələri barədə polisə məlumat daxil olub. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Xəzər Ələsgərov, Nicat Kərimov, Vüqar İsmayılov və əvvəllər məhkum olunmuş Təhmasib İlyaslı saxlanılıblar. Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvləri zərərçəkəni Nəsimi rayonunda yerləşən “pub”lardan birində hesabı ödəyən…

Read More
Kriminal 

Cəbrayılda avtomobildən narkotik götürülüb – FOTO

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində marixuana və metadon həbi aşkar edilərək götürülüb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşlarının məcburi köçkünlər üçün salınmış 3 saylı qəsəbə ərazisində keçirdiyi əməliyyat tədbirləri ilə Siyəzən rayon sakini, əvvəllər məhkum edilmiş Samir Hadıyevin sərnişin qismində əyləşdiyi avtomobil saxlanılıb. Avtomobildə aparılan müvafiq axtarış zamanı yük yerindən. S.Hadıyevə məxsus 3 kiloqram 520 qram marixuana və 300 metadon həbi aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə adıçəkilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.…

Read More
Kriminal 

Arvadını öldürən hakimlə bağlı qərar dəyişmədi

Həyat yoldaşını öldürməkdə təqsirləndirilən keçmiş hakim Fəqan Əhmədovun cəzasının azaldılması ilə bağlı müraciətinə Ali Məhkəmədə baxılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu gün İlkin Rəcəbovun sədrliyi ilə keçirilən iclasda kassasiya şikayəti üzrə yekun məhkəmə aktı çıxarılıb. Hakimlər onun 7 illik azadlıqdan məhrumetmə müddətini dəyişdirmədən saxlayıblar. Xatırladaq ki, Fəqan Əhmədov 2021-ci ci ilin mayında Nardarandakı bağ evində ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı öldürüb. O, məhkəmədə hadisəni bilərəkdən yox, ehtiyatsızlıqdan törətdiyini bildirib. P.Əhmədovanın valideynləri məhkəmə proseslərində Fəqan Əhmədovu bağışladıqlarını deyiblər. Bakı Ağır Cinayətlər Məhkəməsi keçmiş hakimə 10 il azadlıqdan məhrumetmə cəzası…

Read More
Kriminal 

“Telegram”da kriptovalyuta alqı-satqısı adı altında 20-yə yaxın şəxsi aldadan saxlanıldı – VİDEO

Daxili İşlər Nazirliyinə naməlum şəxsin “Telegram” ani mesajlaşma sistemində elanlar yerləşdirərək şəbəkə istifadəçilərini beynəlxalq maliyyə birjalarında kriptovalyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə ediləcəyi adı altında aldadaraq onlara qarşı dələduzluq edildiyi barədə çoxsaylı müraciətlər daxil olub. DİN-dən verilən məlumata görə, müraciətlər əsasında Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən qanunazid hərəkətləri törətməkdə şübhəli bilinən Saatlı rayon sakini Elçin Novruzzadə saxlanılıb. Müəyyən edilib ki, Elçin Novruzzadə, əsasən, xaricdən idarə olunan həmin “Telegram” profillərinin müxtəlif ölkələrdə yaşayan və şəxsiyyətləri istintaqla araşdırılan adminləri ilə cinayət əlaqəsinə girərək onlara…

Read More
Kriminal 

Arvadını öldürən şəxs: “Dedim, qapını niyə bərk çırpırsan, bu evin kişisi sənsən, yoxsa mənəm?”

Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir rayonunda arvadını qətlə yetirməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Mahəddin Atakişiyevin cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə o, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Mahəddin Atakişiyev ifadəsində göstərib ki, mərhum Aynurə Orucova doğma xalası qızıdır və 20 noyabr 2008-ci il tarixdə ailə həyatı qurub. Bu evlilikdən 3 övladı dünyaya gəlib. O, evləndikdən sonra arvadı ilə münasibətləri daim gərgin olub, xasiyyətləri uyğun gəlməyib. Təqsirləndirilən şəxsin sözlərinə görə, onlar sevərək ailə həyatı…

Read More
Kriminal 

Bərdədə ət satışı mağazasında mənşəyi məlum olmayan ət aşkarlanıb

Bərdədə ət satışı mağazasında mənşəyi məlum olmayan ət aşkarlanıb. Bu barədə ARANTV.AZ-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Nəzarət tədbirləri çərçivəsində Agentliyin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən aparılmış reyd zamanı Bərdə rayonu, Güloğlular kəndində fiziki şəxs Quliyev İxtiyar İlham oğluna məxsus ət satışı mağazasına baxış keçirilib. Yoxlama zamanı mağazada baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçirilməyən, kəskin qoxuya malik, orqanoleptik göstəricilərinə görə texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan 29 kq ət aşkarlanıb. Həmçinin aparılan araşdırmalar zamanı sahibkarın istehlakçıları aldadaraq, camış ətinin dana əti adı altında satışa çıxardığı müəyyən edilib. Sınaqların aparılması məqsədilə nümunələr…

Read More
Kriminal 

Ordubadda 20 il əvvəl bacısını öldürərək həyətdə basdıran şəxs saxlanılıb

Ordubadda 20 il əvvəl bacısını öldürərək həyətdə basdıran şəxs saxlanılıb. ARANTV.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib. Məlumata görə, Naxçıvan Muxtar Respubliksının (MR) DİN və Naxçıvan MR Prokurorluğu əməkdaşlarının birgə fəaliyyəti nəticəsində Ordubad rayonunun Xurs kənd sakini E.Tarverdiyevin bacısını 2003-cü ilin avqust ayında öldürüb həyətyanı sahədə basdırması müəyyən edilib. E.Tarverdiyev tutularaq istintaqa təhvil verilib. “Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir”, – məlumatda qeyd olunub.

Read More
Kriminal 

İrandan Azərbaycana 40 kq-a yaxın narkotik keçirilməsinin qarşısı alınıb – FOTO

May ayının 10-da saat 20:50-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidməti məlumat yayıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində üç ədəd bağlamada ümumi çəkisi 39 kiloqram 300 qram narkotik vasitə (37 kq 400 qram marixuana, 1 kq 900 qram tiryək) və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 1180 ədəd “Metadon M-40” həbi aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.  

Read More