Kriminal 

İrandan Azərbaycana 40 kq-a yaxın narkotik keçirilməsinin qarşısı alınıb – FOTO

May ayının 10-da saat 20:50-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidməti məlumat yayıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində üç ədəd bağlamada ümumi çəkisi 39 kiloqram 300 qram narkotik vasitə (37 kq 400 qram marixuana, 1 kq 900 qram tiryək) və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 1180 ədəd “Metadon M-40” həbi aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.  

Read More
Kriminal 

Ağcabədidə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar – FOTO

Ağcabədidə narkotik vasitələrin qanunsuz dövriyyəsində və oğurluq əməli törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Şükür Abdullayev və qardaşı Elçin saxlanılıblar. Əvvəllər məhkum olunmuş və hazırda da azadlıqları məhdudlaşdırıldığına görə elektron qolbaqla təchiz olunmuş qardaşların evindən və üzərindən narkotik vasitələr aşkar edilib. Belə ki, yaşadıqları evə baxış zamanı Ş.Abdullayevə məxsus 2 kiloqram 270 qram marixuana və yarım kiloqram heroin, E.Abdullayevin üzərindən isə heroin bükümü müəyyən olunaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb,…

Read More
Kriminal 

Beyləqan sakinində “Kalaşnikov” aşkarlanıb

Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinində “Kalaşnikov” avtomatı aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan ARANTV.AZ -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat tədbirləri ilə qanunsuz olaraq silah-sursat əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini Əli Allahverdiyev idarə etdiyi avtomobildə saxlanılıb. Aparılan axtarış zamanı avtomobildən texniki cəhətdən işlək və atəşə tam yararlı “AK-74” markalı avtomat, həmin silaha məxsus daraq və 7,62 çaplı 30 ədəd patron aşkar edilərək götürülüb. Faktla bağlı Beyləqan RPŞ-də cinayət işi başlanılıb, Ə.Allahverdiyev barəsində məhkəmənin qərarı…

Read More
Kriminal 

Saxta pul dövriyyəsində şübhəli bilinənlər saxlanıldı

Bərdədə saxta əsginas dövriyyəsində şübhəli bilinən şəxslər polislər tərəfindən saxlanılıblar DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan ARANTV.AZ-a bildirilib ki, polis əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlər nəticəsində saxta əsginas dövriyyəsində şübhəli bilinən Ağdam rayon sakini Ağadadaş Ağayev Bərdə rayonu ərazisində saxlanılıb. Onun üzərindən 13 ədəd, həmçinin ayrı-ayrı şəxslərə satdığı 4 ədəd 100 dollarlıq saxta əsginaslar aşkar edilib. Araşdırmalarla onun həmyerlisi olan Rövşən adlı şəxsdən saxta əsginasların hər birini 75 manat pul müqabilində aldığı müəyyən edilib. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Rövşən İbrahimov da Bakı şəhəri ərazisində saxlanılaraq şöbəyə gətirilib.…

Read More
Kriminal 

Polis əməliyyat keçirib: saxlanılan var

Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Coşqun Aslanov saxlanılıb. DİN-in Mətbuat xidmətindən Arantv.az-a bildirilib ki, üzərindən marixuana aşkar edilən şübhəli şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun yaşadığı evin yaxınlığında odlu silah da gizlətməsi məlum olub. Qeyd edilən ünvana baxış keçirilən zaman oradan 1 ədəd “Kalaşnikov” avtomatı, 2 ədəd həmin avtomata məxsus daraq və 10 ədəd patron aşkar edilərək götürülüb. Bundan başqa, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri…

Read More
Kriminal 

Evdən pul və külli miqdarda qızıl oğurlandı

Bakıda evdən 5600 manatlıq oğurluq edilib. Bu barədə ARANTV.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisindəki evlərin birindən 2100 manat pul və 3500 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən paytaxt sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ceyhun Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Read More
Kriminal 

Oğlunun qumar oynamasına əsəbləşən ata kafeyə basqın etdi – ANBAAN VİDEO

Türkiyənin İstanbul şəhərinin Küçükçekmece rayonunda oğlunun qumar oynamasına əsəbiləşən ata kafeyə basqın edərək masada oturan hər kəsi çubuqla döyüb. BAKU.WS “Haberler.com”a istinadən xəbər verir ki, hadisə cümə axşamı Mehmet Akif Məhəlləsindəki kafedə baş verib. Həmin anlar təhlükəsizlik kamerasına düşüb. Görüntüləri təqdim edirik:  

Read More
Kriminal 

Bakıda “Chevrolet” qaçırıldı

Bakıda avtomobil qaçırılıb. Daxili İşlər Nazirliyindən ARANTV.AZ-a verilən məlumata görə, mayın 8-də Binəqədi qəsəbəsi ərazisindən “Chevrolet” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Goranboy rayon sakini S.Tağıyev avtomobillə birgə qəsəbə ərazisində saxlanılıb. Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.

Read More
Kriminal 

Bakıda akkumulyator oğruları tutuldu

Bakıda avtomobillərdən oğurluq edilib. Daxili İşlər Nazirliyindən ARANTV.AZ-a verilən məlumata görə, Xəzər rayonunun Binə qəsəbəsi ərazisində “KamAZ” markalı bir avtomobildən 600 manat dəyərində 2 ədəd akkumulyatorun oğurlanması barədə polisə məlumat daxil olub. Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar – Sumqayıt şəhər sakini L.Dadaşzadə və Bakı şəhər sakini İ.Əzizov saxlanılıblar. Araşdırmalarla onların müxtəlif vaxtlarda Binə qəsəbəsi ərazisində “Ford”, “Zil” və “KamAZ” markalı daha 3 avtomobildən akkumulyator və yanacaq oğurlamaları da müəyyən olunub.

Read More