Kriminal 

Ağcabədi sakinindən “TT” götürülüb

Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, bu barədə Ağcabədi RPŞ-yə məlumat daxil olub. Polis əməkdaşlarının bu istiqamətdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Avşar kənd sakini Elyaz Qədimov saxlanılıb. Onun şəhər ərazisində yerləşən yaşadığı evə baxış keçirilən zaman 1 ədəd “TT” markalı tapança, həmin silaha məxsus iki ədəd sandıqça və beş ədəd patron aşkar edilərək götürülüb. Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.

Read More
Kriminal 

Lənkəranda güllələnərək öldürülən şəxslərin adları məlum oldu

İyunun 23-ü saat 22 radələrində Lənkəran rayonu Havzava kənd sakinləri Elmar Fərəcov və Amil Mirzəzadənin ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. Lənkəran rayon prokurorluğunda aparılan ilkin araşdırmalarla zərərçəkmişlərin qohumu Seymur Şiriyevin şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Elmar Fərəcov və Amil Mirzəzadəyə odlu silahdan atəş açmaqla onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayəti törətmiş şəxsin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri…

Read More
Kriminal 

Sumqayıtdakı amansız qətl ilə bağlı cinayət işi başlanıldı – RƏSMİ

İyunun 23-ü saat 23 radələrində 1972-ci il təvəllüdlü Sevil Abdullayevanın H.Z.Tağıyev qəsəbəsi ərazisində ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Sumqayıt şəhər prokurorluğunda aparılan ilkin araşdırmalarla zərərçəkmişin qonşusu 1993-cü il təvəllüdlü Ağabəy Atabalayev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Sevil Abdullayevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ağabəy Atabalayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq  davam etdirilir.

Read More
Kriminal 

Şəmkir sakini bıçaqlanıb

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb. 1965-ci il təvəllüdlü Qurbanov Şahmar Qurban oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstə əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. 56 yaşlı kişinin hansı səbəbdən bıçaq xəsarəti alması məlum deyil.Hadisəni törədən şəxs və ya şəxslərin tapılması istiqamətində axtarışlara başlanıb. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Sumqayıtda qadın amansızlıqla qətlə yetirildi

Sumqayıtda qonşular arasında düşən mübahisə ölümlə nəticələnib. ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində baş verib. Belə ki, 1972-ci il təvəllüdlü Sevinc Abdullayeva 29 bıçaq zərbəsi ilə kişi qonşusu tərəfindən qətlə yetirilib. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. 49 yaşlı qadını qətlə yetirən şəxs polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Lənkəranda silahlı insident zamanı iki nəfər ÖLDÜRÜLDÜ

Lənkəranda iki nəfərin ölümü ilə nəticələnən silahlı insident olub. ARANTV.AZ “Report”a istinadən xəbər verir ki, hadisə Havzava kəndində baş verib. İlkin məlumata görə, silahlı insident qohumlar arasında olub. Yerli sakinlərdən biri (ad və soyadı dəqiqləşdirilir-red) münaqişə zəminində ov tüfəngi ilə əmisi oğlunu və bibisi nəvəsini qətlə yetirib. İnsidentin təfərrüatları hələ məlum deyil. Ölənlərin meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Usta ustanın şah damarını kəsdi – SƏBƏB

Kürdəmirdə baş verən qətl hadisəsi ilə bağlı bir sıra təfərrüatlar üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, qətl törədən Ramazan Qurbanov və Ruslan Əsədov rayonun Xırdapay kəndinə usta işləyib. Onlar bu kənd sakinlərindən birinin evində təmir işləri görmək üçün gəliblər. Məlumata əsasən, hadisə baş verən zaman onların hər ikisi sərxoş vəziyyətdə olublar. Bir süfrə arxasında yeyib içən zaman ustaların sözü bir-birinin boğazından keçməyib. Belə olan halda Ramazan Qurbanov iş yoldaşı Ruslanın boyun nahiyəsinə bıçaq zərbəsi vurub. Nəticədə Ruslanın boğaz nahiyəsində damar kəsilib və o yerindəcə ölüb. Hazırda faktla bağlı araşdırmalar…

Read More
Kriminal 

Kürdəmirdə qətl törədən şəxs tutulub

İyunun 22-də Ruslan Əsədovun ölməsi barədə Kürdəmir rayon prokurorluğuna məlumat daxil olub. ARANTV.AZ  xəbər verir ki,  Kürdəmir rayon prokurorluğundan verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla Ramazan Qurbanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Ruslan Əsədova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ramazan Qurbanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Read More
Kriminal 

Abşeronda 33 yaşlı kişi bıçaqlandı

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ xəbər verir ki, hadisə Müşfiqabad qəsəbəsində qeydə alınıb. 1988-ci il təvəllüdlü Həşimov İrza Vaqif oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.

Read More
Kriminal 

Azərbaycanda DƏHŞƏT – 17 yaşlı qız məzun məclisində bıçaqlandı – VİDEO

Sabirabadda məzun olan qız bıçaqlanıb. ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, saat 08.00 radələrində Sabirabad rayonunun Surra kəndi ərazisində yerləşən restoranlardan birində rayonun 5 saylı orta məktəbinin məzunlarının təşkil etdiyi tədbirdə bıçaqlanma hadisəsi baş verib. Məzunların iştirak etdiyi məclisə yaxınlaşan Sabirabad sakini, 2002-ci il təvəllüdlü Qasımlı Sübhan Eldəniz oğlu Sabirabad sakini olan 2004-cü il təvəllüdlü Nəsirzadə Nigar Anar qızını kürək nahiyəsindən bıçaqlayıb. Məzun qız Şirvan Şəhər Xəstəxanasına çatdırılaraq əməliyyata götürülüb. Faktla bağlı araşdırma aparılır. S.Qasımlının saxlanılması istiqamətində tədbirlər görülür.

Read More