Kriminal 

Ucarda qadın qətlə yetirilib

Ucarda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ xəbər verir ki, hadisə bu gün saat 16 radələrində qeydə alınıb. Rayon sakini, 1985-ci il təvəllüdlü Validə Məzahir qızı Kərimova və Qarabörk kənd sakini, 1988-ci il təvəllüdlü Qasım Fazil oğlu Məmmədov ağır bıçaq xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına gətiriliblər. Həkimlərin səyinə baxmayaraq, V.Kərimova xəstəxanada ölüb. Hadisənin hansı şəraitdə baş verməsi dəqiq məlum deyil. Faktla bağlı  araşdırma aparılır.

Read More
Kriminal 

Atasının qatilini 27 il sonra qəbiristanlıqda öldürdü – QANLI CİNAYƏTİN TƏFƏRRÜATI

Sumqayıt şəhərində odlu silahla qətl hadisəsi törətməkdə təqsirli bilinən Yusif Hümbətovun cinayət işi. ARANTV.AZ xəbər verir ki, Sumqayıt şəhərinin Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən qəbiristanlıqda qətl hadisəsi törədilib. Vəfat etmiş bacısının qırx mərasiminə qatılan Bakı şəhər sakini, 60 yaşlı Rafiq Məmmədov odlu silahdan açılan atəş nəticəsində öldürülüb. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisənin Tağıyev qəsəbə sakini, 26 yaşlı Yusif Həşimov tərəfindən törədildiyi müəyyənləşib. Polis tərəfindən saxlanılan Y. Həşimov qətli qisas məqsədilə törətdiyini bildirib. O, dindirilmə zamanı bildirib ki, uşaq vaxtlarında atası ilə maraqlandıqda anası onun işlədiyi zavodda xəsarət alması və aldığı xəsarət…

Read More
Kriminal 

Moskvada azərbaycanlı “qanuni oğru” qətlə yetirildi – ANBAAN VİDEO

Moskvada əslən azərbaycanlı “qanuni oğru” Əli Heydərov qətlə yetirilib. Bu barədə “47news” portalı məlumat yayıb. “Albert Rıjıy” kimi tanınan mərhum yaşadığı binanın idman zalında bir neçə nəfərin hücumuna məruz qalaraq öldürülüb. Qatillər hadisə yerindən qaçmağa müvəffəq olublar. Maraqlıdır ki, Albert idman zalına cangüdənləri ilə gəlib. Lakin hücum anında onlar mərhumun yanında olmayıblar. Hazırda cinayət yerində hüquq-mühafizə orqanları araşdırma aparır. Qeyd edək ki, Albert “Ded Xasan” cinayətkar klanının üzvü olub.

Read More
Kriminal 

“Albert Rıjıy” “Lotu Quli”nin qətlinin sifarişçisi olduğu üçün öldürülüb? – İDDİA

Bu gün günorta saatlarında Moskvadakı idman zalında qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Əli Heydərovun öldürülməsi ilə bağlı istintaq tərəfindən nəzərdən keçrilən versiyalar açıqlanıb. Mk.ru portalının məlumatına görə, hazırda istintaq qətlin iki mümkün səbəbi üzərində dayanıb. Bunlardan biri mərhumun yerli hüquq-mühafizə orqanları ilə əməkdaşlığına görə cəzalandırılması, digəri isə “Lotu Quli” ləqəbli Nadir Səlifovun qətlinin sifarişçisi olduğu üçün intiqam məqsədi ilə öldürülməsidir. Qeyd olunur ki, “Ded Xasan”ın ölümündən sonra cinayətkar qruplaşma daxilində liderlik uğrunda savaş başlayıb və hazırda da davam edir.

Read More
Kriminal 

Şəmkirdə qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərildi

Şəmkirdə bıçaqlanıb öldürülən kişi ilə bağlı cinayət işi başlandı. Şəmkir Rayon Prokurorluğundan verilən məlumata görə, 5 yanvar 2021-ci il tarixdə Şəmkir rayon sakini Tağıyev Əhliman Kənan oğlunun bıçaqlanaraq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Şəmkir rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb. İstintaqla zərərçəkmişin tanışı Hüseynov Rəvan Eynur oğlunun sosial şəbəkədə aralarında baş vermiş mübahisə ilə əlaqədar qeyd edilən tarixdə rayon ərazisində Əhliman Tağıyevlə görüşərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə bıçaqla xəsarətlər yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Rəvan Hüseynov Cinayət Məcəlləsinin 120.2.2…

Read More
Kriminal 

Mərdəkanda atışma olub: Yaralanan var

Bakıda dünən gecə saatlarında daha bir atışma baş verib. “Qafqazinfo”nun məlumatına görə, hadisə aprelin 11-i gecə saat 02:00 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 22 yaşlı Nurməmməd Səfərov yanında doqquz nəfər tanışı ilə birgə həmyerlisi 64 yaşlı Əli Məmmədovun evinin qarşısına gəlib. N.Səfərov Ə.Məmmədovu təhqir edərək evindən çıxıb küçəyə gəlməsini istəyib. Ə.Məmmədov isə tüfənglə havaya üç dəfə atəş açıb və bu zaman qırmalardan bir neçəsi N.Səfərova dəyib. Nurməmməd Səfərov xəsarətlə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. Atəş açan Əli Məmmədov və onun evinin qarşısına gələn qəsəbə sakinləri – 47 yaşlı Sərvər Mirzəzadə, Vüqar…

Read More
Kriminal 

Qazax sakini həmkəndlisi tərəfindən bıçaqlanıb

Qazaxda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ  APA-ya istinadən bildirir ki, hadisə rayonun Şıxlı kəndində qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü Məmmədov Zaur Seyfəddin oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat olunub, vəziyyətin kafi olduğu bildirilib. Həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb. Məlumata görə, 37 yaşlı kişini mübahisə zəminində həmkəndlisi bıçaqlayıb. Hadisəni törədən şəxs 1995-ci il təvəllüdlü Sənan Məmmədovdur. O, istintaq məsuliyyətinə cəlb olunub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Bakıda 44 yaşlı kişiyə tanışı tərəfindən kəsici alətlə xəsarət yetirilib

Bakıda iki nəfər arasında mübahisə xəsarətlə nəticələnib. ARANTV.AZ  xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb. Suraxanı parkında mübahisə zəminində 1977-ci il təvəllüdlü Nuşirəvanlı Nuşirəvan Arif oğluna tanıdığı şəxs tərəfindən kəsici alətlə xəsarət yetirilib. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona təpə nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub.

Read More
Kriminal 

Kürdəmirdə qətl törədildi

Kürdəmirdə qətl hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Rayon sakini, 52 yaşlı Səmədov Arif Abduləziz oğlu mübahisə zəminində hər iki bud nahiyəsindən bir neçə bıçaq xəsarəti alıb. Arif Səmədov ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. A.Səmədovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir Rayon Şöbəsinə aparılıb. Fakt araşdırılır.

Read More
Kriminal 

DƏHŞƏTLİ QƏTL: 52 yaşlı kişini hər iki budundan bıçaqladılar

Kürdəmirdə qətl hadisəsi baş verib. ARANTV.AZ xəbər verir ki,ə, hadisə rayon ərazisində qeydə alınıb. Rayon sakini, 52 yaşlı Səmədov Arif Abduləziz oğlu mübahisə zəminində hər iki bud nahiyəsindən bir neçə bıçaq xəsarəti alıb. Arif Səmədov ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. A.Səmədovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon Şöbəsinə aparılıb. Fakt araşdırılır. / “Report@

Read More